Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə18/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

Mübariz Yusifov
64
sı, nto – çıxarmaq sözünün əsası, ak – keçmiş zamanı və birinci 
şəxsin təkini bildirən suffiksdir. 
İnkorporlaşma  əlaməti  başqa  dillərdə  də  müşahidə  edilə 
bilər.  Məsələn,  Azərbaycan  dilində  buküçəmənədargəlir,  ha-
cımənəbax,  alışdımyandım,  əlinivurmagendədur  kimi  vahidlər 
cümlə  üzvlərinin  birləşməsi  yolu  ilə  yaranmışdır.  Lakin  bun-
lar cümlə kimi yox  söz  kimi işlədilir. Ancaq gördüyündürmü, 
gəldiyimdi kimi bir vahiddə biləşmiş sözlər, əslində, inkorpor-
laşmış cümlə kimi işlədilir. “Gördüyündürmü?” sözü sən məni 
niyə görməyibsən, görüşməyibsən?; “Gədiyimdi”-sözü isə göz-
ləmə, mən gəlməyəcəyəm anlamında işlənir. Dünya dillərinin bu 
dörd qrupa bölünməsi şərtidir. Bu mənada ki, fəaliyyətdə olan 
bütün dillərdə başqa-başqa qrupların əlamətlərini görmək müm-
kündür.  Məsələn,  köksözlü  dillərdəki  ikihecalılığın  təzahürü 
onlarada morfoloji əlamətin formalaşmaqda olduğundan xəbər 
verir. Analitik-flektiv dillərdəki təkhecalılığın və sonşəkilçilili-
yin (suffiksin) mövcudluğu aqlütinasiya əlamətləridir. Aqlütina-
tiv dillərdə söz əvvəlinə sözdüzəldici əlamətlərin əlavəsi, yəni 
qrammatik söz yanaşması (nə bilir, nə danışır, nə yaxşı, bu yan, 
o yan, nə əcəb, nə gözəl) ifadələri analitiklik elementləridir. İn-
korporlaşan dillərdə cümlələrin sözlərə çevrilməsi köksözlülüyə 
qayıdış istiqamətləri kimi başa düşülə bilər. Bu o demək deyildir 
ki, dillərin daxili quruluşunda etapların bir-birini izləməsi labüd 
inkişaf istiqamətidir. Əksinə, köksözlü dillərin öz quruluşunda, 
digər  dillər  isə  müvafiq  strukturda  fəaliyyət  göstərir.  Dillərin 
daxili dəyişməsi nitq aktivliyi ilə ölçülür. Ona görə demək ol-
maz ki, bütün müasir dillər zaman-zaman öz quruluşlarındakı 
nisbi  sabitliyi  saxlayacaqlar.
Dillərin  daxili  quruluşundan  danışarkən  sintetiklik  barədə 
də izahlar lazım gəlir. Elə bir dil yoxdur ki, onda bu və ya di-
gər quruluşlu dillərin əlamətləri müşahidə edilməsin. Məsələn, 
Azərbaycan dili aqlütinativ dil olduğu halda bu dildə flektivli-


Linqvistik  tipologiya
65
yin, analitikliyin və inkorporasiyanın izlərinə rast gəlmək olur. 
Ancaq Azərbaycan  dilində  aparıcılıq  aqlütinativ  quruluşa  aid-
dir. Bu mənada sintetiklik əlamətlərinə də ayrı-ayrı dillərdə rast 
gəlmək olur. Sintetik  termini mənşəcə yunan dilinə məxsusdur. 
Mənası yanaşma, birləşmə deməkdir. Sintetik dillərdə qramma-
tik əlamətlər mövcuddur. Yəni belə dillərdə həm ismə, həm də 
felə  aid  qrammatik  şəkilçilər  formalaşmışdır.  Sintetik  dillərdə 
qrammatik  əlamətlər  olmasına  baxmayaraq  bu  dillərdə  şəkil-
çilərin  söz  sonuna  qoşulması  aqlütinativ  quruluşlu  dillərdən 
fərqlənir.  Belə  ki,  məsələn,  söz  sonuna  qoşulan  şəkilçilər  hər 
bir  qrammatik  kateqoriyanın  özünə  aid  olur.  Məsələn,  rus  di-
lində sintetiklik əlaməti mövcuddur. Sözə yalnız bir qrammatik 
şəkilçi qoşulur: страна, страны, стране, страну, страной, 
странах. Şəkilçilərin söz sonunda ardıcıl sırası mövcud deyil-
dir. Məsələn, Azərbaycan dilindəki kitablarımdan sözü rus di-
lində из моих книг kimi ifadə edilir. Fars dilində “Bu mənim 
qardaşımdır” cümləsi “İn bəradəre mən əst” kimi deyilir. Yəni 
bu cümlələrdəki “kitablarımdandır”, «qardaşımdır» sözlərində-
ki qrammatik vasitələr rus və fars dillərində ardıcıl şıralanmır. 
Sintetik dillərlə aqlütinativ dillərin fərqi odur ki, sintetik dillərin 
söz sonunda şəkilçi sıralanması baş vermir. Aqlütinativ dillərdə 
isə silsilə sözdüzəldici şəkilçilərdən sonra silsilə qrammatik şə-
kilçilər gəlir: yara-d-ıcı-lar-ımız-dan-dır-lar. Sintetiklik polyak, 
qədim yunan və latın, macar, rus və erməni dilləri üçün səciyyə-
vi əlamətdir. 
Dillərin daxili quruluşunun müxtəlifliyi dilçilikdə ayrı-ayrı 
nəzəriyyələrin yaranmasına da səbəb olmuşdur. Məsələn, N.Y.
Marr və İ.İ.Meşşaninov stadial nəzəriyyə adı ilə yalnış bir fər-
ziyyə irəli sürərək göstərirdilər ki, dillərin həyatında mərhələli 
bir inkişaf vardır. Bu nəzəriyyənin əsası XIX əsrin alman ali-
mi Avqust Şleyxerin bioloji nəzəriyyəsinə əsaslanır. Mərhələli 
(stadial) nəzəriyyəyə görə dillər öz bünövrəsini köksözlülükdən 


Mübariz Yusifov
66
götürür.  Bu  nəzəriyyəyə  görə  köksözlü  dillər  dünya  dillərinin 
inkişafında ən ilk və ibtidai bir mərhələdir. Flektiv dillər isə dil-
lərin inkişafının ən yüksək mərhələsini təşkil edir. İnkorporla-
şan dillər isə gah köksözlü, gah da aqlütinativ dillərlə bir sıraya 
daxil  edilir.  Bu  nəzəriyyənin  əsas  motivi  bundan  ibarətdir  ki, 
dillər mərhələ-mərhələ inkişaf edib flektivizmə - sonuncu yerə 
çatır. Həm də bu nəzəriyyədə dillərin inkişaf mərhələsi ondan 
istifadə edənlərin təfəkkür səviyyəsi ilə eyniləşdirilir. Belə ki, 
məsələn, köksözlü dillər ibtidai mərhələ kimi nəzərdə tutuduğu 
üçün bu dillərdə danışan əhalinin təfəkkürünün də az inkişaf et-
diyi nəzərdə tutulur. Eyni zamanda, aqlütinativ və inkorporlaşan 
dillərin  daşıyıcılarının  da  təfəkkürünün  az  inkişaf  etdiyi  iddia 
olunur. Flektiv dillərin daşıyıcılarında isə təfəkkürün çox inkişaf 
etdiyi barədə səhv fikirlər göstərilir. Əlbəttə ki, bu nəzəriyyə əs-
lində dil diskriminasiyasından başqa bir şey deyil. Ona görə də 
özünə haqq qazandıra bilmədi. 
Bu nəzəriyyənin tərəfdarlarından olan İ.İ.Meşşaninov dünya 
dillərini hətta erqativliyə və nominativliyə görə iki qrupa bölür-
dü. Erqativlik, yəni təsirlik halın olmaması Qafqaz-iber dillərinə 
xasdır. Belə cüzi xarakterə görə dilləri qruplara bölməyin də cid-
di əhəmiyyəti yoxdur. Ancaq onu da nəzərə almaq lazımdır ki, 
dil tipologiyasını dörd sistem üzrə fərqləndirməyin özündə də 
natamamlıq vardır. Çünki, əvvəla, bütün dünya dillərinin qurulu-
şu tam öyrənilməmişdir. İkincisi, dillərin quruluşunda qarşılıqlı 
müştərəkliklər mövcuddur. Üçüncüsü, tipoloji bölgüdə morfolo-
ji quruluş əsas meyar kimi nəzərə alınmışdır. Dördünccüsü, heç 
bir qrupa daxil edilməyən dillər də mövcuddur. Məsələn, erməni 
dili, bask dilləri, bruksa (verşin) dilləri, Yapon, rukyu, Koreya, 
ayn dilləri də bu qəbildəndir.
Dilçilk tipologiyasının öyrənilməsini dərinləşdirdikcə dün-
ya dilləri arasında daxili, sirli, gizli, üstü zaman-zaman örtülmüş 
müştərəkliklərin açılması imkanı əldə edilə bilir. 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə