Linqvistik tipologiya
79
Dillərin tədqiqat üsulları
Təsviri metod
Metodun adı düzgün verilməmişdir. Addan belə çıxır ki, bu
metodun vəzifəsi hansısa dil hadisəsinin ancaq təsvirini vermək-
dən ibarətdir. Lakin bu metodu daha geniş mənada başa düşmək
lazımdır. Çünki söhbət burada dil hadisələrini təhlil etməkdən
və onu nəzəri cəhətdən şərh etməkədn getməlidir. Təsviri metod
“dil mexanizminin” işlək elementlərinin təsviri və təhlii üçün
dilin sosial funksionallığını öyrənir. Bu metod tələb edir ki, fo-
nemlərin, morfemlərin, sözlərin, qrammatik kateqoriyaların və
s. xarakteri diqqətlə və dərinliklə öyrənilsin. Bu elementlərin
hər biri həm zahiri (təsviri, formal), həm də semantik (struktur
və məna cəhətədən) aydınlaşdırılmalıdır. Yəni təsviri metodun
vəzifəsi sadəcə təsvir etməkdən ibarət olmayıb dil elementləri-
nin daxili quruluşunu, əlaqələrini və sistemliliyini öyrənməkdən
ibarətdir. Məzh bu metodun əsasında indiyədək müxtəlif dillərin
qrammatik quruluşunu əks etdirən əsərlər meydana gəlmişdir.
Bu metod əsasında leksikoloji tədqiqatların bazasını təşkil edən
izahlı lüğətlər hazırlanmışdır. Bu metod, həmçinin nitq mədə-
niyyəti məsələlərinin öyrənilməsində zəngin təcrübə yaratmıdır.
Bu metodun əsasında “faktların təsviri” təhlil olunan materialın
keyfiyyət drəcəsini təyin etmişdir. Yəni işin keyfiyyəti faktların
dil strukturu və sistemi barədə aydın, müfəssəl təsəvvür yarada
bilməsi ilə ölçülür. Təsviri metodun naliyyətləri çoxdur. Hər-
çənd ki, bəzi hallarda bu metod sadəcə təsvir kimi başa düşülür.
Təsviri metodun vəzifəsi, hər şeydən əvvəl dilin daxili struk-
tur və sistemindəki əlaqələri, onların səbəblərni, bu struktur
və sistemdə nitqin təsiri ilə baş verən dəyişmələrin, ziddiyyətli
Mübariz Yusifov
80
elementlərin, eyni zamanda dil normasının müəyyənləşdırilmə-
sindən ibarətdir. Təsviri metodda faktların təhlili əsas prinsip-
dir. Təsvri metod mexaniki təsvir, siyahıyaalma olmadığı üçün
onun tətbiqi dilçiliyin inkişafı ilə mütənasiblik yaradır. Təsviri
metod tarixi, tarixi-müqayisəli üsullarla da qarşılaşır. Təsviri
metoddan bir çox alimlər istifadə edib qrammatikalar yaratmış-
lar. Məsələn, məntiqi qrammatika tərəfdarlarından F.İ.Buslayev,
psixoloji-qrammatika məktəbinin nümayəndəsi A.A.Potebniya,
formal qrammatika məktəbinin nümayəndəsi F.Fortunatov dillə-
rin təsviri öyrənilməsi üsulundan istifadə etmişlər. Azərbaycan
dilinin fonetikasına, morfologiyasına, sintaksisinə və üslubiyy-
tına dair yazılmış əsərlərdə də təsviri metoddan istifadə edilmiş-
dir. Təsviri metod hazırda struktur təhlil metodu ilə qarşılaşır və
bir-birlərinə təsir göstərirlər.
Müqayisəli – tarixi metod
Müqayisəli-tarixi metod XIX əsrin əvvəlində meydana çıx-
mış və bu əsrin başqa metodlarını kölgədə qoyaraq dilçilik elminə
yeni bir “rəng, çalar” gətirmişdir. Müqayisəli-tarixi metodun əsas,
aparıcı vəzifəsi tarixən qohum dillərin inkişafına təsir edən qa-
nunauyğunluqların öyrənilməsindən ibarətdir. Bu istiqamətdəki
təhlildə tədqiqatın predmeti bazasında qohum dillərin material-
larının toplanması mühüm addımdır. Əldə edilən faktlar əsasında
dilin qədimlərdə formalaşmasına aid vacib məsələlər araşdırılır.
Əgər təsviri metod müasir dillərin hazır materiallarına əsaslanırsa
tarixi-müqaisəli metod hətta yazılı mənbələrə əsaslanmadan qə-
dimdən bəri izlıəri yaşayan faktların təhlilinə əsaslanır. Məsələn,
türk dillərinin ən qədim dövrünə (eradan əvvəlki minilliklərə)
aid köksözlülük, analitiklik, disillabiklik mərhələsini işıqlandı-
ran heç bir yazılı fakt və nümunə hazırda mövcud deyildir. An-
caq dil faktları öz ənənsində qədimliyin izlərini daşıyır. Həmin