Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan


MÖVZU: 12. MEHMANXANA BIZNESI VƏ MENECMENT



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

 
125
MÖVZU: 12. MEHMANXANA BIZNESI VƏ MENECMENT 
PLАN 
1. Mеhmаnхаnа biznеsində mеnеcmеnт və prоqnоzlаşdırmа 
2. Mеhmаnхаnа sənаyеsində plаnlаşdırmаnın mаhiyyəti və mərhələləri 
3. Qərarların qəbul edilməsi 
4. Kommunikasiya və məlumat mübadiləsi 
5. Idаrəеtmə üsullаrı 
6. Idarəetmənin üslubu 
 
1. Mеhmаnхаnа biznеsində mеnеcmеnt və prоqnоzlаşdırmа 
Menecment  (management)  -  proqnozlaşdırma,  planlaşdırma,  işlərin  təşkili, 
qərarların  qəbul  edilməsi,  kommunikasiya  və  məlumat  mübadiləsi,  nəzarəti  və 
ə
məkdaşların  fəaliyyəti  ilə  qarşıya  qoyulan  məqsədə  nail  olmaqdır.  Bunlar 
menecmentin əsas funksiyalarıdır. 
Proqnozlaşdırma  menecmentin  ilk  funksiyasıdır  və  gözlənilən  ticarət 
dövriyyəsini  qabaqcadan  xəbər  verir.  Mehmanxana  biznesinə  tətbiq  edilən 
proqnozlaşdırma  otelin  nömrələrinin  qonaqlarla  doldurulmasının  faizini  müəyyən 
edir. 
Mehmanxana  müəssisəsinin  restoranını  ərzaq  məhsullаrı  ilə  təmin  edərkən 
qonaqların sayı proqnozlaşdırılmalıdır. 
Proqnoz  hər  hansı  bir  biznesin  əsas  tərkib  hissəsidir.  Düzgün  aparılmayan 
proqnoz  müəssisədə  ciddi  problemlər  yarada  bilər.  Proqnozlaşdırma  vaxtı 
yanılmaları  minimuma  endirmək  üçün  onu  düzgün  şərtlərə  əsasən  aparmaq 
zəruridir. 
Mehmanxana biznesində müxtəlif şərtlər nəzərə alınır: 
Ilin fəsilləri: yay, payız, qış, yaz (mövsümi dəyişmə). 
Həftənin günləri: tələbatın səviyyəsinə uyğun həftənin günləri fərqlənir. 
Hava şəraiti: yaxşı hava şəraiti tələbatı artırır, pis hava şəraiti tələbatı azaldır. 
Mehmanxana nömrələrinə qabaqcadan sifarişlərin olması gələcək hesabatların 
aparılmasının şərtlərindən biridir. 


 
126
Proqnoz  menecment  fəaliyyətində  ilk  tədbir  olduğuna  görə  o,  dürüst  yerinə 
yetirilməlidir, əks-təqdirdə buraxılan səhv digər başqa səhvlərə səbəb olar. 
Otelin  rəhbərliyi  bir  və  ya  iki  həftə  öncədən  nömrələrin  doldurulması 
proqnozunu verir, buna əsaslanan şöbə, bölmələr işin həcmini müəyyən edir və öz 
imkanlarını müvafiq dərəcədə bölüşdürürlər. 
2. Mеhmаnхаnа sənаyеsində plаnlаşdırmаnın mаhiyyəti və mərhələləri 
Planlaşdırma.  Iki  cür  planlaşdırma  mövcuddur:  qısamüddətli  və  ya  taktiki, 
uzunmüddətli  və  ya  strateji.  Qısamüddətli  (taktiki)  planlaşdırma  bir  ilə  qədər 
müddətə  tərtib  olunur.  Uzunmüddətli  (strateji)  planlaşdırma  məqsədə  nail  olmaq 
üçün  müəssisənin  siyasət  və  strategiyasını  göstərən  bir  prosesdir.  Strateji 
planlaşdırma beş və ya daha çox müddətə qabaqcadan tərtib olunur. Mehmanxana 
sənayesində strateji planlaşdırma şirkətin modifikasiyasını (şəklini dəyişdirmək) və 
ya  konsepsiyasını  dəyişmək  məsələlərini  qoyur.  Strateji  planlaşdırma,  həmçinin 
beynəlxalq  bazara  çıxmaq  üçün  imkanları  qiymətləndirir  və  alternativ  inkişafı 
nəzərdə tutur. 
Mehmanxana  sənayesində  fəaliyyət  göstərən  şirkətlər,  uzunmüddətli 
planlaşdırma  tərtib  edərkən  ehtiyat  vasitələrini,  maliyyə  imkanlarını  nəzərə  alıb 
müəssisənin yeniləşdirilməsi, fransız strukturları ilə aparılan əməliyyatlara və digər 
aspektlərə toxunurlar. 
Yüksək vəzifəli rəhbərlər müəssisənin təşkilatı məsələləri, strateji məqsədləri 
və korporativ siyasəti ilə məşğuldurlar. 
Taktiki planları müəssisədə aşağı vəzifəli işçilər həyata keçirir. 
Operativ  planlar  mərhələlərlə  yerinə  yetirilir.  Təşkilatı  planlaşdırma  yeddi 
mərhələni əhatə edir: 
1.  Məqsəd  və  vəzifələrin  qoyuluşu.  Bu,  planlaşdırmada  ilk  mərhələdir.  O, 
müəssisənin  fəaliyyətinin  gözlənilən  nəticələrini  müəyyən  edir.  Məqsəd 
perspektivli, vəzifə konkret olmalıdır. 
2.  Marketinq  mühitini  qiymətləndirmək  və  təhlil  etmək.  Şirkətə  təsir  edən 
iqtisadi, siyasi və sosial amilləri təhlil etmək. 


 
127
3. Alternativ yolları müəyyənləşdirilməli, məqsədə nail olmaq üçün  müxtəlif 
üsullar  təhlil  edilməli  və  onlardan  birini  rəhbərlik  öz  fəaliyyətində  istifadə 
etməlidir. 
4. Alternativ  variantlara  qiymət  verərək məqsədə  çatmaq  üçün  onların  üstün 
və çatışmayan cəhətlərinin siyahısını tutmaq lazımdır. 
5. Məqsədə çatmaq üçün optimal yollardan birini seçmək. 
6. Planın həyata keçirilməsində optimal variantı seçən menecer işçinin hansı 
müddətə  nə  etdiyini,  hansı  vəsaitlər  tələb  olunduğunu,  nə  qədər  mənfəət 
gözlənildiyini və bu mənfəətin hansı qiymətlər hesabına əldə olunmasını, müxtəlif 
hesabatların tərtib edilməsini və s. məsələləri həll etməlidir. 
7. Işin nəzarəti və qiymətləndirilməsi. 
Planın  həyata  keçirilməsini  bitmiş  hesab  edərkən  müəssisə  gözlənilən 
nəticələrin plana uyğun olmasını görməlidir. 
Fəaliyyətin  təşkili.  Müəssisənin  rolu,  məqsədi,  vəzifələri  və  planları 
müəyyənləşəndən  sonra  bunları  yerinə  yetirmək  üçün  müəssisə  işini  təşkil 
etməlidir. 
Işi  təşkil  etmək  və  məqsədə  çatmaq  üçün  müəssisə  vəsaitlərini,  imkanlarını 
bölüşdürməli və istiqamətləndirməlidir. 
Bir çox müəssisələr iki təşkilati struktura malikdir: formal və qeyri-formal. 
Formal  təşkilati  struktur  sxemdə  cədvəl  şəklində  öz  əksini  tapır.  Cədvəldə 
müəssisənin  struktur  bölgüsü  və  subordinasiya  (tabelik)  sistemi  göstərilir.  Qeyri-
formal struktur, yəni «kölgəli» subordinasiya bir yerdə işləyən insanların qarşılıqlı 
ə
laqəsində özünü göstərir. 
Qeyri-formal struktur reallığı əks etdirir. Göstərdiyimiz təşkilati strukturlar bir 
çox mehmanxana müəssisələrində mövcuddur. 
3. Qərarların qəbul edilməsi 
Mərkəzi  idarəetmədə  qərarlar  yüksək  korporativ  səviyyədə  qəbul  olunur  və 
aşağı  idarələrə  ötürülür. Aşağı  vəzifə  tutan  işçilər  birbaşa  rəhbərliyin  göstəriş  və 
sərəncamlarını  yerinə  yetirir.  «Marriott»  şirkəti  mərkəzi  idarəetmənin  tipik 
nümunəsidir.  Buna  baxmayaraq,  hətta  mərkəzi  şirkətlər  aşağıların  təşəbbüsünə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə