Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə24/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

Linqvistik  tipologiya
85
ciddi bir linqvistik sistem təşkil etməsi isə strukturun vəhdətini 
ifadə edir. Bu üsul təsviri metodun yeni bir istiqamətdəki davamı 
kimi də başa düşülə bilər. Onu demək lazımdır ki, təsviri metod 
hər şeydən əvvəl hissələrin və elementlərin “yığımı kimi” anlaşı-
lır. Ancaq onun struktur tərkibi bu elementlərin əlaqə formasın-
dan ibarətdir. Bu iki metod bir-birini tamamlayır və  fəaliyyətdə 
olan dilin bütöv və dəqiq mənzərəsini canlandırır. Struktur me-
tod dillərin genetik quqruluşunun öyrənilməsi və dil elmlərinin 
dəqiq  elmlərə tətbiq edilməsi üçün ən əlverişli bir vasitədir. Belə 
ki, məsələn, Azərbaycan dilində şəkilçilərin ardıcıllıqla söz so-
nuna qoşulmasında, əvvəl sözdüzəldici, sonra sözdəyişdirici şə-
kilçilərin yerləşməsində, adlardan ad, adlardan fel, fellərdən fel, 
fellərdən ad düzəldilməsi ardıcıllığında pozulmaz qaydalar var-
dır.  Kitablarımızdandır,  qabaqcıllarımızdır,  saxladıqlarımızdır, 
dayandırdıqlarımızdandır və s. Bu qaydalara əsasən dilin struktur 
və sisteminə riyazi qaydaları tətbiq etmək imkanları yaranır. 
Müasir informasiya mərhələsində dilə struktur metodun tət-
biqi ilə elektron tərcümənin yaradılmasında və  elektron infor-
masiya şəbəkəsinin formalaşdırılmasında müəyyən praktik nəti-
cələr əldə etmək mümkündür.
Üslubi metod
Üslubi metod dil üslublarına, nitq üslubuna, eyni zamanda, 
poetik bədii üslubun öyrənilməsinə tətbiq edilir. Azərbaycan di-
lində indiyədək daha çox bədii üslubun öyrənilməsinə, bu üslu-
ba aid standartların meydana çıxarılmasına diqqət yetirilmişdir. 
Elmi üslub barədə də müəyyən tədqiqatlar vardır. Ancaq folklor 
üslubunun, məişət üslübunun, publisistik üslubun, rəsmi üslu-
bun  öyrənilməsi  bir  qədər  kölgədədir.  Onalrın  standartlarının 
müəyyən  edilməsi  dilçiiyin  vacib  məsələlərindəndir.  Məsələn, 
müstəqillik  dövründən  əvvəl Azərbaycan  dilinin  rəsmi  üslubu 


Mübariz Yusifov
86
rus dilindən edilən tərcümələrin bazasında formalaşdırılırdı. Ha-
zırda isə Azərbaycan dilində hərbi üslubun, idman üslubunun, 
siyasət üslubunun, diplomatiya üslubunun öz standartları forma-
laşmışdır. Üslubu metodun tətbiq edilməsi dildə konkret, dəqiq, 
aydın,  birmənalı  standartların  meydana  çıxardılmasına  xidmət 
etdiyi kimi, emonsionallıq və  məna rəngarəngliyi yaradan ifadə 
vasitələrinin  də  öyrənilməsində  mühüm  əhəmiyyətə  malikdir. 
Üslubi metod həm də dillər arasındakı emonsionallıq vasitələri-
nin araşdırılmasında tətbiq edilir. 
Kəmiyyət metodu
Bu metod riyazi metod da adlandırıla bilər. Bu metodun dilə 
tətbiqi yenidir. Riyazi metod hər bir dilə (və ya dil ailəsinə) xüsu-
si qaydalar üzrə tətbiq edilə bilər. Məsələn, Azərbaycan dilində 
analitik və flektiv elementlər mövcud olsa da bunlar artıq forma-
laşmış və monolitləşmiş vəziyyətdədir (qıpqırmızı, sapsarı, açıq 
göy, tünd yaşıl, deyib durmaq, nə gərək, nə pis, nə yaxşı və s.). 
Azərbaycan dilində analitik dillərin təsiri ilə də analitik formalar 
işlənir: qeyri-rəsmi, qeyri-qanuni, əks həmlə, sinifdənxaric, mək-
təbdənkənar, planetlərarası, antivirus, antihissəcik, əkszərbə və 
s. Dillər üzrə riyazi metodun tətbiqi həmişə biristiqamətli nəticə 
çıxarılmasına imkan vermir. Çünki nitq dildə daimi struktur də-
yişməsi aparmağa meyillidir. Ona görə də bir çox mütəxəssislər 
riyazi metodların dilə tətbiq edilməsinə şübhə ilə yanaşır. Ancaq 
riyazi metodun tətbiqi dillərdə struktur sabitliyinin saxlanılması 
baxımından xüsusi əhəmiyyətə malikdir. Struktur metod hazır-
da o dillərə daha çox tətbiq edilə bilir ki, onların quruluşunda 
ənənəvi  sabitlik  qorunmuş  olsun. Yəni  yazılı  nitqin  normaları 
stabil qalsın. Məsələn, ingilis dili, ərəb dili, rus dili, fars dili belə 
dillərdəndir. Bu dillərdə tarixi normalar ənənəviliklə qorundu-
ğundan onlara riyazi üsulu tətbiq etmək asandır.


Linqvistik  tipologiya
87
İKİNCİ BÖLMƏ
GENETİK KÖKLƏR
Genetik köklər və onların fonomorfoloji tərkibi
Genetik  köklərin  yaranmasında  sait  səslər  sanki  bir  quru-
culuq, təşkilatçılıq vəzifəsini yerinə yetirirlər. Yəni sözlər heca-
lardan təşkil olunursa hecaların təşkilinin bünövrəsi də saitlərin 
üzərində qurulur. Saitlərin ilkin sözyaratmadakı aparıcılığı on-
dan başlanır ki, bütün sait səslər insan və ətraf mühit münasi-
bətində  zəruri  olan  emosiyaların  hamısını  ifadə  edə  bilmişdir. 
Məsələn, a…saiti uzadılaraq ağrı, acı, təəccüb, heyrət, ehtiyac, 
qorxu, etiraz kimi emosiyaları, o…saiti razılıq, qorxu, dəhşət, 
ı…saiti dartınmaq, acizlik, narazılıq, u…saiti uzaqlıq, əlçatmaz-
lıq,  ehtiyac,  e…  saiti  etiraz,  çağırış,  ə…saiti  razılıq,  təəccüb, 
rişxənd, ö… saiti daxili ağrı, i…saiti incəlik, sızıltı, üzüntü, na-
razılıq, inciklik, ü…saiti üzüntü, inciklik və sair digər situasi-
yadan asılı olan emosiyaları bildirmişdir. Belə bir keyfiyyət isə 
samit səslərin hamısında baş vermişdir. Samit səslər içərisində 
daha çox novlu və sonor samitlər müəyyən emosiyaların bildi-
rilməsində iştirak etmişlər. Məsələn, h… səsi güc vermək, x… 
samiti kəsmək, qırmaq, ğ…samiti boğulmaq, y… samiti kömək, 
ş… şırıltı, şaqqıltı, s… sakitlik, z… sızıltı, üzüntü, j… qorxu, 
həyəcan, f… fısıltı, v… vıyıltı, qorxu, həyəcan, l… musiqililik, 
sakitlik, n… musiqililik, ritmiklik, yoxluq, heçlik, r…davamlı-
lıq, məsafə, dayanmaq, m… sonluq, bitmək, sakitlik, donuqluq, 
ritmiklik kimi emosiyaları bildirir. Saitlərlə samitlərin fərqi on-
dan ibarətdir ki, saitlər təklikdə həm də kökyaratma funksiyası 
daşımışdır. Kipləşən səslərdə isə emosiyalar məhdud olmuşdur. 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə