37
miləşdirməkdir. Mədəniyyəi-bəşəriyyə isə milli harsların
iştirakından və gözəlliklərinin məcmusundan hasil olma bir
yekundur. Mədəniyyətin təmini, insanların cəmaətliklə yaşa-
ması ancaq mədəni hökumət təsisi ilə mümkündür” (113, s.
54; 54, s.
61). M.B.Məmmədzadə hətta 30-cu illərin sonunda
qələmə aldığı “Milli Azərbaycan hərəkatı” adlı dəyərli
əsərində də hars kəlməsini işlətmişdir (54, s. 61; 113, s. 54).
Ümumilikdə mədəniyyət adlandırdığımız milli və bəşəri
dəyərlər məcmusu haqqında tarixdən üzü bəri nə qədər fərqli
mülahizələr ortaya qoyulsa da, fikrimizcə, mahiyyət dəyiş-
məz qalmaqdadır. Bu mənada mədəniyyət bəşər övladının
yarandığı vaxtdan bəri yaratdığı və getdikcə təkmilləşdirdiyi
maddi, mənəvi, ruhani, ideoloji, bədii-estetik və digər sər-
vətləri özündə ehtiva edir. Yəni, insanlığı şərtləndirən yad-
daş, dünyagörüşü, elm, davranış, ünsiyyət, incəsənət, məişət
və s. bu kimi keyfiyyətlər mədəniyyətin komponentlərin-
dəndir. Bu sahənin problemlərini tədqiq edən elmlər isə
müəyyən fərqliliklərlə də olsa ümumilikdə mədəniyyətin
inkişaf xüsusiyyətlərini, hər xalqda onun təzahür formalarını,
qarşılıqlı faydalanma və təsir vasitələrinin özgünlüklərini
öyrənir. Bu öyrənmə yeni nəslin və bəşəriyyətin mədəni və
intellek
tual səviyyəsinin inkişafı üçün zəruridir.
Deməli, “Bütövlükdə mədəniyyət şəxsiyyətin və xalqla-
rın fərdi intellektinin, yaradıcılıq potensialının göstəricisidir”
(52, s. 3).
Mədəniyyətin tərkibini elə mahiyyət elementləri
təşkil edir ki, bunlar onun
xarakterini,
prosesin özünü
müəyyənləşdirir, çoxşaxəli bir sistem kimi, yaradıcı insanın
huma
nizmini, eləcə də mədəniyyətin aparıcı funksiyası kimi,
qneseoloji köklərini üzə çıxarır.
Bəşəriyyətin nəsil-nəsil topladığı, formalaşdırdığı, nəha-
yət, qazandığı mədəniyyət incilərini gələcək nəsillərə çatdıra
bilmək bizim əsas vəzifələrimizdəndir. “Gələcək yüzilliklərə
mədəniyyətdən savayı nəyi yadigar qoyub gedə bilərik?