Müasir dövr
Tarix və onun problemləri, № 4 2014
104
ASLAN XƏLILOV
Tarix üzrə fəlsəfə doktoru,
AMEA-nın A.A.Bakıxanov adına
Tarix İnstitutunun dissertantı
E-mail: xalilov62@inbox.ru
AZƏRBAYCAN SSR RƏHBƏRLIYINDƏ QARŞIDURMALAR ELLIKLƏ
KOLLEKTIVLƏŞMƏ DÖVRÜNÜN BAŞLANĞICINDA
Açar sözlər: elliklə kollektivləşmə, N.Gikalo, neft sənayesi, Azərbaycan rəhbərliyi.
Ключевые слова: сплошная коллективизация, Н.Гикало, нефтяная промышленность,
Азербайджанское руководство.
Key words: mass collectivization, N.Qikalo, oil industry, Azerbaijan's leadership.
1920-ci ilin aprel çevrilişindən başlayaraq Azərbaycan SSR rəhbərliyində baş verən
siyasi ixtilaflar elliklə kollektivləşmə dövrünün başlanğıcında daha da intensivləşdi. Bu
dövrdə cərəyan edən hakimiyyətdaxili mübarizənin mərkəzində yenidən Az.DSİ sədri təyin
edilmiş M.C.Bağırov və AK(b)P MK katibi N.Gikalo dururdu.
Ürəyincə vəzifə almayınca Tiflisdə qalmağı planlaşdıran M.C.Bağırov, nəhayət, 1929-
cu ilin sentyabrında Bakıya dönməyə məcbur olmuşdu. M.C.Bağırov 1930-cu ilin payızında
etdiyi qeydlərdə bu dönüşün səbəbini belə əsaslandırırdı: «Ölkə Komitəsinin dəfələrlə qəbul
edilmiş və ciddi qərarları (o zamankı katib yol. Mamiyanın mənə qarşı tam şəkildə nifrət
etdiyi bir halda)» (3, v.104).
Əslində isə, M.C.Bağırovun tezliklə inadından dönərək, hətta, qatarla deyil, drezin ailə
Tiflisdən Bakıya təcili dönüşü, birbaşa, mərkəzin göstəricisi ilə əlaqədar idi.
Bakıda Azərbaycanın yeni rəhbərliyi ilə görüş zamanı M.C.Bağırov Az.DS İsədri
olmaqdan imtina etməyə cəhd göstərmişdi. Onu yola gətirməyə çalışan N.Gikalov əmirzəyən
çılardevrildikdən sonra respublikanı faktiki olaraq idarə edən ÜK (b)P MK təlimatçısı
K.Pşenitsın M.C.Bağırova Az.DSİ sədri vəzifəsi ilə eyni zamanda XKŞ sədr müavini və
AXTŞ sədri vəzifələrini tutmağı təklif etmişdilər. M.C.Bağırov onların bu təklifini rədd
edərək yalnız müvəqqəti olaraq və müəyən şərtlər daxilində Az.DSİ sədrliyinə razılıq
verəcəyini bildirmişdi: «İşin şərtləribarədəmənim Gikalo iləs öhbətim: əgər o, açıq söhbət
istəyirsə – bununla əlaqədar mənim fikirlərim:
a) milli məsələ üzrə
b) qrupların işi üzrə
c) işdə kollektivçilik
Yoldaş Gikalonun tam və sözsüz həmrəyliyi – lakin, təəssüf ki, sonralar praktikada
buna riayət edilməməsi» (3, v.103).
Beləliklə, AK(b)P MK Katibliyinin 7 sentyabr 1929-cu il qərarı ilə M.C.Bağırov
Az.DSİ sədri, 23 sentyabr 1929-cu il qərarı ilə XDİ komissarı təyin edildi. O, bu postda 4
sentyabr 1929-cu ildə XDİ komissarı vəzifəsinə təyin olunmuş Bakı həmkarlar təşkilatının
nümayəndəsi olan Azad Bayramovu əvəz etdi.
AK(b)PMK plenumunun 30 sentyabr 1929-cu il qərarı ilə M.C.Bağırov MK və MK
Rəyasət heyətinin üzvü təyin edildi. Həmin günün səhərisi, ÜK(b)PMNK-nın
Q.Orconikidzenin sədrliyi ilə keçən 1 oktyabr 1929-cu il tarixli iclasında Az.FK işçilərinin
1924-cü ildə leqallaşmış qaçaqlara qarşı törətdikləri məlum cinayət faktı müzakirə edildi.
Müasir dövr
Tarix və onun problemləri, № 4 2014
105
İclasın qərarında M.C.Bağırovun nəzərinə çatdırıldıki, «…o, DSİ orqanlarında yol verilməz
divan tutma metodlarına qarşı tədbir görməmiş (məhbusların öldürülməsi barədə materialların
saxtalaşdırılması), belə halların təkrar olunacağı təqdir də tam şəkildə məsuliyyət daşıyacağı
haqqında xəbərdarlıq edilir» (1, v.44).
S.Qorobçenko, Y.Moroz və digərlərinin, demək olarki, analoji cinayətə görə daha ciddi
cəza ya məhkum edildiyini nəzərə alsaq ÜK(b)PMNK-nın qeyd olunan qərarı izafi dərəcə də
yumşaq bir hökm təsiri bağışlayırdı. Əslində isə, M.C.Bağırov ağır cəzaya layiq görülmüşdü:
bir tərəfdən o, uğrunda mübarizə apardığı vəzifəyə təyin edilməmiş, digər tərəfdən isə onun
üzərinə mərkəzin bütün göstərişlərinə sözsüz əməl etmək öhdəliyi qoyulmuşdu. «Əsaslı
dönüş» illərində bu öhdəliklərin nədən ibarət olduğunu M.C.Bağırov yaxşı başa düşürdü: o öz
günahlarını «qılıncvəqanla» yumalı idi.
Bu yolla Azərbaycana qayıdan M.C.Bağırov burada 1924-cü ildə Az.DSİ-də baş
vermiş məlum hadisə ilə əlaqədar kompomatların meydana çıxmasında əli olan şəxsləri
cəzalandırmaq xəttini yeritməyə başlamışdı.
Ə.Qarayev, N.Rızayev və digərə leyhdarlarının N.Gikalo tərəfindən dəstəklənməsi
M.C.Bağırovla AK(b)PMK-nın birinci katibi arasında münasibətlərin get-gedə pisləşməsinə
səbəb olmuşdu.
Respublikanın siyasi dairələrində «ağır, çətinadam» imici qazanmış N.Gikalo ilə bu
cəhətdən ondan heç də geri qalmayan M.C.Bağırov arasında baş verən çəkişmə formal olaraq
respublikanın ictimai-iqtisadi və siyasi həyatında baş verən proseslərlə əlaqədar idi. 1929-cu
ilin dekabırn sonlarından etibarən Azərbaycanda (Gəncə mahalı və bir sıra digər rayonlarda)
elliklə kollektivləşmə prosesinə start verilməsi, əslində, hakimiyyət uğrunda çəkişmədən
başqa birşey olmayan N.Gikalo – M.C.Bağırov konflikti üçün münbit şərait yaratmışdı.
Siyasi mahiyyəti qolçomağın bir sinif kimi ləğv edilməsindən, iqtisadi mahiyyəti
Azərbaycan kəndlilərindən taxılın və digər kənd təsərrüfat məhsullarının zorla müsadirə
edilməsindən ibarət olan elliklə kollektivləşmə AK(b)PMK Katibliyinin, MK Rəyasət heyətin
də belə müzakirə edilmədən, qəbul etdiyi 26 yanvar 1930-cu il qərarı ilə Gəncə mahalı
çərçivəsini aşaraq, tez bir zamanda, bütün Azərbaycana tətbiq edilmişdi. O zaman ən ağır yük
– taxıl tədarükü adı altında aparılan həmin qarətçi tədbirlərin həyata keçirilməsi vəzifəsi,
N.Gikalo tərəfindən, azqala, zorla M.C.Bağırovun çiyinlərinə qoyulmuşdu.
Nəticədə M.C.Bağırov, özüdə istəmədən, «kolxozoyununun» doğurduğu və
Azərbaycanın bir çox mahallarını bürüyən antisovet üsnyanlarının yatırılması işinə rəhbərlik
etməli olmuş, bu yolla, öz düşmənləri sırasına yenilərini əlavə etmişdi.
N.Gikalo M.C.Bağırovu tamamilə dalana sıxmaq üçün sonuncuya qarşı respbulikanın
rəhbər işçilərini qaldırmaqla yanaşı onu, hətta, rəhbərlik etdiyi Az.DSİ daxilində də təcrid
etməyə çalışırdı. Bu məqsədlə N.Gikalo Az.DSİ rəhbərliyinin səlahiyyətinə aid olan bir çox
məsələlərin həlli ilə əlaqədar M.C.Bağırova deyil, onun müavini A.Aqrbaya və digərlərinə
müraciət edirdi. Məsələn, 1928-ci ildə baş vermiş Vərgədüz hadisələrinin təhqiqatı zamanı
belə olmuşdu.
N.Gikalo M.C.Bağırovla ayrı-ayrı Az.DSİ rəhbər işçiləri arasında təfriqə toxumları
səpir, sonuncuları açıq şəkildə müdafiə etməkdən belə çəkinmirdi. 1930-cu ilin əvvəlində
M.C.Bağırovla Quba mahal siyasi şöbəsinin rəisi Hacıyev arasında konflikt baş verən zaman
N.Gikalo məhz sonuncunu müdafiə etmişdi. Beləki, M.C.Bağırov Y.Hacıyevi «qolçomaqları
himayə etməkdə» təqsirləndirərək onun işdən azad edilməsi təklifiilə N.Gikaloya müraciət
edən zaman sonuncu tərəfindən rədd cavabı almışdı. N.Gikalo M.C.Bağırovun həmin
müraciəti üzərində Y.Hacıyevin fəaliyyətini dəstəkləyən dərkənar qoymuşdu. Lakin
Müasir dövr
Tarix və onun problemləri, № 4 2014
106
N.Gikalonun bu dərkənarına rəğmən M.C.Bağırov Y.Hacıyevi tutduğu vəzifədən
kənarlaşdıraraq həbs etmişdi. M.C.Bağırovun bu və digər hərəkətləri N.Gikalonu hədsiz
dərəcədə hiddətləndirmiş və onun Az.DSİ rəhbərliyinə qarşı daha kəskin hücumlarına rəvac
vermişdi. MK-nın birinci katibinin bir çox iclas və müşavirələrdə, davamlı olaraq, Az.DSİ-nin
M.C.Bağırova yaxın olan işçilərini rüşvətxorluqda və özbaşınalıqda ittiham etməsi məhz bu
amillə əlaqədar idi: Şirvan mahal siyasi şöbəsinin fəaliyyətinin tənqidi, çekistlər tərəfidən
2.000.000 manat pulun məni sənilməsivəs.
N.Gikaloya «borcluqalmaq» istəməyən M.C.Bağırov birinciyə cavab olaraq onun
fəaliyyətinin ən zəif nöqtələri nəzər bələr vururdu.
Kollektivləşmə nəticəsində bütün sovet məkanında, xüsusilə, milli respublikalarda
kəndli müharibəsi təhlükəsi ilə üzləşən ÜİK(b)PMK 20 fevral 1930-cu ildə «İqtisadi cəhətdən
geridə qalmış milli rayonlarda kollektivləşmə və qolçomaqlara qarşı mübarizə haqqında», 14
mart 1930-cu ildə «Kolxoz hərəkatında partiya xəttini nəyin tilərinə qarşı mübarizə haqqında»
qərarları qəbul etdi. Bu qərarlarda sovet məkanında, xüsusilə, milli respublikalarda
kollektivləşmə prosesində ciddi nöqsanlara yol verildiyi göstərilir, məhz həmin respublikaların
rəhbərləri baş verən əyinti hallarının əsas günahkarları elan edilirdilər. Qarətçi
kollektivləşmənin əsas müəllifi olan İ.Stalin bu yolla öz günahlarını yerli rəhbərlərin üzərinə
qoyurdu. Stalin yolu ilə gedən N.Gikaloda eynilə hərəkət edərək elliklə kollektivləşmənin
doğurduğu katoklizmlərin mahal partiya və sovet rəhbər işçilərinin yarıtmaz və səbatsız
fəaliyyəti ilə əlaqələndirməyi lazım bilmişdi. AK(b)PMK Rəyasət heyətinin 14 aprel 1930-cu
ilə qərarında deyilirdi: «AK(b)PMK tərəfindən 25 fevral 1930-cu ildə çağırılmış mahal partiya
komitələrinin müşavirələrində ÜK(b)PMK-nın müvafiq direktivləri əsasında hazırlanmış və
yerli partiya təşkilatları qarşısında tamamilə konkret vəzifələr qoyan qətnaməsi yerlərdə lazımi
dəqiqlik və ardıcıllıqla həyata keçirilməmişdir» (2, v.2).
MK Rəyasət heyətinin həmi iclasında Gəncə, Ağdam, Quba mahal partiya komitələrinə
«qolçomağa qarşı düzgün mübarizə aparmadıqlarına görə» töhmət elan edilmiş, Quba və
Qarabağ mahal komitələrinin katibləri işdən azad edilmişdilər.
ÜK(b)PMK-nın 20 fevral 1930-cu il qərarından «ruhlanan» M.C.Bağırov N.Gikaloya
qarşı hücuma keçmək üçün əlverişli zamanın yetişdiyini qət etmişdi. Az.DSİ sədri ZÖK-nın 4
mart 1930-cu il iclasında etdiyi çıxışında Azərbaycanda elliklə kollektivləşmənin həyata
keçirilməsi prosesində yol verilmiş əyintilərin yalnız yerli orqanların deyil, həmçinin,
respublika rəhbərliyinin günahı üzündən baş verdiyini qeyd etmişdi. Onun bu çıxışı
Zaqafqaziya və Gürcüstan rəhbərliyinə daxil olan bir sıra şəxslər, xüsusilə, Zaqafqaziya DSİ-
nin sədr müavini, Gürcüstan DSİ-nin sədri L.Beriya tərəfindən dəstəklənmişdi. L.Beriya
Azərabycanda vəziyyətə həsr etdiyi məruzədə bir sıra ciddi problemlərə, xüsusilə,
kollektivləşmənin doğurduğu çətinliklərə toxunmuşdu və onun bu mövqey N.Gikalonun ciddi
narazılığına səbəb olmuşdu. 11 mart 1930-cu ildə o, M.C.Bağırovla görüşündə bu məsələyə
toxunmuş və «Gürcüstanda vəziyyət bizimkindən heçdə yaxşı deyil» - deyə L.Beriya və
Gürcüstan rəhbərliyini qınamışdı. N.Gikaloeyni fikirləri ÜK(b)PMK-nın, AK(b)PMK
katibliyinin bədnam 26 yanvar 1930-cu il qərarının ləğv edilməsi barədə 12 mart 1930-cu il
tarixli şifrəli teleqramının müzakirəsi zamanı səsləndirərək Azərbaycanda vəziyyətin
Gürcüstan və Ermənistandakından daha məqbul olduğunu göstərmişdi (3, v.99).
Həmin müşavirədə M.C.Bağırov N.Gikaloya etiraz etməsədə, elə həmin gün sonuncu
ya məktubla müraciət etmişdi: «AK(b)PMK katibi Gikaloya, şəxsən!
1) Mən qolçomağın ləğv edilməsinə görə Gəncə mahal partiya komitəsi rəyasət
heyətinə töhmət elan edilməsinin əleyhinəyəm, orada, yəni Gəncədə, həmçinin, bir çox
Müasir dövr
Tarix və onun problemləri, № 4 2014
107
rayonlarda qolçomaqsızlaşdırma MK katibliyinin 26 yanvar qərarından və xüsusilə, fevralın
əvvəlində olmuş mahal partiya komitələri katiblərinin müşavirəsindən sonra, ÜK(b)PMK-nın
qərarından əvvəl başlanmış və həyata keçirilmişdi…
2) Mən Sizin «Gəncə və Naxçıvandakı son faktlar, göstərirki, vəziyyət Gürcüstan və
Ermənistan hadisələri xarakterini alır» fikrinizlə razı deyiləm, çünki Naxçıvandakı və
Gəncədəki çətinliklər daha əvvəl başlanmışdır, son günlərdə isə biz Naxçıvanda yalnız
kolxozlardan axınla deyil, əsl silahlı üsyanla üzləşmişik… 12 mart, 1930-cu il» (4, v.2).
L.Beriya ilə yanaşı, N.Gikalo – M.C.Bağırov konfliktinin ilhamçılarından biridə
Q.Orconikidze idi. Cənub Qafqaz respublikalarında öz nüfuzunu qoruyub saxlamaq üçün
Serqo, ənənəvi olaraq, müəyyən mənada müstəqil siyasət yürütməyə cəhd edən MK
rəhbərliklərinə qarşı müxalifətçi qüvvələr formalaşdırırdı. «Çətin adam» N.Gikaloya qarşıda
eyni taktikadan istifadə edən Serqo intriqaçılıq sahəsində püxtələşmiş, qətiyyətli
M.G.Bağırovu irəli sürürdü.
Təsadüfi deyildi ki, 1929-cu ilin payızında Azərbaycana dönən M.C.Bağırov daim
Serqo ilə əlaqə saxlayır, onunla məsləhətləşirdi. 1930-cu ilin yazında L.Beriyaya göndərdiyi
məktubda M.C.Bağırovona Azərbaycan mahalların da mövcud olan anarxiyadan və
N.Gikalonun yarıtmaz fəaliyyətindən şikayətlənir, tezliklə Serqo ilə görüşmək arzusunda
olduğunu bildirirdi: «… əgər mahallarda vəziyyət bir qədər yüngülləşsə… Serqonun yanına
getmək istəyirəm, ona, risqsiz, öz narahatlıqlarım barədə danışmaq olar» (3, v.99).
Gözlənildiyi kimi, Azərbaycanda 1930-cu ilin yayı siyasi baxımdan xeyli «isti» keçdi.
M.C.Bağırovun «mahallarda vəziyyətin yüngülləşməsi» arzusunun əksinə olaraq həmin vaxt
mahalların ləğv edilməsi ilə əlaqədar olaraq respublikada, xüsusilə də, onun kənd
rayonlarında, onsuzda, mövcud olan xaos və anarxiya daha da dərinləşərək təhlükəli xarakter
aldı. Mürtəce elliklə kollektivləşmənin və mahalların ləğv edilməsi haqqında ZÖK-nın
qərarının doğurduğu fəsadlar respublikada hakimiyyət daxili böhranın kulminasiya xəttinə
çatmasına səbəb oldu.
Yaranmış vəziyyət, İ.Stalin tərəfindən Azərbaycan da kollektivləşmə prosesində yol
verilmiş «əyintilərin» «əsasbaiskarı» elan edilən N.Gikalonun devrilməsi haqqında artıq
mövcud olan planın reallaşmasını sürətləndirmişdi.
Bütün bunlarla yanaşı, N.Gikalonun Azərbaycan rəhbərliyindən uzaqlaşdırılmasını
labüd edən əsas səbəb respublikanın neft sənayesində birinci beşilliyin ilk aylarından başlamış
və 1930-cu ilin əvvəllərindən etibarət katastrofik xarakter daşıyan böhran olmuşdu. Neft
istehsalında və qazmada müşahidə edilən katastrofik eniş prosesi o qədər güclü idi ki, bu
özünü nəinki, aylıq, hətta, gündəlik istehsal proqramının göstəricilərin də aşkar şəkildə biruzə
verirdi. Beləki, bütün Azneftdə neft hasilatı üzrə istehsalat proqramı 1930-cu il fevralın 6-da
79,4%, 7 fevralda isə cəmi 78,9% yerinə yetirilmişdi (7).
Neft hasilatının davamlı olaraq aşağı düşməsi prosesi 1930-cu ilin yazında və yayında
da davam etmişdi. Məsələn, «Bakinskiy Raboçiy» qəzetinin 9 iyul 1930-cu il tarixli sayında
dərc edilmiş «Neft hasilatı günbəgün aşağı düşür» adlı məlumatında Suraxanı rayonunda iyul
ayının 7-də həmin ayın 6-sına nisbətən 107 ton azneft hasil edildiyi, Artyom adasında isə
iyulun 7-də hasilat üzrə istehsalat proqramının cəmi 38,8% yerinə yetirildiyi deyilirdi (5,
v.48).
Qeyd etmək lazımdır ki, rəsmi hesabatlarda göstərilən rəqəmlər həqiqi vəziyyəti
düzgün olaraq əks etdirmirdilər. Bir çox hallarda, Azneft məmurları və mədən rəhbərləri
tərəfindən neft hasilatı üzrə göstəricilərin bilərəkdən şişirdildiyini nəzərə alsaq, onda, mövcud
vəziyyətin nəqədər kritik olduğu aydın olar. Neft hasilatında süni şişirtmələr o qədər geniş
Müasir dövr
Tarix və onun problemləri, № 4 2014
108
yayılmışdı ki, bu vaxta qədər belə hallara göz yummağa üstünlük verən respublikanın direktiv
orqanları işə müdaxidə etmək məcburiyyətində qalmışdı. Beləki, AK(b)PMNK-nın 4 sentyabr
1930-cu il tarixli iclasında Suraxanı rayonunda yolverilmiş saxtakarlıq və süni şişirtmə halları
müzakirə edilmişdi: «… 1930-cu ilin fevralından başlayaraq, bütün Suraxanı rayonunda
olduğu kimi, 3 və 6 saylı mədənlərdə də neft hasilatı proqramının əhəmiyyətli dərəcədə yerinə
yetirilmədiyi aşkar oldu. 3 və 6 saylı mədənlərin müdirləri Ryabov və Kravçenko tərəfindən
gündəlik neft hasilatı... şişirdilmiş rəqəmlərlə, 75-150 ton çox göstərilmişdir.
Bunun nəticəsində 29 iyun 1930-cu ildə qeyd olunan mədənlərdə 10.600 ton neft borcu
toplanmışdır…» (6).
Azərbaycan neft sənayesində yaranmış ağır vəziyyət texniki və ərzaq təchizatı, əmək
haqqının aşağı olması səbəbindən fəhlə axını və s. amillərlə yanaşı ilk növbədə, Stalinin bu
sahə qarşısında qoyduğu planın qeyri-reallığı ilə əlaqədar idi. Beş illiyi iki il yarıma yerinə
yetirməyi planlaşdıran Stalinə neft sənayesinin mövcud mənzərəsi sarsıdıcı təsir bağışlamışdı.
Baş Katib, növbəti dəfə, bu uğursuzluğunu respublika rəhbərliyinin – N.Gikalonun ayağına
yazmağı qərara almışdı.
ISTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT
1. Azərbaycan Respublikası Prezidentinin İİSSA: f.1, siy.44, iş 250
2. Azərbaycan Respublikası Prezidentinin İİSSA: f.1, siy.74, iş 300
3.Azərbaycan Respublikası Prezidentinin İİSSA: f.1, siy.88, iş 14
4.Azərbaycan Respublikası Prezidentinin İİSSA: f.1, siy.88, iş 22
5.Azərbaycan Respublikası Prezidentinin İİSSA: f.1, siy.122, iş 139
a
6. Постановление Президиума ЦКК АКП(б) от 4 сентября 1930 г. по вопросу об
искусственном повышении добычи нефти на 3-м и 6- промысле Сураханского района
Азнефти. Газ. «Бакинский рабочий», Баку, 1930, 12 сентября.
7. Постановление секретаря БК о ходе выполнения Сураханским районом
промышленной программы. Газ. «Бакинскийрабочий», Баку, 1930, 9 февраля.
АСЛАН ХАЛИЛОВ
КОНФЛИКТЫ В РУКОВОДСТВЕ АЗЕРБАЙДЖАНСКОЙ ССР В НАЧАЛЕ
СПЛОШНОЙ КОЛЛЕКТИВИЗАЦИИ
Статья посвящена борьбе за власть в руководстве Азербайджанской ССР в начале
сплошной коллективизации. Автор статьи на базе широкого фактического материала
проанализировал динамику и мотивов этой борьбы. В частности, изучается суть
сложных взаимоотношений между М.Дж.Багировым и Н.Гикало.
Müasir dövr
Tarix və onun problemləri, № 4 2014
109
ASLAN KHALILOV
THE STRUGGLE IN THE LEADERSHIP OF AZERBAIJAN SSR IN THE
BEGINNING OF MASS COLLECTIVIZATION
This article, dedicated to the political struggle between communist leaders of the Soviet
Azerbaijan in 1929-1930. The author basing upon concrete factual accounts substantiates
dynamics and motives of the political fights in the leadership of Azerbaijan SSR in given
period. Particularly, here is examined context of relationships between M.Bagirov and
N.Qikalo.
Rəyçilər: t.ü.f.d. İ.Niftəliyev, t.e.d. A.Məmmədov
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın müasir tarixi”
öbəsinin 1 dekabr 2014-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür
(protokol №15).
Dostları ilə paylaş: |