Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

 
112
bıçağı yenisi ilə əvəz  olunur.   Bu,   çox   zəhmət   tələb olunan  xidməttir.  << 
Ingilis servis >>  termini  ilə  yanaşı,  << gueridon >> termini də  işlədilir.  Servis  
boşqabına    ərzaq  yığılır    və    araba    –      masaya  qoyulur.  Araba  –  masa  qonağın 
masasına    yaxınlaşdırılır      və      qonaq      özü  istədiyini  seçir  və  ofisiant  xidmət 
göstərir.   
Amerika  servisi  –  yemək  mətbəxdə  hazırlanır  və  boşqablara  yığılır.  Ofisiant 
boşqabları qonaqların qarşısına  qoyur.  Bu,  tez  və  sadə  servis növüdür. 
Alman  servisi –   yemək   böyük   bir  boşqaba  yığılaraq  qonağın yaxınlığındakı 
masaya qoyulur. Qonaq özünə istədiyi kimi  xidmət   edir. 
        Sifarişi qəbul edən metrdotel aşağıdakı məlumatları qeyd edir: 
1. 
Otağın nömrəsi; 
2. 
Yemək və içkilərin adı və miqdarı;                                                                  
3. 
Qonaqların sayı; 
4. 
Yemək və içkilərin nömrəyə verilmə vaxtı. 
        Sifarişi qəbul edən metrdotel onu ofisianta və mətbəxə çatdırır və iki nüsxədə 
hesab yazır, biri qonaq, o biri mətbəx üçün. 
        Mehmanxana  nömrələrinə  restoran  xidməti  göstərmək  üçün  xüsusi  qab    –  
qacaqlar,        mətbəx və        restoran      ləvazimatı,      müxtəlif        formalı  arabalardan 
istifadə olunur. 
Nömrələrdə  restoran  xidmətinin  əsas  təşkilat  prinsipi,    fransız      söz 
birləşməsinin  ifadə  etdiyi  kimi,  mise  on  place  –  hər  şey  öz  yerində.                    
Nömrələrə xidmət göstərən restoran personalı hazır vəziyyətdə olmalı və qonağın 
hər bir sifarişini yerinə yetirməlidir.   
        Qonaqlara  nömrələrdə restoran  xidməti   göstərmək   üçün   xüsusi qaydalar 
mövcuddur:  
1. 
Qonağın    sifarişi      nömrəyə    (  səhər,      nahar,    və    ya      şam      yeməyi  ) 
məcməyidə və ya servis arabasında gətirilir. Məcməyini ofisiant  sol əlində aparır.  
Sağ  əli  boş   olmalıdır ki,  nömrənin  qapısını  açıb – bağlaya  bilsin.  Dəhlizdə  


 
113
hərəkət  vaxtı    məcməyini      ofisiant        çiyni,  nömrəyə  daxil  olan  zaman  sinəsi 
səviyyəsində endirməlidir; 
2. 
Ofisiant ömrənin qapısını döyməli, iazə aldıqdan sonra daxil olmalıdır; 
3. 
Qonaqlarla salamlaşmalıdır; 
4. 
Çarpayıda  səhər  yeməyi,  yemək      istəyən      qonağa      kənar        tərəfdən 
məcməyini  təqdim  etməlidir,  iki  nəfərə  səhər  yeməyi  təqdim  olunursa,  hər  birinə 
ayrıca məcməyi verilir; 
5. 
Məcməyidə yemək servirovka olunmuş halda təqdim olunur;  
6. 
Masa arxasında səhər yeməyi   yemək   istəyən   qonaq  üçün    süfrə salınır, 
məcməyi  masa üstünə qoyulur və ya qonağın arzusu ilə masa üstündə servirovka 
edilir. 
        Ofisiant  ədəb  qaydalarına  riayət  etməli,  yersiz  söhbət  etməməli,        işini 
qurtaran kimi <> deyib sağollaşaraq nömrəni tərk etməlidir.   
 


 
114
MÖVZU:11. MEHMANXANA BIZNESINDƏ MARKETINQ 
Plаn 
1. Marketinq anlayışı 
2. Mehmanxana xidmətləri bazarında marketinq konsepsiyası 
3. Mehmanxana marketinqinin xцsusiyyətləri 
4. Marketinq-miks 
 
1. Marketinq anlayışı  
Respublikamızda bazar iqtisadiyyatına keçid mehmanxana biznesinin inkişafı 
üçün yeni şəraitlər yaratmışdır. Ön plana azad sahibkarlıq, rəqabət, marketinq kimi 
kateqoriyalar  çıxır.  Əvvəllər  qüvvədə  olan  ciddi  inzibati-amirlik  üsulları  və 
mərkəzləşdirilmiş  planlaşdırma,  idarəetmə  sistemi  dağılmaqdadır.  Onun  əvəzinə 
mehman-xana  biznesində  çalışan  müəssisə  və  təşkilatların  istehsal  fəaliyyətində 
yeni üsullar meydana çıxır. Bu üsullardan şirkət və müəssisələr geniş istifadə edir. 
Istifadə olunan bu üsullar marketinqdir. 
«Marketinq»  sözü  ingilis  dilindən  götürülüb.  Onun  kökü  «market»  sözüdür, 
tərcümədə  «bazar»  deməkdir  və  bu  sözdən  əmələ  gələn  marketinq  hərfi  mənada 
«bazarda iş görmək» mənasını daşıyır. 
Maksimal  qazanc  əldə  etmək  məqsədilə  istehlak  tələbatını  aşkar  edib  və 
tədqiq edilməsi əsasında hər bir istehlakçının fərdi tələbatlarının təmin olunmasına 
yönəlmiş  ticarət-istehsalat  sisteminə  marketinq  deyilir.  Bu  tərifdə  əsas  tezisləri 
ayırmaq  məqsədəuymun  olardı.  Əvvəla  ticarət-istehsalat  fəaliyyəti  marketinqi 
kommersiya fəaliyyətindən fərqləndirir. 
Kommersiya fəaliyyətinin bütün üsulları və stimulları artıq istehsal olunmuş 
malların  və  xidmətlərin  bazarda  satılmasına  yönəlirsə,  marketinqin  məqsədi 
istehlak  tələbatına  müvafiq  olaraq  malların  və  xidmətlərin  istehsalı  və  satışının 
(realizə  edilməsi)  qarşılıqlı  əlaqəsi  olan  prosesdir.  Digər  tərəfdən,  marketinqin 
məqsədi  fərdi  istehlakçılar  səviyyəsində  tələbatın  aşkar  edilməsi  və  onun  daim 
artması  istiqamətində  formalaşdırılmasıdır.  Nəhayət,  marketinqin  son  məqsədi 


 
115
maksimal  qazanc  əldə  etməkdir  -  bu  da  onu  son  dərəcə  iqtisadi  kateqoriyaya 
çevirir. 
Marketinq nədir? 
1. Məqsədi: satışın stimullaşdırılması ilə maksimum qazanc əldə etmək; 
2.  Istehsal-satış  fəaliyyətinin  ümumi  layihəsinin  planlaşdırılması  və  həyata 
keçirilməsi. 
3. Bazarın tədqiq edilməsi: 
• Alıcılar nə istəyirlər (tələbat); 
• Onların tələbatları nə cür ödənilir (təklif və qiymətlər). 
4.  Qarşılıqlı  mübadilə  məqsədi  ilə,  fərdi  və  ya  kollektiv  tələbləri  ödəyən 
malların və xidmətlərin bazara çıxarılması və onların satılması. 
5. Reklam. 
6. Məhsulun yeni növlərinin yaradılması. 
7. Bazarın alıcılıq şəraitində, alıcı öz tələblərini satıcıya buyurursa, marketinq 
istifadə oluna bilər. 
8.  Marketinq  üçün  azad  bazar  şəraiti  tələb  olunur  və  istehsalçı  ilə  istehlakçı 
arasında münasibətlərdə sərbəstlik hökm sürür. 
9.  Marketinq  üçün  əmtəə  istehsalçıları  arasında  azad  rəqabət  şəraiti, 
sahibkarlıq təşəbbüsü tələb olunur. 
10.  Bazar  mallar  və  xidmətlərlə  kifayət  qədər  bol  olduğu  halda  marketinq 
faydalı hesab olunur. 
Qeyd etmək lazımdır ki, marketinqin geniş və müvəffəqiyyətlə tətbiq edilməsi 
yalnız müvafiq  hüquqi təminat şəraitində mümkündür, yəni aşağıdakı prinsiplərin 
həyata keçirilməsi üçün əlverişli hüquqi mühitin təmin olunmasına dair qanunların 
və qanunverici aktların vəhdəti olduqda: 
•  malların,  ixtisasın,  istehsalatın  şəraitinin,  sahibkarlığın  formasının  azad 
seçilməsi; 
• istehsalat vasitələrinə və əməyin nəticəsinə xüsusi mülkiyyət hüquqları; 
• müqavilələrin və tərəfdaşlıq öhdəliklərinin şərtlərinə riayət olunması; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə