Treninq sözünün ilk hərfidir - qrup deməkdir )
T - qrup qısa müddət ərzində ( bir neçə gündən bir neçə həftəyə qədər ) fəaliyyət göstərir. Qrup üzvləri arasında bir tərəfdən onların həyatda girə bilmədikləri şəxsi münasibətlər yaradılır və bu zəmində zəruri ünsiyyət vərdişləri aşılanır, digər tərəfdən öz münasibətlərini başa düşmələrinə diqqət yetirilir.
Hal-hazırda sosial-psixoloji treninq praktikası psixologiya elminin sürətlə inkişaf edən tətbiqi sahələrindən birinə çevrilmişdir. Sosial-psixoloji treninqdən müxtəlif profilli mütəxəssislər - rəhbər işçilər, müəllimlər, həkimlər, psixoloqlar, ticarət işçiləri vəs. hazırlığında istifadə olunur. Ər-arvad konfliktlərinin aradan qaldırılması, valideyinlərlə uşaqlar arasında münasibətlərin yaxşılaşdırılması, "çətin" yeniyetmələrin tərbiyəsi vəs.nin sahələrdə də sosial-psixoloji treninq geniş tətbiq olunur.
Dostları ilə paylaş: |