Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə16/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

Linqvistik  tipologiya
57
3.  Arabak
4.  Araukan
5.  Çon
6.  Alanaluor
7.  Pano
8.  Karib qrupu
9.  Je


Mübariz Yusifov
58
Dünya dillərinin tipologiyası
Dünya dillərində zaman keçdikcə nitq fəaliyyətindəki inten-
sivliyə müvafiq olaraq struktur dəyişmələri baş verir. Struktur-
dakı dəyişmələr isə sistemdə dəyişmə əməl gəlir. Ona görə də 
müasir dillərin quruluşunda bir-birindən fərqli sistemlərin möv-
cudluğu müşahidə edilir. 
Aparılan tədqiqatların nəticəsi olaraq bütün dünya dilləri öz 
tipoli quruluşuna görə aşağıdakı kimi təsnif edilir:
1.  Köksözlü dillər
2.  Flektiv dillər
3.  Aqlütinativ dillər
4.  İnkorpolaşan (polisintetik) dillər
Kök sözlü dillər
Köksözlü dillərə elmi ədəbiyyatlarda amorf dillər də deyilir. 
Amorf termini köksözlü dillərə ona görə tətbiq edilir ki, o dil-
lərdə  sözün əvvlinə və ya sonuna qoşulan qrammatik əlamətlər 
mövcud deyildir. Belə dillərdə söz köklərinin cümlə əmələ gə-
tirməsi söz sırası ilə, intonasiya ilə, həmçinin köməkçi sözlərin 
yanaşması ilə tənzim olunur. Sözlərin qrammatik əlaqələnməsi 
üçün başqa vasitələr formalaşmamışdır. Yəni bu dillərdə qram-
matik  formayaradıcı  vasitələr  yoxdur.  Məhz  amorf  termini  də 
bu məqsədlə işlədilir. Ancaq köksözlü dillərə istinad üçün amorf 
terminini  işlətmək  məntiqi  cəhətdən  düzgün  deyildir.  Çünki 
mənşəcə yunan dilinə məxsus olan amorf sözünün mənası for-
masız deməkdir. Şəkilçilərin mövcudluğundan asılı olmayaraq 
dünyada formasız bir dil möcud deyil. Əlbəttə ki köksözlü qu-
ruluşa malik olan Çin dili də formasız deyildir. Söz varsa, onun  
daxili fonomorfoloji quruluşu varsa, bu sözlər vasitəsi ilə cümlə 
ququlursa, deməli, onların formsı da vardır. Odur ki, amorf sözü-
nün termin kimi köksözlü dillərə tətbiqi düzgün sayılmamalıdır. 


Linqvistik  tipologiya
59
Köksözlü dillərə Çin-Tibet dilləri aiddir. Bu dillərin içəri-
sində ən əzngin olanı Çin dilidir. Çin dilində qrammatik sözya-
ratma vasitələri olmadığına baxmayaraq, bu dilin daxili sözya-
ratma  imkanları  (intonasiya,  reduplikasiya,  kökdaxili  dəyişmə 
və  s.)  güclüdür.  Odur  ki,  Çin  dilin  lüğət  tərkibi  olduqca  zən-
gindir. Hətta bu zənginlik mövcud lüğətlərin özündə də tama-
ilə əhatə oluna bilmir. Çin dilinin yazılı qolu qədim ənənələrə 
müvafiq olaraq normaya görə sabit saxlandığı üçün şifahi nitq 
ondan kəsgin dərəcədə fərqlənir. Lakin ənənələrin saxlanması, 
informasiyaların  itməməsi  üçün  şifahi  nitqdəki  dəyişmələrin 
yazılı  nitqə  tətbiq  olunmasına  yol  verilmir.  Çin  dilində  (eləcə 
də digər köksözlü dillərdə) qrammatik formalar inkişaf etmədi-
yinə görə bu dilin leksik bazası monosillabik köklərə əsaslanır. 
Başqa sözlə, Çin dilində sözlərlə köklərin sərhəddi eynidir. Yəni 
bu  dildə  düzəltmə  söz  yoxdur.  Köklər  isə  sözün  bazasını  təş-
kil edir. Ancaq sözlərin təkrarı (reduplikasiyası) yolu ilə leksik 
vahilərin yaranması da istisna deyildir. Mümkündür ki, redup-
likasiya yolu ilə düzələn sözlərin tərəflərindən biri getdikcə şə-
kilçi formasına çevrilə bilsin. Reduplikasiya ilə söz yaradıcılığı 
Çin dilində, eləcə də digər köksözlü dillərdə monosillabizmdən 
disillabizmə  keçidin  başlanğıc  mərhələsi  kimi  də  nəzərə  alına 
bilər. Belə bir qayda əlbəttə okkazional üsulla sözyaratmağa yol 
açır ki, belə sözlərin mövcudluğu və artımı, hətta onların lüğət-
lərə sığışdırılmasını məhdudlaşdırır. Çin dilində sözlərə qoşula 
bilən morfemlər (köməkçi sözlər) də mövcuddur. Ancaq onları 
felektiv dillərdəki morfemlərlə müqayisə etmək olmur. Bunlar 
suffiks funksiyası daşıya bilsə də kəmiyyətcə çox deyidir. An-
caq bu onu deməyə əsas verir ki, Çin dili (köksözlü dillər) nə 
qədər mühavizəkar olur-olsun nitqin təsiri öz işini görməkdədir. 
Yəni nə zamansa bu dillərdə disillabizmin formalaşacağı istis-
na deyildir. Çin dilində disillabizmin rüşeymi reduplikasiyadan 
başlanır. Reduplikasiya yolu ilə yaranan sözlərdə bir növ, mə-


Mübariz Yusifov
60
nanın əlavəsi, canlandırılması, başqa sözlə, intensivləşdirilməsi 
müşahidə edilir. Məsələn, kanь (görmək) – kanь-kanь (nəzarət 
etmək), tin (dinlənmək) – tin-tin (çox dinləmək), dzou (yerimək) 
– dzou-dzou (gəzmək) və s. bu cür sözlər Azərbaycan dilindəki 
yavaş – yavaş-yavaş, isti – isti-isti, tez – tez-tez kimi sözlərlə 
müqayisə edilə bilər.
Çin dilinin cümlələrində sıra və ardıcılıq sabitdir. Cümlədə 
sözlərin yerini dəyişdikdə mənada dəyişmə baş verir. Çin dili 
cümlələrində zahirən sözlərin hansı cümlə üzvü olmasını təyin 
etmək olmur. Çünki sözlərin qrammatik şəkilçisi yoxdur. Belə 
ki, Azərbaycan dilindəki “Kitab stolun üstündədir” cümləsində 
aydın olur ki, kitab adlıq haldadır, xəbərlə üzlaşma əlaqəsi yara-
dır. Kitab sözünün yerini dəyişdikdə qrammatik mənada da də-
yişmə baş verir: “Stolun üstündəki kitabdır”. Bu cümlədə kitab 
sözü xəbərin qrammatik əlamətini qəbul edir. Stolun üstündədir 
xəbəri isə mübtədanın qrammatik əlamətini qəbul edir. Çin dilin-
də sözlər intonasiyaya və müvafiq bir sıra ilə düzülür. Məsələn,  
Vo (mən) tala (vurdum) ta (onu) cümləsini Azərbaycan dilinin 
qrammatikası üzrə dəyişdikdə məna dəyişmir. Ta (onu) vo (mən) 
tala (vurdum). Çin dilində isə “Ta vo dala” forması ilə “O, məni 
vurdu” mənası alınır. 
Çin dilinə aid bu xüsusiyyətlər digər köksözlü Tibet dillərin-
də də (tai-çin, tibet-birma, Himalay, Vyetnam) mövcuddur. 
Flektiv (analitik) dillər
Flektiv (analitik) dillər qrupuna Hind-Avropa dilləri ailəsi 
daxildir. Dilçilik ədəbiyyatında bəzən flektiv və analitik dillə-
ri bir-birindən fərqləndirən əlamətlərin müəyyənləşdirilməsinə 
cəhd göstərilir. Flektiv termini mənşə etibarı ilə latın dilinə məx-
susdur.  Mənası  əyilmə,  dəyişmə  deməkdir.  Dilçilikdə  sonluq, 
sözün  son  hissəsinin  təsriflənməyə  görə  dəyişməsi,  həmçinin 
daxili dəyişmə mənasında işlənir. Daxili dəyişmə zamanı sözün 
mənasında fərqlənmə baş verir. Məsələn, ход (hərəkət) sözün-


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə