Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

 
109
         Məsələn, ofisiant hansı içkinin hansı içkinin hansı yeməklə uyğun olduğunu 
məsləhət görür və təklif edir. << A lya kart >> metodu çətin və çox zəhmət tələb 
etsə də, hazırda restoran xidmətində geniş yayılıb.    
<< A part >> (a part)  - əvvəlcədən sifariş olunur və müəyyən vaxt ərzində 
qonağa  xidmət  göstərilir.  Istirahət  evlərində  və  kurort  –  mehmanxanalarda  bu 
xidmət metodu geniş yayılıb. 
         <<  Tabldot  >>  (table  d
,
hote)  –  bütün  qonaqlara  eyni  vaxtda  eyni  menyu 
üzrə  xidmət  göstərilir.  Bütün  qonaqlar  masa  arxasında  oturandan  sonra  qulluq 
başlanır. Bu metoddan pansionat və istirahət evlərində geniş istifadə olunur. 
         Isveç masası (şved stolu) – müxtəlif və geniş çeşiddə qonaqlara yemək və 
içmək  təqdim  olunur  (otelin  dərəcəsindən  asılı  olaraq).  Qonaq  masaya  düzülmüş 
istədiyi  yeməyi  seçə  və  istədiyi  miqdarda  götürə  bilər.  Bu  metodun  üstünlüyü 
ondadır ki, restoran zalı az personalla xeyli qonağa xidmət göstərə bilir. Bu metod 
qonaqların tələbatını ödəyir və vaxtına qənaət edir.  
         Bufet  xidməti  qonaqlara  özünəxidməti  təklif  edir.  Xidmət  personalı  bufeti 
müxtəlif    çeşiddə  içki  və  yeməklə  təmin  edir.  Personal  qonaqlara  içki  və  yemək 
seçməkdə məsləhət verir, masanı yığışdırır. 
         Bufet  xidmətindən  konfrans,  simpozium  iştirakçılarına  xidmət  göstərmək 
üçün daha geniş istifadə istifadə olunur. 
 
        4.  Servisin növləri 
         Qonaqların  kontingentindən  asılı  olaraq  müxtəlif  servis  növləri  təqdim 
olunur. Ən geniş yayılmış servis növləri bunlardır:  
- fransız 
- ingilis 
- amerikan 
- alman 
- rus 
Bütün servis növlərində xidməti ofisiantlar yerinə yetirir. 


 
110
Fransız servisi növü restoran mətbəxinin yüksək səviyyədə olduğunu göstərir 
və  dünyada  ən  bahalı  və  yaddaqalan  xidmət  sayılır.  Böyük  boşqaba  qoyulmuş 
yeməklər  qonaqlara  nümayiş  olunur.  Gözəl  tərtib  olunmuş  yemək  qonaqda  iştahı 
artırır. Ofisiant qonağa qulluq göstərir və ya boşqabı qonağın qarşısına qoyur ki, o 
öz istəyilə özünə qulluq etsin. 
Fransız servisində bir neçə nəfərdən ibarət briqada xidmət göstərir: 
1. Restoran meneceri (fr. Maitre d
,
hotel ); 
2. Baş ofisiant (fr. Chef de rang) – dörd masanın xidmətinə cavabdehdir. O, 
qonaqları  qarşılayır,  menyunun  izahatını  verir,  sifarişi  qəbul  edir,  xidmətin  tez 
yerinə yetirilməsinə nəzarət edir və şəxsən qonaqların boşqablarına yemək qoyur; 
3. Baş ofisiantın köməkçisi ( demi chef de rang ) – içkilərin sifarişini qəbul 
edir, yeməkləri verir; 
4. Su    verən  ofisiant  (commis  de  rang  )  –  sifarişləri  mətbəxə  çatdırır, 
mətbəxdən araba ilə yeməkləri gətirir, masanı yığışdırır; 
5. Içkilər üzrə ofisiant (sommelier) – fransız servis növü, həm fərdi qonaqlara, 
həm də banket və ziyafətlərə xidmət etmək üçün istifadə olunur. 
Ingilis servisi (əlavə qoyulmuş masadan xidmət göstərmək) 
Ofisiant əvvəlcə bu əlavə masada boşqaba yeməyi qoyur, sonra sağ tərəfdən 
qonağa  təqdim  edir.  Əlavə  yemək  tələb  edən  qonağın  boşqabı,  çəngəl  –  bıçağı 
yenisi ilə əvəz olunur. Bu, çox zəhmət tələb olunan xidməttir. << Ingilis servis >> 
termini  ilə  yanaşı,  <<  gueridon  >>  termini  də  işlədilir.  Servis  boşqabına  ərzaq 
yığılır və araba – masaya qoyulur. Araba – masa qonağın masasına yaxınlaşdırılır 
və qonaq özü istədiyini seçir və ofisiant xidmət göstərir.   
Amerika  servisi  –  yemək  mətbəxdə  hazırlanır  və  boşqablara  yığılır.  Ofisiant 
boşqabları qonaqların qarşısına qoyur. Bu, tez və sadə servis növüdür. 
Alman  servisi  –  yemək  böyük  bir  boşqaba  yığılaraq  qonağın  yaxınlığındakı 
masaya qoyulur. Qonaq     özünə  istədiyi kimi   xidmət   edir. 
Rus servisi – yemək servis boşqabında gətirilir, ofisiant yeməyi hissələrə bölür və 
istədiyi hissəni özü boşqaba qoyur. 
         Mehmanxana nömrələrinə restoran xidməti 


 
111
          <<  Nömrələrdə  xidmət  >>  termini  bir  vaxt  qonaqlara  mehmanxana 
nömrələrində hər cür xidmət kimi qəbul olunurdu. Hazırda bu termindən nömrələrə 
yemək və içmək xidməti kimi istifadə olunur.   
     Memanxana  nömrələrinə  restoran  xidməti  yüksək  peşəkarlıq  və  məsuliyyət 
tələb edir. 
         Qonağın sifarişini qəbul edən restoran personalı servirovkanı təşkil   etməli,  
yeməkləri      ardıcıl    verməli,    yüksək    səviyyədə    xidmət      göstərməli,  ofisiant 
qonağın otağında etik qaydalara riayət etməlidir. 
         Nömrədə yaşayan qonaq telefonla və ya mərtəbə xidməti vasitəsilə restoranın 
metrdotelinə sifariş verir.                                         
Fransız servisi növü restoran mətbəxinin yüksək səviyyədə olduğunu göstərir  
və    dünyada      ən    bahalı    və    yaddaqalan    xidmət      sayılır.      Böyük  boşqaba  
qoyulmuş   yeməklər   qonaqlara  nümayiş   olunur.  Gözəl  tərtib olunmuş yemək 
qonaqda  iştahı  artırır.  Ofisiant  qonağa  qulluq  göstərir  və  ya  boşqabı  qonağın 
qarşısına qoyur ki, o öz istəyilə özünə qulluq etsin. 
Fransız servisində bir neçə nəfərdən ibarət briqada xidmət göstərir: 
1. Restoran meneceri (fr. Maitre d
,
hotel ); 
2. Baş ofisiant (fr. Chef de rang) – dörd masanın     xidmətinə    cavabdehdir.  
O,  qonaqları    qarşılayır,    menyunun      izahatını        verir,    sifarişi          qəbul    edir, 
xidmətin     tez      yerinə      yetirilməsinə     nəzarət    edir      və         şəxsən   qonaqların 
boşqablarına yemək qoyur; 
3. 
Baş ofisiantın köməkçisi ( demi chef de rang ) – içkilərin sifarişini qəbul 
edir, yeməkləri verir; 
4. 
Su    verən  ofisiant  (commis  de    rang  )    –      sifarişləri      mətbəxə      çatdırır, 
mətbəxdən araba ilə yeməkləri gətirir, masanı yığışdırır; 
5. 
Içkilər  üzrə  ofisiant  (sommelier)    –      fransız      servis    növü,      həm      fərdi 
qonaqlara, həm də banket və ziyafətlərə xidmət  etmək  üçün  istifadə olunur. 
Ingilis servisi (əlavə qoyulmuş masadan xidmət göstərmək) 
Ofisiant əvvəlcə bu əlavə masada boşqaba yeməyi qoyur, sonra sağ tərəfdən    
qonağa   təqdim   edir.   Əlavə   yemək   tələb   edən    qonağın   boşqabı, çəngəl – 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə