Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə22/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

Mübariz Yusifov
78
mışdır. Dilçilik elmi isə hansı məkanda mövcudluğuna baxma-
yaraq yeni istiqamətlərə möhtacdır. Çünki dilçilik tipologiyası 
getdikcə öz üfüqlərini genişləndirməyə başlayır. Köhnə suallar 
yenidən təzələnir. Görəsən dillər necə yaranıb? Dillər arasında-
kı əlaqələrin səbəbi nədir? Dil qohumluğu təkcə areal iləmi, dil 
ailələri iləmi bağlıdır, yoxsa dil qohumluğunun qlobal köklərimi 
var? Bu sualların cavabı dil tipologiyası tədqiqatlarının şəbəkə-
sinin genişləndirilməsini tələb edir. 


Linqvistik  tipologiya
79
Dillərin tədqiqat üsulları
Təsviri metod
Metodun adı düzgün verilməmişdir. Addan belə çıxır ki, bu 
metodun vəzifəsi hansısa dil hadisəsinin ancaq təsvirini vermək-
dən ibarətdir. Lakin bu metodu daha geniş mənada başa düşmək 
lazımdır. Çünki söhbət burada dil hadisələrini təhlil etməkdən 
və onu nəzəri cəhətdən şərh etməkədn getməlidir. Təsviri metod 
“dil  mexanizminin”  işlək  elementlərinin  təsviri  və  təhlii  üçün 
dilin sosial funksionallığını öyrənir. Bu metod tələb edir ki, fo-
nemlərin, morfemlərin, sözlərin, qrammatik kateqoriyaların və 
s.  xarakteri  diqqətlə  və  dərinliklə  öyrənilsin.  Bu  elementlərin 
hər biri həm zahiri (təsviri, formal), həm də semantik (struktur 
və məna cəhətədən) aydınlaşdırılmalıdır. Yəni təsviri metodun 
vəzifəsi sadəcə təsvir etməkdən ibarət olmayıb dil elementləri-
nin daxili quruluşunu, əlaqələrini və sistemliliyini öyrənməkdən 
ibarətdir. Məzh bu metodun əsasında indiyədək müxtəlif dillərin 
qrammatik  quruluşunu  əks  etdirən  əsərlər  meydana  gəlmişdir. 
Bu metod əsasında leksikoloji tədqiqatların bazasını təşkil edən 
izahlı lüğətlər hazırlanmışdır. Bu metod, həmçinin nitq mədə-
niyyəti məsələlərinin öyrənilməsində zəngin təcrübə yaratmıdır. 
Bu metodun əsasında “faktların təsviri” təhlil olunan materialın 
keyfiyyət drəcəsini təyin etmişdir. Yəni işin keyfiyyəti faktların 
dil strukturu və sistemi barədə aydın, müfəssəl təsəvvür yarada 
bilməsi  ilə  ölçülür.  Təsviri  metodun  naliyyətləri  çoxdur.  Hər-
çənd ki, bəzi hallarda bu metod sadəcə təsvir kimi başa düşülür. 
Təsviri  metodun  vəzifəsi,  hər  şeydən  əvvəl  dilin  daxili  struk-
tur  və  sistemindəki  əlaqələri,  onların  səbəblərni,  bu  struktur 
və sistemdə nitqin təsiri ilə baş verən dəyişmələrin, ziddiyyətli 


Mübariz Yusifov
80
elementlərin, eyni zamanda dil normasının müəyyənləşdırilmə-
sindən ibarətdir. Təsviri metodda faktların təhlili əsas prinsip-
dir. Təsvri metod mexaniki təsvir, siyahıyaalma olmadığı üçün 
onun tətbiqi dilçiliyin inkişafı ilə mütənasiblik yaradır. Təsviri 
metod  tarixi,  tarixi-müqayisəli  üsullarla  da  qarşılaşır.  Təsviri 
metoddan bir çox alimlər istifadə edib qrammatikalar yaratmış-
lar. Məsələn, məntiqi qrammatika tərəfdarlarından F.İ.Buslayev, 
psixoloji-qrammatika məktəbinin nümayəndəsi A.A.Potebniya, 
formal qrammatika məktəbinin nümayəndəsi F.Fortunatov dillə-
rin təsviri öyrənilməsi üsulundan istifadə etmişlər. Azərbaycan 
dilinin fonetikasına, morfologiyasına, sintaksisinə və üslubiyy-
tına dair yazılmış əsərlərdə də təsviri metoddan istifadə edilmiş-
dir. Təsviri metod hazırda struktur təhlil  metodu ilə qarşılaşır və 
bir-birlərinə təsir göstərirlər.
Müqayisəli – tarixi metod
Müqayisəli-tarixi metod XIX əsrin əvvəlində meydana çıx-
mış və bu əsrin başqa metodlarını kölgədə qoyaraq dilçilik elminə 
yeni bir “rəng, çalar” gətirmişdir. Müqayisəli-tarixi metodun əsas, 
aparıcı vəzifəsi tarixən qohum dillərin inkişafına təsir edən qa-
nunauyğunluqların öyrənilməsindən ibarətdir. Bu istiqamətdəki 
təhlildə tədqiqatın predmeti bazasında qohum dillərin material-
larının toplanması mühüm addımdır. Əldə edilən faktlar əsasında 
dilin qədimlərdə formalaşmasına aid vacib məsələlər araşdırılır. 
Əgər təsviri metod müasir dillərin hazır materiallarına əsaslanırsa 
tarixi-müqaisəli metod hətta yazılı mənbələrə əsaslanmadan qə-
dimdən bəri izlıəri yaşayan faktların təhlilinə əsaslanır. Məsələn, 
türk  dillərinin  ən  qədim  dövrünə  (eradan  əvvəlki  minilliklərə) 
aid  köksözlülük, analitiklik, disillabiklik mərhələsini işıqlandı-
ran heç bir yazılı fakt və nümunə hazırda mövcud deyildir. An-
caq dil faktları öz ənənsində qədimliyin izlərini daşıyır. Həmin 


Linqvistik  tipologiya
81
faktların  araşdırılması  ilə  müvafiq  nəticələr  əldə  etmək  müm-
kün olur. Məsələn, müasir Azərbaycan dilində ütü sözü vardır. 
Bu söz ikihecalıdır. Bu o deməkdir ki, ütü sözü tarixən düzəltmə 
yolla əmələ gəlmişdir. Bu sözün sonuncu elementi ayrılıqda kök 
üt şəklində qalır. Üt kökü ütmək (xəfif yandırmaq), ütülmək (xə-
fif yandırılmaq) sözlərində işlədilir. Üt kökünə əlavəsi ilə tüt 
kökü düzəlmişdir ki, buradan da tütün, tutuşmaq (yanmaq), tütsü 
(tüstü)  sözləri düzəlmişdir. Müqayisə nəticəsində nə aydın olur? 
Aydın olur ki, qədim dildə köklər birhecalı olmuş, sonradan bir-
hecalı sözlərdən yeni sözlər düzəlmişdir. Zaman keçdikcə kök və 
şəkilçi bir vahid kimi formalaşmışdır. Odun sözü də bunun kimi-
dir. Bu söz əslində ikihecalı olmaqla bir vahiddən ibarətdir. Odun 
sözünün motivində yandırılmaq  üçün istifadə edilən əşya anlayı-
şı vardır. Bu mənada sözü ilkin kök-şəkilçiyə ayırdıqda od (ot) və 
un hissələri alınır. Od kökü genetik cəhətdən üt (yanmaq) kökü 
ilə bağlıdır. Ancaq “odun” sözünə od anlayışı itdiyindən “odun” 
sözünün yanacaq növü mənası köhnəlmiş, həmin söz “ağac par-
çası” kimi məna qazanmışdır. Yaxud göy sözü indiki dildə rəng, 
səma, xəsis mənalarında işlənir. Göy sözünün klassik mənbələrdə 
yanmaq mənasına da rast gəlmək olar:
Çıraq göydirəcik naleyi əfqanımdan,
Fitləsin qılıram məğzi-üstüxanımdan 
(Füzuli)
Göy sözünün müasir türk dillərində yanmaq mənası möv-
cuddur. Azərbaycan dilində göy sözü istidən yanmaq yox, so-
yuqdan  yanmaq  (göyərmək)  mənasında  işlədilir:  Soyuqdan 
gömgöy göyərmək, göyüm-göyüm göynəmək  və s. Göy sözünün 
yanmaq mənası yerli şivələrdə də işlədilir: Ocağa yaxın durma, 
paltarın  göyürər.  (Muğan)


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə