Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

 
106
         Mehmanxananın  restoran  və  kafelərində  adətən  qonaqlara  yeməklərin  bir 
neçə şəraiti təklif olunur: 
         Tam pansion - <> (HB) – gündə 3 dəfə yemək, səhər yeməyi, 
nahar və ya şam yeməyi; 
          Yarımpansion  -  <>  (HB)  –  gündə  iki  dəfə  yemək,  səhər 
yeməyi, nahar və ya şam yeməyi; 
          Yalnız  səhər  yeməyi  –  Bed  and  Breakfast  (B.B.)  –  gündə  bir  dəfə  səhər 
yeməyi. 
          Klub – istirahət sistemi üzrə işləyən otellərdə qonaqlara xüsusi yemək şəraiti 
təşkil  olunur.  Gündə  3  dəfə  yeməkdən  əlavə  qonağa  gün    ərzində  pulsuz 
qəlyanaltılar, spirtli və digər içkilər təklif olunur. (All inclusive – bütün xidmətlər 
otelin  qiymətinə  daxildir).  Mehmanxanada  səhər  yeməklərinin  süfrə  düzümünə 
xüsusi diqqət verilir.   
          Mehmanxanada  yaşayan  qonaqların  günü  səhər  yeməyi  ilə  başlanır  və  bu 
onun  ovqatına  və  ümumi  təəssüratına  təsir  göstəri.  Mehmanxanada  yaşayan 
qonaqalr,  nahar  və  şam  yeməyindən  fərqli  olaraq,  səhər      yeməyində  daha  çox 
iştirak    edirlər.  Restoran zalı təmiz  və  səliqəli   olmalı,  ofisiantlar  gümrah  və  fəal 
görünməli, ardıcıl və fasiləsiz xidmət göstərməlidirlər. 
          Səhər yeməklərinin müxtəlif növləri mövcuddur. 
          Kontinental  səhər  yeməyi  (Continental  breakfast)  –  Avropa  qitəsində 
qəbul  olunmuş  bu  növ  səhər  yeməyinə  qəhvə,  çay  və  isti şokolad, qənd, qaymaq 
(süd), limon, iki növ povidla, cem və ya bal, müxtəlif çörək – bulka məmulatı, yağ 
daxildir. 
          Bazar  günlərində  soyuq  yumurta  əlavə  edilir.  Bir  çox  Avropa  ölkələrinin 
mehmanxanalarında bu növ səhər yeməyi otelin qiymətlərinə daxil edilir. 
          Çeşidi  geniş  olan  səhər  yeməyi  –  bu  növ  səhər  yeməyi  Avropada  60-  cı 
illərin  ortasından  yayılmışdır.  Kontinental  səhər  yeməyinə  daxil  olan  menyudan 
ə
lavə qonaqlara müxtəlif meyvə şirələri ( tomat, portağal və s. ), pendir, kolbasa, 
qayğanaq, yoğurt, kəsmik və s. təklif olunur. Qonaqlara bufet servisi və ya ofisiant 
xidmət göstərir. 


