Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə2/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   355
INFORMATIKA KITAB BUTOV-1

 
 



 
GİRİŞ 
Ali məktəblərdə tədris olunan informatika fənni digər fənlərdən onunla 
fərqlənir ki, onun öyrənmə predmeti sürətlə dəyişir. Hal-hazırda dünyada
milyarddan çox kompüter vardır və bu kompüterlərin əksər hissəsində aparat 
və proqram təminatı biri-birindən tamamilə fərqlənir. Bu isə istifadəçilərdən 
dərin bilik və yüksək səviyyəli praktik iş tələb edir. 
Sürətlə dəyişən aparat və proqram təminatı ona uyğun mütəxəssislərin 
hazırlanmasında çətinlik törədir. Bu dəyişməyə uyğun olaraq tədris 
proqramlarını, işçi proqramları tez-tez dəyişmək lazım gəlir ki, buda 
dərsliklərin hazırlznmasında, laboratoriyalarda olan kompüterlərin aparat və 
proqram təminatının yenilənməsində maliyyə problemləri yaradır.
Bütün bu dəyikliklərə vaxtında və sürətlə reaksiya verilməsinə baxmayaraq
yüksək səviyyəli yeni informasiya texnologiyaları mütəxəssisləri hazırlamaq 
problemi aktual olaraq qalır. 
Ona görədə respublikada orta və ali məktəblərdə informatika fənnin 
tədrisinə vahid metodiki yanaşma olmalıdır. Bu cür yanaşma olarsa onda
yüksək səviyyəli mütəxəssis hazırlığında nəticələr əldə etmək mümkündür. 
Müəlliflər təqdim olunan dərslikdə yuxarıda deyilənləri əsas tutaraq 
dərsliyin orta məktəb şagirdlərı, universitet tələbələr, magistirlər, müəllimlər 
üçün faydalı olacağına inanırlar. 
Şübhəsiz ki, dərslikdə olan materiallara müxtəlif yanaşmalar olduğundan 
oxucular tərəfindən iradlar olacaqdır. Həmin iradları dinləməyə və düzgün 
olanları növbəti nəşrdə nəzərə almağa hazırıq. 
Ünvanımız: Khalilov@bsu.az, n_gasanova@hotmail.com. 
 
 
 
 




Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə