Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə26/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

Linqvistik  tipologiya
91
Qa (qadaş)- qohumlar “Kesilsə senindin yaqın qa qadaş –
yaqınlıq ula sen anar ay adaş” (Yaxın qohumlar səndən ayrılsa 
sən hər halda onlarla yaxın əlaqə qurub yoldaşlıq et) (DTS, 399)
Qa –qab (DTS, 399)
Qa- üst-üstə yığmaq, qalaq etmək: “Ol eşirkə otun qadı” (O 
odunu yandırmaq üçün üst-üstə qaladı) (DTS, 399)
Sa-saymaq (DTS, 478)
Sı-sındırmaq (DTS, 502)
Su –dartmaq: «Ol mana yün sudı» (O mənə yunu uzatdı (ip 
qayırmaqdan ötrü eşmək üçün) (DTS, 512)
Sü –qoşun: “Ol süq anta yoqqışdımız” (O qoşunu biz orada 
qırdıq) (DTC, 516).
Te-de (DTS, 545)
Tı – daimi: “Küsəyürlər erti birqərü küntəmək  sizin körkü 
üçün” (Onların hamısı bir yerdə hər gün arzulayırlar ki, həmişə 
səni görsünlər) (DTS, 565)
Tu-bağlamaq:  “Köqmən  yolı  bir  ermiş  tumuş”  (Köqmənə 
gedən yol birdir və o (yol) qarla bağlanmışdır) (DTS, 584)
Tü-tük (DTS, 594)
Tü- rəng (DTS, 594)
Tü-bütün: “Anıq boldu dünya  nimət billə” (Dünya bütün 
neməti ilə onun oldu) (DTS, 594).
Samit-sait tərkibli köklərdə saitin kökyaradıcı və təşkiledi-
ci funksiyası azaldığı üçün söz sonuna əlavə olaraq bir müvafiq 
samit  qoşulmaq  imkanı  yaranmışdır.  Sona  qoşulan  samit  həm 
kökün  kompaktlığını təmin edir, həm affiksal funksiya daşıyır, 
həm də bu kökün bazasında yeni sözlərin formalaşmasına təminat 
verir. Bundan əlavə, samit-sait tərkibli köklərə şəkilçilərin qoşul-
ması da belə köklərə son samitin bitişməsi ehtimalını artırır.
Beləliklə, köklər təkmilləşir və onların sözyaratma mühiti 
genişlənməyə  başlayır.  Belə  ki,  məsələn,  ba-kökünə  ğ  yanaş-


Mübariz Yusifov
92
ması ilə bağ sözü əmələ gəldiyi kimi sonrakı prosesdə həmin 
sözün bazasında bağlı, bağlabağlanıc, bağlanış, bağlayıcı və 
s. digər sözlər düzəlmişdir. Eyni qayda üzrə ya- kökündən yay, 
yaylı,  qa-kökündən  qab,  qap,  qabıq,  qapaq,  qabıqlı,  qapaqlı
-kökündən  süvari,  süngü,  sürüşmək,  sürü,  -kökündən  sığ-
maq, sınmaq, sıxmaq və onların əsasında digər müvafiq sözlər 
törəmişdir. 
Qaldı, müasir Azərbaycan dilindəki sonu saitlə bitən su, bu, 
yu, nə, de, ye köklərinə, onlar müstəqil bir söz kimi formalaşma-
sına baxmayaraq müvafiq şəkilçi qoşulduğu təqdirdə kök sonun-
dakı saitin təşkiledici funksiyası canlanır və o özündən sonra bir 
samitin işlənməsini tələb edir: su- su-y-un, bu- bu-n-a, bu-n-da, 
yü- yü-y-ür, nə- nə-y-in, de- de-y-ir, ye- ye-y-ir.
Tək  saitdən  ibarət  olan  kök  kimi  formalaşmış  o  (şəxs  və 
işarə) əvəzliyinə də müvafiq şəkilçi qoşulduqda şəkilçidən əv-
vəldə samit işlənməsi tələb olunur: o- o-n-un, o- n-da, o-n-lar.
Burada əvvələ samit qoşulmağa elə bir ciddi ehtiyac olmur. 
Çünki sait səs əvvəldə öz aparıdıcılığını təmin edir.
BA
1*
 quruluşlu köklər başqa dillərdə də müstəqil vahid kimi 
az işlənir. Analitik-flektiv dillərdə BA quruluşlu vahidlər, əksər 
hallarda öz müstəqilliyini itirərək sözönü kimi işlənirlər.
Rus dilində BA quruluşlu aşağıdakı kimi müstəqil vahidlər 
işlənir: я (йа)- mən, во- harada, да-bəli, но-lakin, ко-yanıma, 
та-o, ты-sən вя с.
Sözönü kimi formalaşan vahidlərə dair isə aşağıdakıları nü-
munə göstərmək olar: до-дякгядярдо города (şəhərə-dək); 
заarxadaarxasıncaзамной (arxamca) за- söz-düzəldici va-
hid kimi: заблудший (azmış), забойщик (qazmaçı), заболеть 
(xəstələnmək); на-üstündə: на столе-(stolun üstündə); на-söz-
düzəldici vahid kimi: набежать (toqquşmaq), набитый (dol-
1
*
 B samitin, A saitin şərti işarəsidir.


Linqvistik  tipologiya
93
durulmuş):  не-inkar:  не  бери  (alma);  не-sözdüzəldici  vahid 
kimi: неберажно-səliqəsiz; неверный (səhv); со-dan,-dənсо 
стола (stoldan); со-sözdüzəldici vahid kimi: сопоставить-(-
tutuşdurmaq),  сопрягать  (qoşmaq).
İngilis dilində də BA quruluşlu müstəqil vahidlər zəngin de-
yildir. Bunlara aid aşağıdakı nümunələri misal göstərmək olar: 
hi (hai) (salam), lie (lai) (yalan), lo (lo) (bax), po (po) (yox), pea 
(pi) (noxud), sea (si) (dəniz), see (si) (baxmaq), so (səv) (belə), 
tea (ti) (çay), do (du) (etmək), do (du) (yalan), go (dou) (get-
mək), two (tu) (iki).
Fars dilində BA quruluşlu müstəqil sözlər aşağıdakılar-dır: 
pa (ayaq), se (üç), si (otuz), ca (yer), çe (nə), do (iki), qu (səs), 
la (təbəqə), ki (hara), ma (biz), to (sən),  (nəm), ya (nida). Fars 
dilində BA quruluşlu aşağıdakı kimi prefikslər də formalaşmış-
dır: bi-bimən (mənsiz), bi-bisütan (sütunsuz), bi-birəhm (rəhm-
siz), na-narahat ((rahatsız), na-nabina (gözsüz) və s.
BA quruluşlu söz önləri latın və yunan mənşəli sözlərdə də 
işlədilir:  bi-biplan  (ikiqanadlı),  de-deqradasiya  (geri  getmə), 
de-depressiya (iflas), re-reaktiv (aktivləşən) və s.
 BA quruluşlu vahidlərin ayrı-ayrı dillərdəki azlığının səbəbi 
onunla izah edilə bilər ki, söz sonuna istər saitlə və istərsə də 
samitlə başlayan şəkilçi qoşulması imkanları mövcuddur. Bundn 
başqa söz sonuna affiksal element kimi tək samitin qoşulması 
imkanları da vardır. Bu mənada sonrakı vaxtlarda BA tipli vahid-
lər BAB tipinə də düşə bilmişlər. BA quruluşlu vahidlərin müəy-
yən qismi isə söz əvvəlində öz müstəqilliyini itirib prefiks kimi 
işlənməyə başlamışdır. 
Azərbaycan dilində sonu samitlə bitən köklərə əlavə bir sa-
mit qoşulması faktı isə, artıq, dilin köksözlülük hüdudundan çıx-
mağa başladığı və aqlütinativlik meylinin yaranması mərhələsi-
nin izlərinin göstəricisidir. Azərbaycan dilində belə sözlərə aid 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə