Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

 
128
ə
saslanan, menecmentin müasir sistem elementlərindən istifadə edirlər. Bu, sıravi 
işçiyə azad işləmək imkanı verir. 
Desentralizasiya  idarəetmə  üsulunda  qərarların  qəbulu  səlahiyyəti  şöbələr 
arasında  bölüşdürülür.  Idarəetmə  norması  tabeliyində  olanların  sayı  ilə  müəyyən 
olunur.  Təşkilatın  tipindən  və  gördüyü  işin  mürəkkəb  olmasından  asılı  olaraq, 
rəhbərin tabeliyindəki işçilərin sayı müəyyən edilir. Hal-hazırda bu norma 12 nəfər 
ola bilər (Əvvəl bu norma 6-8 nəfər idi). 
Hər hansı bir müəssisənin müvəffəqiyyəti, istər nəhəng mehmanxana şəbəkəsi 
və ya kiçik otel olsun, qəbul olunmuş qərarların keyfiyyətindən asılıdır. 
Qəbul  olunmuş  qərarlar  mürəkkəblik  dərəcəsindən  asılı  olaraq  standart  və 
qeyri-standartlara  bölünür.  Məsələn,  otelə  gələn  qonaqların  sayı  gözlənildiyindən 
artıq olarsa, təcili əlavə nömrələr hazırlanır. Bu, standart qərardır. 
Qeyri-standart qərarların qəbulunda ekspert rəyi, təhlil, orijinal yanaşma tələb 
olunur. Adətən qeyri-standart qərarların qəbulu üçün xüsusi iclas çağırılır. Məsələn, 
franşiz  müqaviləsini  firma  ilə  bağlamaq  məsələsi  müzakirə  olunur.  Bu,  qeyri-
standart qərar qəbul etməkdir. 
Qərarların qəbul olunması prosesi 8 əsas mərhələdən ibarətdir: 
1. Mövcud problemlərin eyniliyi və onların dürüst ifadə olunması; 
2. Qərarların qəbulu üçün müəyyən edilmiş meyarlar; 
3. Meyarların əhəmiyyətinə görə dərəcələrə bölünməsi; 
4. Alternativ variantların işlənib hazırlanması; 
5. Alternativ variantların təhlili; 
6. Alternativ variantlardan birinin seçilməsi; 
7. Seçilmiş variantın yerinə yetirilməsi; 
8. Qəbul olunmuş qərarın effektli olmasını qiymətləndirmək. 
4. Kommunikasiya və məlumat mübadiləsi 
Kommunikasiya  menecment  mexanizminin  bütün  mərhələlərində,  yəni 
proqnozlaşdırma,  planlaşdırma,  işlərin  təşkilində,  nəzarətində  və  s.  mühüm  rol 
oynayır. 


 
129
Kommunikasiya  vasitələrinə  telefon,  poçt,  faks,  kompüter,  memorandumlar, 
daxili  və  xarici  yazışmalar,  şəxsi  görüşlər  aiddir.  Kommunikasiyanın  sadə 
mexanizmi var. Müraciəti göndərən, müraciətnamə, müraciəti alan. 
Ə
n  yaxşı  kommunikasiya  vasitəsi  şəxsi  görüşdür.  Şəxsi  görüşlər  qarşılıqlı 
anlaşmaya tam imkan verir. 
Kommunikasiya prosesinə mane olan vasitələr mövcuddur. 
• Gözlənilən məlumatı eşitmək; 
• Bildiyimiz məlumata əks olan məlumatı təkzib etmək; 
• Məlumat mənbəyinə qiymət vermək; 
• Alınan məlumatı seçib mənimsəmək; 
• Eyni söz müxtəlif insanlar üçün müxtəlif məna kəsb edə bilər; 
• Işarələrin müxtəlif mənada başa düşülməsi; 
• Emosiyanın (həyəcanın) təsiri; 
• Müxtəlif səs-küyün olması. 
•  Kommunikasiyanın  effektini  yüksəltmək  üçün  müxtəlif  üsullardan  istifadə 
olunur. 
• Tərəfdaşın nöqteyi-nəzərini bilmək və onun aləmini başa düşmək; 
•  Nəzərə  almaq  lazımdır  ki,  sözləri  ifadə  edəndə,  onların  məcazi  mənada 
işlənməsini nəzərə almaq lazımdır; 
• Danışıqları sadə, aydın, dürüst, dəqiq aparmalı; 
• Müdafiə kommunikasiyasından tərəfdaşlığa keçmək; 
• Texnikadan şəxsi münasibətlərdə istifadə etmək; 
• Nəzərə almaq lazımdır ki, hər bir inamın və etibarın həddi var; 
• Qeyri-formal əlaqə (qarşılıqlı münasibət). Məlumatın rəsmi ötürülməsindən 
ə
lavə  bir  çox  şirkətlər  qeyri-rəsmi  kommunikasiyalardan  (əlaqələrdən)  istifadə 
edirlər.  Tabeliyində  olan  işçilərlə  qeyri-rəsmi  münasibət  yaradan  menecer 
kollektivdə  inam  mühiti  yaradır  və  qiymətli  məlumatlar  almaq  imkanına  malik 
olur. Qeyri-rəsmi münasibət-dən menecer bir sıra mənfəətlər əldə edə bilər: 
• Potensial problemlərin yaranmasının proqnozu; 
• Işçilərin işə daha çox can yandırmağı; 


 
130
•  Planlaşdırma  və  qərarların  qəbulunda  mühüm  olan  faydalı  məlumatların 
toplanması. 
Qeyri-rəsmi qarşılıqlı münasibətdə bir sıra faydalı məsləhətlər mövcuddur. 
•  Menecer  kabinetinin  qapısını  bağlayıb  işçilərdən  təcrid  olmamalı,  «açıq 
qapı» siyasəti yeritməli, işçilərlə mütəmadi ünsiyyətdə olmalıdır; 
•  Menecer  tabeliyində  olanları  adları  ilə  çağırmalıdır,  çünki  onlar  bu 
münasibəti xoşlayırlar; 
•  Menecer işçilərə işin  mahiyyəti,  gedişi, müəssisənin  siyasəti,  qəbul olunan 
qərarlar haqqında məlumat verməlidir; 
•  Menecer işçilərin   məsləhətinə  qulaq  asmalı,  qiymətləndirməli və təşəkkür 
etməlidir; 
• Menecer dinləmək bacarığına malik olmalıdır. Qeyri-rəsmi münasibətlər işin 
müvəffəqiyyətinin mühüm amilidir. 
Ə
saslandırmaq  -  hər  hansı  bir  məqsədə  nail  olmaq  üçün  istiqamətlənmiş 
təşəbbüsü  müdafiə  etmək  prosesi  və  ya  bacarığıdır.  Başqa  sözlə  desək,  hər  hansı 
bir insan işi məcburi deyil, istədiyinə görə edir. 
Nəzarətin  yerinə  yetirilməsi  -  məlumat  toplanması  məqsədi  ilə  keçirilir  və 
bunun əsasında gələcək qərarlar qəbul olunacaq. 
Menecmentin mahiyyəti aşağıdakılardır: 
1. Başqalarının əməli ilə hər hansı bir işi görmək; 
2. Alıcı, sifarişçi, müştəri üçün bütün şəraiti və rahatlığı yaratmaq; 
3. Yeniliyə meyil etmək; 
4. Dəyişiklikləri sevməyi öyrətmək; 
5. Sistemləri qurmaq. 
5. Idаrəеtmə üsullаrı 
Ideal  və  vahid  menecment  modeli  yoxdur.  Müxtəlif  idarəetmə  üsulları 
mövcuddur.  Idarəetmə  üsullarını  səciyyələndirərkən  onların  istiqamətini, 
məzmununu, təşkilati formalarını açmaq zəruridir. 
Idarəetmə üsulunun istiqaməti - müəyyən obyektə (firma, şöbə, bölmə, şirkət 
və s.) yönəlməsi deməkdir; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə