131
Idarəetmə üsulunun məzmunu - müxtəlif spesifik yollar və üsullarla təsiretmə
birliyidir;
Idarəetmə üsulunun təşkilati forması konkret yaranmış vəziyyətdə təsir
üsullarıdır. Təsir birbaşa və ya dolayı ola bilər.
Mehmanxana müəssisələrinin idarəçiliyində eyni zamanda müxtəlif
üsullardan istifadə olunur və onlar bir-birini tamamlayır. Bu üsulların istiqaməti
müxtəlif əmək fəaliyyəti göstərən insanlara yönəlib.
Idarəetmə üsulunda, məzmun, istiqamət və təşkilati forma müəyyən tərzdə
uyğunlaşır. Bunları nəzərə almaqla aşağıdakı idarəetmə üsullarını göstərmək olar:
1. Iqtisadi; 2. Təşkilati-inzibati; 3. Sosial-psixoloji.
Idarəetmənin iqtisadi üsulları idarəetməyə münasibət ilk növbədə iqtisadi
münasibətlərlə təyin olunur ki, bunların da əsasını obyektiv tələblər və insanların
marağı təşkil edir. Idarəetmədə iqtisadi üsul mərkəzi yer tutur.
Idarəetmədə iqtisadi üsullarla rəhbərlik, planlaşdırma, təhlil, maliyyələşmə və
s. formalarda özünü göstərir.
Təşkilati-inzibati üsuldan fərqli olaraq, idarəetmədə iqtisadi üsullarla
rəhbərlik ümumi iqtisadi göstəriciləri və buna nail olmaq yollarının işlənib
hazırlanmasını nəzərdə tutur.
Nəticədə insanların səmərəli işləməsində, inzibati təsirlər deyil, iqtisadi
həvəsləndirmə üsulları ön planda durur.
Idarəetmənin iqtisadi üsulları əsasında təşkilati-inzibati və sosial-psixoloji
üsullar inkişaf edir, möhkəmlənir və peşəkarlıq artır.
Idarəetmənin təşkilati-inzibati üsulları birbaşa direktiv göstərişlərə əsaslanır.
Bu üsulların obyektiv əsasını təşkilati münasibətlər təşkil edir. Təşkilati-inzibati
üsulun vəzifəsi, tabeliyində olan işçilərin işini əlaqələndirməkdən ibarətdir.
Iqtisadi üsullar təşkilati-inzibati təsirlər olmadan fəaliyyət göstərə bilməz.
Təşkilati-inzibati üsul dəqiqlik, nizam-intizam, işin qayda ilə aparılmasını təmin
edir. Təşkilatı-inzibati üsul əsasən rəhbərin səlahiyyətinə və hüququna istinad edir.
Təşkilati-inzibati üsul idarəetmə obyektinə əmr, sərəncam, operativ göstəriş,
bunların yerinə yetirilməsinə nəzarət, əmək intizamını təmin etməyə yönəlib.
132
Bu üsullar əmək və təsərrüfat qanunvericilik hüquqi aktları ilə tənzimlənir.
Təşkilatı-inzibati üsulların üç forması özünü göstərir:
1. Məcburi göstəriş (əmr, qadağan və s.);
2. Saziş formaları (məsləhətləşmə, kompromislərlə həlletmə);
3. Tövsiyələr, təkliflər (məsləhət, izah etmək və s.);
Təşkilati-inzibati üsulların bütün formaları bir cəhətdə eynidir ki, bunlar da
rəhbər orqanların tapşırıq, qanun və qərarlarına, əmr və sərəncamlarına əməl
olunmasına yönəlib.
Təşkilati-inzibati üsulların digər üsullardan fərqi ondadır ki, direktivlərin
dəqiq ünvanı göstərilir, sərəncam və göstərişləri yerinə yetirmək məcburidir. Bu
sərəncam və göstərişləri yerinə yetirməmək icraçılıq intizamını pozmaq deməkdir.
Rəhbərlik üsulları kollektivdə müvafiq tabeçilik prinsipləri sistemi ilə
formalaşır. Tabeçilik formaları xoşniyyətli olmalı, kollektivdə inkişafa kömək
etməli, təəssüf hissinə, əsəbiliyə, stressə yol verilməməlidir, rəhbərlik və
tabeçilikdə olanlarla qarşılıqlı anlaşma olmalıdır.
Idarəetmə fəaliyyətində inzibati təsir bir qayda olaraq üç tip tabeçiliklə
ə
laqədardır:
1. Məcburi və zahirən qəbul olunmuş, xoşagəlməz asılılıq hissi ilə müşayiət
olunan, yuxarıdan təzyiq kimi başa düşülən tabeçilik;
2. Müstəqil qərar qəbul etmək iqtidarına malik olmayan passiv tabeçilik;
3. Rəhbəri və tabeçilikdə olanları təmin edən, başa düşülən, dərk olunan,
daxilən əsaslandırılan tabeçilik.
Təşkilati-inzibati üsullardan istifadə etməklə idarəetmə sisteminin inkişafına
və idarəetmə obyektinə məqsədyönlü, əlverişli təsir göstərmək olar. Lakin birbaşa
təsir son nəticədə passiv tabeçiliyə və hətta gizli itaətsizliyə gətirib çıxara bilər. Ən
səmərəli dolayı təsir üsuludur.
Bu zaman tabeçilikdə olanların qarşısına vəzifə qoyulur və həvəsləndirmə
şə
raiti yaratmaqla həyata keçirilir.
Təşkilati-inzibati üsul qanunvericilik (normativ aktlar) aktları sistemi və güclü
menecerin səlahiyyətinə söykənir və menecmentin digər üsulları kimi oxşar
133
vəzifələri yerinə yetirir, lakin bunu təşkilati və sərəncamlar vasitəsilə idarəetmə
sisteminə təsir göstərməklə həyata keçirir.
Idarəetmənin sosial-psixoloji üsulu - Bildiyimiz kimi, əməyin səmərəli
olması psixoloji amillərdən müəyyən dərəcədə asılıdır. Menecerin vəzifəsi ondan
ibarətdir ki, bu amilləri təyin edib, onlardan məqsədyönlü və səmərəli istifadə
edərək vahid və yekdil bir kollektiv yarada bilsin. Menecer hər bir insanın hərəkət
tərzini, xarakterini bilməklə onun fəaliyyətini proqnozlaşdırıb kollektiv və işin
səmərəsi üçün lazım olan səmtə yönəltməlidir. Bunun üçün psixofizioloji
uyğunlaşma prinsipinə riayət etməklə kollektivdə yaxşı mühit yaratmaq olar.
Yapon sosioloqları iddia edirlər ki, insanın əhval-ruhiyyəsi, onun yaxşı və
səmərəli işləməsi, kollektivdə olan mənəvi-psixoloji şəraitdən çox asılıdır.
Kollektivə səmərəli təsir göstərmək üçün ayrı-ayn işçilərin mənəvi və psixoloji
vəziyyətini öyrənmək kifayət deyil, həm də qrupların sosial-psixoloji
xarakteristikasını bilmək lazımdır. Bu məqsədlə sosial-psixoloji üsullardan istifadə
olunur. Bunlar mənəvi həvəsləndirmə və şəxsiyyətə psixoloji təsir yolları ilə həyata
keçirilir. Bu üsulun əsas məqsədi kollektivdə müsbət sosial-psixoloji mühit
yaratmaqla tərbiyəvi, təşkilati, iqtisadi məsələləri həll etməkdir.
Menecer təbiətin bioloji və şəxsiyyətin daxili aləmini başa düşərsə, kollektivi
daha sıx birləşdirə bilər, işçilərin daha fəal və səmərəli işləməsinə nail ola bilər.
Mehmanxana idarəçiliyində sosial-psixoloji üsullardan geniş istifadə
olunarsa, işçilərin fəaliyyəti və tələbatı vaxtında nəzərə alınar və idarəetmədə
müvafiq qərarlar qəbul etməyə imkan verər.
Sosial-psixoloji üsul tələb edir ki, kollektivə idarəetmənin müxtəlif yollarını
dərindən bilən mahir və çevik menecer rəhbərlik etsin.
Kollektivə əsas təsir vasitələrindən biri də inandırmaqdır. Menecer
inandırarkən işçilərlə birgə iş fəaliyyəti zamanı yaranan münasibətləri və insan
təbiətini nəzərə almalıdır.
6. Idarəetmənin üslubu
Dostları ilə paylaş: |