 
107
          Ingilis  sayağı  səhər  yeməyi  –  qonaq  üçün  nömrəyə  gətirilən  çay  və  ya 
qəhvədən  başlayır.  Bu  səhər  yeməyinə  qənd,  yağ,  bulka  məmulatı,  cem, 
bal,mürəbbə  daxildir.  Bu,  kiçik  səhər  yeməyi  adlanır  (Short  breakfast).  Bu  səhər 
yeməyinə  vetçina  (donuz  əti)  ilə  hazırlanmış  qayğanaq,  balıq,  südlə  hazırlanan 
yulaf  (ofsyanka),  sıyıq  (kaşa)  da  əlavə  oluna  bilər.  Bufet  servisi  və  ya  ofisiant 
xidmət edir. 
          Amerikansayağı səhər yeməyi vaxtı buzla adi içməli su, meyvə şirələri, tər 
meyvələr  və  ya  meyvələrdən  hazırlanmış  kompot,  bir  az  ət,  piroq,  düyü  və  ya 
qarğıdalı sıyığı (kaşa) verilir.  
          Şampan  şərabı  ilə  səhər  yeməyi  adətən  səhər  saat  10.00-  dan  13.00  –  dək 
verilir.  Qəhvə,  çay,  şampan  və  digər  şərab  təklif  olunur.  Bura  bir  az  soyuq 
qəlyanaltı  və  isti  yemək,  sup,  salat  və  şirin  piroq  əlavə  olunur.  Bu  növ  səhər 
yeməyi rəsmi səbəb olanda verilir. 
          Gec verilən səhər yeməyi – saat 10.00- dan 14.00- dək təqdim olunur. Bura 
səhər  və  nahar  yeməyinin  elementləri  daxildir:isti  və  soyuq  içkilər,  bulka,  cem, 
yağ, kolbasa, sup,isti ət yeməyi, desert. Bufet servis xidməti göstərir. Bu növ səhər 
yeməklərindən əlavə müxtəlif ölkələrin qonaqlarına digər səhər yeməkləri də təklif 
olunur. (cədvəl 8).  
Səhər, nahar və şam yeməklərinin təşkilində müxtəlif xidmət  metodlarından 
istifadə olunur: 

<< A lya kart >> 

<<  A Part >> 

<< Tabldot >> 

Isveç masası 
Bufet xidməti            
<< A lya kart >> (A la carte) – xidmətində, qonaqlar kart – menyudan yemək – 
içməyi sifariş edirlər. Sifariş mətbəxə dərhal çatdırılır və süfrə  düzümü hazırlanır. 
Bu  xidmət  üsulunda  qonaq  ofisiantla  məsləhətləşib  yeyib  –  içmək    seçə  bilər. 
Ofisiant, öz növbəsində suqqesstiv (suqqestiya – inandırmaq, təsir etmək) üsuldan 
istifadə edərək restoranın gəlirini artıra bilər.  


 
108
 
Cədvəl 1. 
            Müxtəlf ölkələrin səhər yeməklərinin növləri 
                                                                                                                                                                        
Milli səhər yeməkləri  
Səhər yeməyinin tərkibi (menyu) 
Avstriya 1 
Bulka, qaymaq və ya südlə qəhvə 
Avstriya 2 
Soyuq  qəlyanaltılar  (kolbasa,  bişmiş  ət),  isti 
yeməklər,mineral su 
Hollandiya 
Qəhvə,  süd,  çay,  holland  pendiri,  yulaf  sıyığı, 
ə
tdən  hazırlanmış  assorti,  siyənək  balığı, 
blinçik 
Ispaniya, Portuqaliya (erkən səhər yeməyi) 
Qəhvə,  bulka,  isti  şokolad  peçenye  ilə, 
marmelad 
Gec verilmiş səhər yeməyi 10.00 – 11.00 
Tərəvəz  məhsulları,  balıq  və  yumurtadan 
hazırlanmış yeməklər 
Italiya 
Tər meyvələr, südlə tünd qəhvə, bal,yağ 
Almanya 1(06.00) 
Qəhvə  süd  və  ya  qaymaqla,  bulka,  marmelad 
və ya cemlə, buterbrod yağ və pendirlə 
Almanya 2(10.00 – 11.00) 
Soyuq 
və 
isti 
qəlyanaltılar,1 
və 

yeməklər,desert 
Polşa 1 
Çay,südlü  qəhvə,  bulka,  marmelad  və  ya 
mürəbbə 
Polşa 2 
Soyuq  və  isti  yeməklər,  desert,  qəhvə,  çay 
südlə 
Skandinaviya 
Balıq və ət xörəkləri 
Finlandiya 
Südlə isti içkilər 
Fransa 1 
Südlə  tünd  qəhvə,  müxtəlif  növ  pendirlər, 
bulka 
Fransa 2 
Soyuq  qəlyanaltılar,  isti  tərəvəz  qəlyanaltıları, 
qarnirlə balıq və isti yeməklər 
Isveçrə 1 
 
Isveçrə 2 
Südlə qəhvə, bulka 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə