Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

 
116
•  malların  və    xidmətlərin  satılması  prosesində  istehlakçının  üstünlüyü 
(“müştəri hər zaman haqlıdır” prinsipi). 
Strategiya  -  mehmanxana  müəssisəsinin  fəaliyyətinin  daha  əhəmiyyətli  və 
həlledici istiqamətidir ki, bunun da icra edilməsinə xeyli vaxt və xərc tələb olunur. 
Marketinq strategiyasını  təşkil  edən tədbirlər sırasına  yeni  mehmanxanaların   
tikilməsi  və köhnələrin bərpası, kadrların,  mütəxəssislərin,  işçilərin,  təlimi,  xarici 
satış  şəbəkələrinin  inkişaf  etdirilməsi  və  s.  aid  etmək  olar.  Qeyd  olunmuş 
tədbirlərin  həyata  keçirilməsi  xeyli  investisiyaların  və  əsaslı  xərclərin  qoyulması 
ilə bağlıdır. 
Qiymətlər  və  qiymət  siyasəti  -  marketinq  strategiyasının  həyata  keçirilməsi 
üçün mühüm üsullardır. Məhz əldə edilən ticarətin nəticələri əhəmiyyətli dərəcədə 
qiymətlərdən  asılı  olur  və  effektli  aparılan  qiymətlər  siyasəti  mehmanxananın 
bütün  ticarət-istehsalat  sisteminə  uzunmüddətli,  bəzən  isə  həlledici  təsir  göstərir. 
Qiymətlər  mehmanxananın  xidmətlərinin  rəqabətə  hazır  olduğunun  və  onun 
bazarda tutduğu mövqeyin göstəricisidir. Marketinq strategiyasına müvafiq olaraq 
mehmanxana xidmətlərini inhisarlı yüksək qiymətlərlə - bazarın məhdud seqmenti 
çərçivəsində,  müvafiq  sahə  üçün  orta  qiymətlərlə  -  tələbatın  stimullaşdırılması 
məqsədilə satmaq olar və nəhayət, təkliflərin rəqabət qabiliyyətini təmin etmək və 
bazarda  davam  gətirmək  zərurəti  yarandıqda  qiymətlərin  kəskin  endirilməsini 
keçirmək olar. 
 
2. Mehmanxana xidmətləri bazarında marketinq konsepsiyası 
Mehmanxana  ticarət  (kommersiya)  istehsalı  olaraq  bazarda  öz  əmtəə 
məhsulunu xidmətlər şəklində təklif edir. 
Xidmət  -  mübadilə  sazişləri  vasitəsilə  müştəri  tərəfindən  əldə  edilən 
məhsuldur ki, bu, satınalma mülkiyyəti deyil, əşya şəklini almır və yalnız məhsulu 
və onun istifadəsini müəyyən vaxt ərzində və məkanda əldə etmək olar. 
Xidmət (o cümlədən mehmanxana xidməti) bir sıra xüsusiyyətlərə malikdir. 
Xidmətin bir əmtəə məhsulu, turist mehmanxanasının istehsalat nəticəsi kimi 
ə
sas səciyyəvi xüsusiyyəti ondadır ki, istehsalat proseslərinin, xidmətlərin satılması 


 
117
(mehmanxana tərəfindən) və istehlakı (müştəri tərəfindən) zaman və məkanda (üst-
üstə düşürlər) baş verir. 
Xidmətin  yerinə  yetirilməsi  istehsalçının  ərazisi  olan  mehmanxanada 
istehlakçının  fəal  iştirakı  və  icraçı  ilə  qarşılıqlı  təsiri,  habelə  onların  bilavasitə 
təmasları mühitində baş verir. Buna görə mehmanxana məhsulunun keyfiyyəti əsas 
etibarilə  mehmanxananın  heyəti  tərəfindən  müəyyənləşir,  xüsusən  də  bilavasitə 
turistlərlə təmasda olan heyət ilə (front-offise). 
Xidməti  ölçmək  mümkün  deyil.  Onu  yalnız  xidmət  göstərildikdən  sonra 
(bəzən    müəyyən    müddət  keçdikdən  sonra)  qiymətləndirmək  olar.  Mehmanxana 
xidmətini  ehtiyat  üçün  istehsal  etmək,  saxlamaq,  konservləşdirmək  olmaz. 
Mehmanxana  xidməti  müştərinin  istəyini  (tələbini)  dərhal  təmin  edir.  Xidmət 
göstərilmədiyi halda mehman-xananın gözlənilən mənfəəti itirilir və ödənilə bilmir. 
Hətta  vaxtında  göstərilməyən  xidmət  mehmanxana  üçün  gələcək  itkiyə  çevrilə 
bilər. 
Mehmanxana  məhsullarına  (xidmətlərinə)  olan  tələbat  dəyişkəndir,  ilin 
mövsümündən  asılı  olur,  mövsüm  dəyişikliklərinə  məruz  qalır.  Mehmanxana 
məhsulunun istehsalı yüksək daimi (hər illik) maddi xərclərlə yanaşı, bir qədər az 
dəyişkən  xərclər  də  tələb  edir.  Daimi  xərclər  xidmət  olunan  müştərilərin 
(qonaqların)  sayından  asılı  olmur,  dəyişkən  xərclər  isə  bundan  asılıdır.  Turist 
mövsümü  zamanı  əlavə  işçilərin  cəlb  edilməsi  zərurəti  yaranır.  Mehmanxana 
məhsulunun  satılması  mehmanxana  heyətilə  yanaşı,  eyni  zamanda,  bu  məhsulun 
daxili  keyfiyyətindən  də  (rahatlıq,  komfort,  mədəniyyət,  xidmət  səviyyəsi, 
mehmanxananın imici) asılı olur. Satış əhəmiyyətli dərəcədə, turoperatorlardan və 
turagentlərdən,  marketinq  qərarlarından  (o  cümlə-dən  qiymətlərin  müəyyən 
edilməsindən),  nəqliyyat  vasitələri  və  nəqliyyat  yollarının  mövcudluğu, 
mehmanxananın  yerləşdiyi  ərazidən,  hava  şəraitindən,  ətraf  mühitdən,  regionun 
rekreasiya  və  mədəni-tarixi  imkanlarından,  ölkənin,  ərazinin  imicindən  habelə 
rəqiblərdən və onların sayından asılı olur. 
Beləliklə, mehmanxana biznesi və mehmanxana məhsulunun satılması yüksək 
ixtisas  peşəkarlığı,  strateji  və  çevik  idarəetmə  (menecment)  məharəti,  yüksək 


 
118
mənəvi  mədəniyyət,  ən  yüksək  insan  dəyərləri  və  heyətin  peşəkar  təlimini  tələb 
edir. 
 
3. Mehmanxana marketinqinin xüsusiyyətləri 
Son  illər  ərzində  dünya  mehmanxana  təsərrüfatının  inkişafı  mehmanxana 
məhsulu  bazarında  satış  uğrunda  kəskin  rəqabətə  gətirib  çıxarmışdır.  Müştəri 
(qonaq,  turist)  uğrunda  aparılan  mübarizədə  son  illər  ərzində  rəqabətli  marketinq 
strategiyasının  qalib  gəlməsinə  rast  gəlirik.  Marketinq  bütövlükdə  sahibkarlıq 
fəaliyyətini  təşkil  edib  düzgün  istiqamətləndirilən  menecmentin  funksiyası  hesab 
olunur. 
Marketinq  mehmanxana  biznesində  alıcılıq  tələbatının  qiymətləndirilməsini 
ə
sas  götürür.  O,  mehmanxana  biznesinin  bütün  aspekt  və  sahələrini  əhatə  edir. 
Marketinqi  mehmanxana  biznesinin  aparıcı  fəlsəfəsi  adlandırmaq  olar  ki,  bu  da 
bazarda  daimi  gəlir  və  sabit  inkişaf  əldə  etmək  üçün  qonağın  tələb  və  arzularını 
müqayisə  etmək,  onları  qabaqcadan  görmək  və  təmin  etmək  şərtlərinə  əsaslanır. 
Eyni  zamanda,  mehmanxana  müəssisəsinə  qoyulan  investisiyaların  mənşəyini  və 
mehmanxananın fəaliyyətinin əsas donorları olan investorlar tərəfindən nəticələrin 
gözlənilməsini  nəzərə  almaq  lazımdır.  Mehman-xanalara  investisiyalar  adətən 
torpağa,  tikililərə  və  əsas  fondlara  qoyulur.  Sərmayələrin  əsas  hissəsi 
mehmanxananın  əsas  vəsaitlərinə  qoyulur.  Bu  da  onun  uzunmüddətli  fəaliyyətilə 
bağlı  daimi  olan  xərcləri  artırır.  Mehmanxananın  fəaliyyət  həcmindən, 
mehmanxana  məhsulunun  satılıb-satılmamasından,  satış  mövsümünün  olub-
olmamasından  asılı  olmayaraq  ödənilməlidir.  Mehmanxana  marketinqində 
mehmanxananın  düzgün  yerləşməsi,  məqsədli  bazara  istiqamətindən  asılı  olan 
fəaliyyət  qüvvəsinin  optimallığı  kimi  faktorları  da  nəzərə  almaq  zəruridir. 
Marketinq ilk əvvəl tələbatın qiymətləndirilməsi məqsədilə bazarın ibtidai tədqiqi 
ilə  məşğul  olur,  bu  da  mehmanxananın  bazarda  olan  imkanları  və  mövqeyini, 
yerləşməsini və ya bir neçə variantdan seçimini əhatə edə bilər. 
Marketinq  bazarın  öyrənilməsi,  məhsulun  inkişaf  etdirilməsi,  əmtəənin, 
satışın, monitorinq və müşahidələrin irəli çəkilməsi ilə bağlı uzun bir proses kimi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə