Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə12/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

Mübariz Yusifov
36
masında həm təbiətin, həm insanın öz daxili aləminin və həm 
də cəmiyyətin dərki mühüm rol oynayır. Beləliklə, insan təbiə-
ti, özünü və cəmiyyəti dərk edə-edə əşya, hadisə və prosesləri 
imitasiyaya çevirib təfəkkürün süzgəcindən keçirə-keçirə dilin 
formalaşmasının bünövrəsini qoyur. İnsan təfəkkürü, əlbəttə ki, 
birbaşa səsli dili yaratmayıb. Səsli dilə keçid ilkin informasiya 
vasitəsi olan daxili nitqdən başlanır. Daxili nitq isə öz xarakte-
rinə görə universaldır. Yəni bütün insanlar ətraf aləm hadisələrini 
və özünüdərk prosesini eyni cür qavraya bilərlər. Dillər arasın-
da koqnitiv (oxşar) elementlərin yaranması da məhz bu proseslə 
bağlıdır. Daxili nitqin universallığı dilçilikdə bir sıra yeniliklə-
rin də baş verməsinə səbəb olmuşdur. Məsələn, yəhudi mənşəli 
Amerika  dilçisi  Zelliq  Xarris  (1909-1992)  özünün  “Transfor-
masiya  dilçiliyi”nə  dair  tədqiqatlarında  koqnitiv  elementlərin 
araşdırılmasına diqqəti cəlb edir. Digər yəhudi mənşəli Amerika 
dilçisi Roam Xomski isə (1928) daxili və zahiri nitqin əlaqəsi 
fonunda dilçilikdə inqilab kimi “Törəmə qrammatika” ideyasını 
ərsəyə gətirmişdir. Aydındır ki, insan həm təbiəti, həm özünü və 
həm də cəmiyyəti bir anda dərk edib onu imitasiyaya çevirməklə 
təfəkkürün  malı kimi formalaşdıra bilməzdi. Buna illər, əsrlər, 
zamanlar lazım olmuşdur. Ona görə də dilin birdəfəyə yaranma-
sı barədə fikirlər söylənirsə bu ancaq əfsanəyə bərabər olar.
4. İnsanın yaranması üçün əlverişli mühit dünyanın müxtəlif 
yerlərində mümkün olduğu üçün demək olmaz ki, insan ailəsi bir 
ərazidə dünyaya göz açmış və sonralar böyük miqrasiyalar baş 
verməklə kök dildən başqa dillər yaranmışdır. Əgər zaman-za-
man yer maddəsinin daxili elementlərinin qarşılıqlı mübadilə-
si ilə insan yaranmasının hazırlıq mərhələsi baş vermirsə onda 
bu proses dünyanın müxtəlif yerlərində və güman ki, müxtəlif 
zaman  məsafələrində  meydana  çıxa  bilərdi.  Bu  halda,  hər  bir 
ərazidə yaranan insan nəsli mümkündür ki, özü üçün xüsusi bir 


Linqvistik  tipologiya
37
dil yarada idi. Onda necə olur ki, dünyanın müxtəlif guşələrində 
mövcud olan ayrı-ayrı dillərin arasında heç bir kontakt yaran-
madığı halda müştərək elementlər baş vermiş olurdu? Bu suala 
cavab vermək üçün onu nəzərə almaq lazımdır ki, dünyanın han-
sı ərazisində baş qaldırmasından asılı olmayaraq bütün insanlar 
idrakdan  təfəkkürə  keçidi  olan  şüurla  yaranır. Təfəkkürün  ya-
ratdığı imitasiya prosesində isə oxşar tipoloji əlaqələrin olması 
istisna sayılmamalıdır. Məhz təbiətin insana və cəmiyyətə aid 
hadisə və proseslərin oxşar imitasiyalarla qavranılması ərazi eti-
barı ilə bir-birindən uzaq məsafədəki dillərin arasında müştərək 
elementlərin yaranmasına səbəb olmuşdur. Burada yenə bir sual 
peyda olur ki, oxşar təfəkkürlə oxşar imitasiyalar baş vermiş-
sə onda gərək yenə də dillər arasında da kök birliyi mümkün 
olaydı. Ancaq nəzərə almaz lazımdır ki, ilk insanların yaşadığı 
ərazinin,  təbiətin,  cəmiyyətin  və  fərdlərin  bütün  keyfiyyətləri 
bir-birinin üzərinə düşmür. İnsanların məskunlaşdığı ərazilərin 
bəziləri daşlı-kəsəkli, bəziləri dağlı-təpəli, bəziləri çay vadiləri, 
bəziləri meşəlik və s. ola bilərdi. İnsanların isə bir qismi bəsit və 
ya iti təfəkkürlü ola bilərdi. Ona görə də hansı məqamda ətraf 
aləmin, insanın və cəmiyyətin dərki ilə bağlı oxşar imitasiyalar 
baş verə bilmişsə həmin imitasiyaların formalaşdırdığı element-
lərin  arasında  da  müştərəkliklər  yaranmışdır.  Başqa  hallarda 
isə fərqli elementlər əmələ gəlmişdir. Mövcud tədqiqatlarda da 
hökm verilmir ki, müxtəlifsistemli dillərin arasındakı bütün ele-
mentlər genetik cəhətdən eyni olan koqnitiv köklərdən ibarətdir. 
Tədqiqatlarda, fakt budur ki, oxşarlığı təsdiq edilən elementlər-
dən bəhs olunur.
Dillər  ayrı-ayrı  ərazilərdə  müxtəlif  zamanlar  ərzində  for-
malaşdığından mümkündür ki, analoji imitasiyalar əsasında baş 
verən  tipoloji  oxşarlıqlar  da  eyni  vaxta  düşməmiş  olsun.  Ona 
görə də hansı qrup sözlərdə müştərəklik olmasının təhlili üçün 


Mübariz Yusifov
38
baş sındırmaq və belə elementləri sistemləşdirməyə cəhd etmək 
əbəsdir. Oxşar imitasiyalar istər təbiətin, istər insanın və istərsə 
də cəmiyyət həyatının dərkində baş verə bilər. Ona görə də tə-
dqiqatlarda oxşar elementlərin sistemliliyindən daha çox onların 
tipoloji  keyfiyyətlərinin  açılmasına  diqqət  yetirmək  lazımdır. 
Dillərin arasında oxşar imitasiyalar əsasında müştərək element-
lərin törədiyinin təsadüfi olmadığı onunla təsdiq edilə bilər ki, 
belə elementlərin  özlərinin  ardıcıllığı vardır.  (Bu barədə sonra-
kı səhifələrdə bəhs edilir). 
5. Ayrı-ayrı dil ailələrinin yaranması məsələsinə gəlincə bu-
rada məsələni qəlizləşdirən elə bir problem görünmür. İlk insan 
qruplarının  ayrı-ayrı  münbit  ərazilərdə  məskunlaşması  mən-
tiqə uyğun hesab olunursa onda ehtimal etmək mümkündür ki, 
kompakt insan qrupları getdikcə öz ərazilərini genişləndirmiş, 
yəni törəmiş, artmış, çoxalmış və yayılmışlar. Yayıldıqca onla-
rın dillərinin genetik oxşarlığı saxlanmaqla bir-biri ilə tipoloji 
quruluşda ciddi fərq yaratmayan dil ailələri də formalaşmışdır. 
Məsələn, türk dilləri ailəsi kimi, Hind-Avropa dilləri ailəsi kimi, 
Çin-tibet dilləri ailəsi kimi, Sami-hami dilləri ailəsi kimi və s. 
Bu dil ailələrinin içərisində isə  zaman-zaman  özünün xüsusi 
norması ilə fərqlənən müstəqil milli dillər formalaşmağa başla-
mışdır. Dünya dillərinin yaranmasında belə prosesin baş vermə-
si mümkün hesab edildiyi halda, onların bir kökdən törəməsini 
sübut etməyə yönələn cəhdlərin heç bir praktik əhəmiyyəti və 
perspektivi  yoxdur. Ancaq  müxtəlifsistemli  dillərin  arasındakı 
müştərək elementlərin tədqiq olunması bir dildə izahı çətin olan 
söz və formaların tapılmasında, mənaların anlaşılmasında, ay-
rı-ayrı  dillərin  tarixi  və  etimoloji  lüğətlərinin  hazırlanmasında 
çox böyük əhəmiyyətə malikdir. Müxtəlifsistemli dillərdə müş-
tərəkliklərin  araşdırılması  ilə,  həmçinin  dillərarası  boşluqların 
(lakunaların) mövcudluğu da ortaya çıxır. Məsələn, Azərbaycan  


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə