Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə21/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

Linqvistik  tipologiya
75
yən edilir. Onun fikricə, nitqdə kollektiv heç nə yoxdur, nitq fər-
di və anidir. Dil xəzinədir ki, nitq təcrübəsi ilə ictimai kollektivə 
köçürülür. (Halbuki nitq dilin canlama formasıdır.) Sosioloji dil-
çiliyin digər nümayəndələri Antuan Meye, Kean Vandries, Şarl 
Balli, Albert Seşe (fransız dilçiləri)  olmuşlar. 
Strukturalizm  və  onun  funksional,  qlossematika  və  des-
kreptiv  dilçilik  məktəbləri
Bu məktəblər, Ferdinand de Sösürün təlimidə göstərilən  di-
lin sistem olması konsepsiyasının əsasında yaranmışdır. Struktu-
ralizm cərəyanı əsasında üç dilçilik məktəbi yaranmışdır:
1)  Praqa funksional dilçilik məktəbi
2)  Danimarka qlossematikası
3)  Amerika deskreptiv dilçilik məktəbi
Praqa funksional dilçilik məkətəbi məktəbi Çexiyada yara-
dılmışdır. Məktəbin yaradıcısı ingilis dilçisi Vilem Mateziusdur. 
1926-cı ildə təşkil etdiyi “Praqa dilçilik dərnəyi” məktəbin ba-
zası olmuşdur. Məktəbin nümayəndələri bunlardır: V.Skaliçka, 
F.Travniçek, B.Havranek, rus dilçilərindən N.Trubetskoy (1890-
1938), S.Kariyevski (1884-1955) və R.Yakobson, V.Mateziusun 
şagirdiləri İ.Vaxek, B.Trınka.
Onlar  dil  proseslərini  struktur  dilçilik  metodları  əsasında 
təhlil  edirdilər. 
1929-cu ildə çap olunmuş “Praqa dilçilk məktəbinin” tezis-
ləri əsaında dilin sistem məslələsi, dilçilik coğrafiyası, slavyan 
leksikoqrafiyasının metodu problemləri araşdırılırdı. 
Danimarka  qlossematikası  məktəbinin  əsas  nümayəndələri 
Biqo Brondal və Lui Yelmslevdir. Qlosse yunanca dil, sema işarə 
deməkdir. Onlar dilçilikdə diaxronik aspekti qəbul etmirlər. Bütün 
dillər üçün dilçilik nəzəriyyəsinin yradılmasında konkret dil mate-
rialını nəzərə almırlar. Əsas tədqiqat əsərləri bunlardır: V. Brondal 


Mübariz Yusifov
76
“Struktural dilçilik” (1939), L.Yelmslev “Ümumi  qrammatikanın 
prinsipləri” (1928), H.Uldal “Qlossematikanın əsasları”. 
L.  Yelmslevə  görə  norma  uzus  (adət,  ənənə)  və  nitq  aktı 
tələb  edir. Yəni  norma  uzus  nitq  aktından  doğu  r.
Amerika desprektiv dilçilik məktəbi
Amerika dilçilik məktəbinin nümayəndələri bunlardır: Far-
ns Boas (1858-1942), Monard Bulmfild, Blok, Treycer, Sepir, 
Hakit və Harris. Onların tədqiqatında desprektiv (latınca təsvir 
deməkdir) metod əsas götürülür. Distributiv təhlildə dil vahid-
lıərinin  ardıcıllığı (fonem, morfem, söz) mühüm prinsip kimi 
qəbul edilir. 
Riyazi dilçilik metodları
Bu  metodlar  R.Yakobson  (1896),  K.Mennon,  N.Xomski 
kimi mütəxəsislər tərəfindən tətbiq olunmuşdur. Lakin dil daxili 
nitq ilə dəyişdirilə bildiyindən buraya riyazi düsturları tətbiq et-
mək özünü həmişə doğrultmur. 
Sovet dilçilik məktəbi
Sovet  dilçiliyində  əvvəlki  ənənələrin  davam  etdirilməsinə 
xüsusi üstünlük verilirdi. Sovet dilçiliyində demək olar ki, tə-
dqiqatlar  ənənəvi  dilçilikdə  qoyulan  prinsiplərdən  kənara  çıx-
mamışdı. Ancaq bu dövrdə 1950-ci ilə qədər Nikolay Yakovle-
viç Marrın (1865-1934) Yafəs dil nəzəriyyəsi diqqəti cəlb edir. 
Bu nəzəriyyəyə görə akademik Marr iddia edeirdi ki, bütün dil-
lərin lüğət ehtiyatı bazasında  SAL, BER, YON, ROŞ ünsürləri 
durur. Dünya dilləri çarpazlaşma nəticəsində yaranıb. Bu fikirlər 
səhv olsa da dilçilik tipologiyası ilə əlaqədar Marrın diqqətəla-
yiq tədqiqatları olmuşdur.
İvan İvanoviç Meşşaninnovun isə  (1883-1977) cümlə struk-
turu ilə əlaqədar maraqlı fikirləri olmuşdur. Xüsusilə, erqativ və 
nominativ dillər məsələsi bu sahədə maraqlı idi. Meşaninovun 
dil tipologiyası ilə əlaqədar irəli sürdüyü stadial nəzəriyyəsi ta-


Linqvistik  tipologiya
77
mamilə dil diskriminasiyası ideyasına xidmət edirdi. O, köksöz-
lü və aqültinativ dilləri primitiv düşüncə məhsulu hesab edirdi. 
Sovet dilçiliyində Lev Vladimiroviç Şerbanın, Viktor Viladimi-
roviç Vinoqradovun, Boris Aleksandroviç Serebrennikovun qiy-
mətli tədqiqatları vardır. 
Azərbaycan dilçilik məktəbi
Azərbaycanda intellektli insanlar həmişə olmuşdur. Ancaq 
tarixi məqamlarda dövlətçilik ideologiyası imkan verməmişdir 
ki, xalqın içərisindən çıxan intellektlər onların özlərinə, öz dil-
lərinə xidmət edə bilsinlər. Məsələn, XI əsrin görkəmlli alimlə-
rindən Əbu Zəkəriyyə Yəhya ibn Əli Xətib Təbrizinin üslubiy-
yata  aid  çoxlu  əsərləri  olmuşdur. Ancaq  ərəb  dilinə  dair,  bəzi 
hallarda isə Azərbaycan dilinə aid mənbələrə Xətib Təbrizinin 
əsərləri  barədə  məlumatlar  vardır.  Çox  təəssüf  ki,  sovet  döv-
ründə belə kitablar ya üzə çıxmamış, və ya tapılanlar represiya 
dövründə (1937-1940) məhv edimişdir. Ancaq Azərbaycan di-
linə aid bəzi tədqiqatların izləri saxlnıla bilmişdir. Məslən, XIV 
əsrdə Cəmaləddin ibn Mühənnanın yazdığı “Hilyət-ül-lisan, həl-
bət-ül-bəyan” adlı əsəri haqqında məlumat vardır. Həmin dövrə 
Hüsam  adlı  müəlifin  “Tövət-ül-Hüsam”  adlı  əsəri  yaradılmış-
dır. Əsər farsca-Azərbaycanca mənzum lüğətdir. Həmin əsərdən 
aşağıdakı nümunələr maraqlıdır:
Xuda – Tanrı, təvangər – mənisi bay
İşə buyruq verici – karfərmay
XIX əsrdə, XX əsrin əvvəllərində yazılmış qrammatikalar 
dərsllik xarakterli olmuşdur. Sovet dövründə və hazırda Azər-
baycan  dilçiliyində  çoxlu  əsərlər  yaradılmışdır.  Azərbaycan-
da dilçilik elmi Bəkir Çobanzadənin Məmmədağa Şirəliyevin, 
Əbdüləzəl Dəmiçizadənin və Muxtar Hüseynzadənin fəaliyyə-
tindən bəhrələnmişdir. Ancaq demək olar ki, Azərbaycan dilçi-
liyində tipologiya ilə bağlı heç bir yeni konsepsiya yaradılma-


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə