Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə10/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

Mübariz Yusifov
30
sında ulu dil qohumluğunu istisna etmir. Zamir Osorovun özü 
də qırğız dili bazasında hindu və türk dilləri arasında paralellə-
rin olduğuna dair aşağıdakı kimi nümunələri misal göstərir: siu 
dakoto-, kuva türk, kuu (qovmaq), siu dakoto- basku türk- kəs 
(biç, bıçaq), siu dakoto-  türk- (əri), siu dakoto- ooç türk 
 (yemək), siu dakoto- koş türk- kuş (quş), siu dakoto- çalan 
türk- yılan (çılan, ilan), siu dakoto- ti (dişləmək) türk- diştiş
siu dakoto- tata, türk- ata siu dakoto- ari, türk- arık (arıq), siu 
dakoto- qo, türk- qovmaq
1

Bu cür paralelliyə qalmış olsa, türk dilləri ilə Avropa, Çin, 
Yapon, Koreya və digər dillər arasında müştərək elementlər tap-
maq olar. Bu halda iddia etmək olarmı ki, türk xalqlarının elə 
həmin xalqlar ilə də genetik qohumluğu vardır?
“Ulu  dil”  nəzəriyyəsinə  görə  sonrakı  proseslərdə  bir  kök 
dilin üzərində böyük dil ailələri, məsələn, prahind-Avropa, pra-
türk, protosami və s. böyük dil ailələri formalaşmışdır. Görün-
düyü kimi, bu yanaşma yeni deyildir, Platondan tutmuş alman 
alimçiləri F.Ditsə və Şuxarta, oradan Marra qədər gələn və ma-
yasında diskriminasiya daşıyıcısı olan konsepsiyadan ibarətdir. 
Belə  ki,  bu  nəzəriyyənin  məntiqinə  görə  hər  hansı  böyük  dil 
ailələrinin nümayəndələri özlərini “ulu dil”in varisləri adlandı-
ra bilərlər. Harada nüfuz güclüdürsə, fikir sahibi də o ola bilər. 
Həqiqət isə bunların arxasında gizli qalmağa məhkum olar. Ona 
görə də görülən işlərin əhəmiyyətini azaltmayaraq bütün nəzə-
riyyələri,  fikir  və  mülahizələri,  eləcə  də  indiyədək  bu  sahədə 
görülən işlərin nəticələrini ümumiləşdirib daha optimal variant 
tapmaqa ehtiyac vardır. 
“Ulu dil” axtarışı üzrə aparılan tədqiqatlarda oxşar sözlərin 
aktiv kontakt və alınma prosesinin, həmçinin, qədim insanların 
ətraf aləmi bir vəhdət təşkil edən düşüncə ilə qavramasının mə-
hulu olduğu da göstərilir. Məsələn, Sergey Anatolyeviç Starostin 

Замир Осоров. Киргизы и индейцы. www. проза. ру (рор/0328/1437.


Linqvistik  tipologiya
31
belə bir mülahizə irəli sürür ki, quruluşca eyni mənşədən olan 
sözlər zaman keçdikcə bir-birindən fərqlənməyə başlayıb. Rus 
dilindəki ptiüa və polyak dilindəki ptak (quş) sözlərinin hər ikisi 
slavyan mənşəli pğta sözündən ayrılıb. Rus dilindəki derevo və 
ingilis dilindəki tree (ağac) sözləri prahindavropadakı derv kö-
kündən ayrılıb. Daha sonra isə quruluşca müxtəlif olan və eyni 
məna üzrə motivləşən sözlər yaranıb. Məsələn, ingilis dilindəki 
eyeoko sözü ilə əlaqədardır. Rus dilində isə onun ekvivalenti 
kimi qlaz sözü yaranıb.
1
Oxşar fikirlər türk-çin leksik paralellərinə həsr olunmuş tə-
dqiqatda da irəli sürülür və bu fikirlərə müvafiq olaraq aşağıdakı 
kimi nümunələr də göstərilir: du (çin), tuğ (türk) (bayraq), long 
(çin), luv (monq.), lun (kalm.), uluq (q. türk) (uzun, əjdaha), dəv 
(çin)  (böyük,  nəhəng),  dev,  div  (türk),  yin  (çin),  in,  ün  (türk) 
(səs), lang (çin), oğlan (türk), tang (çin) tan, dan (türk) (səhər), 
dasuan (çin),  soğan (türk),  tong  (çin), teng (q.türk) (düz),  
(çin),  burun  (türk),  boz  (çin), boyun  (türk)
2
 və s.
Müxtəlifsistemli  dillərdə  oxşar  elementlərin  mövcudlu-
ğu  barəsində  aparılan  tədqiqatlarda  leksik  oxşarlıqlar  xüsusilə 
diqqəti cəlb edir.
3
 Çünki leksik oxşarlıqlar üzrə müqayisə apar-
1
С.А.Старостин. Сравнительно-историческая языкознания и лексикос-
та тистика. – “Лингвистическая реконструкция и древнейшая история 
Востока”, М., 1989, с. 3-39.
2
 www. Wикизнание. ру (ру- wз) индек.пщ п/ тюрко-китайские параллели. 
3
  Елшад  Алили.  Некоторые  хуррито-урарто-тюркские  лексические 
параллели,  www.  диспат.аз  /индех.пщп.;  Н.М.Будаев.  Лексические 
параллели  японского  и  карачаево-Балкарского  языка.  Wап.  аланла. 
форум  24.  ру; 
İmran  Məlikov.  Xatt-ümumtürk  dil  paralelləri.-  Azərbaycan 
filologiyası məsələləri. Bakı, “Elm”, 1984, s. 100-106; Фируддин Джалилов. 
Морфологическая типология. Морфема гу-“голос” в языках мира. Орада. 
С.  70-87;  В.Асланов,  А.Мирзоева.  “Сравнительно-сопоставательный 
анализ слов темпоральной семантики языках различного типологического 
строя”,  Орада,  с.  88-95;  Хабиб  Зарбалиев.  О  числительных 
Азербайджанского  и  индонозийского  языков.  Орада,  с.  95-100.


Mübariz Yusifov
32
maq  daha  əlverişlidir. Ancaq  istər  canlı  dillərin  və  istərsə  də 
ölü  dillərin  müqayisəsi  üzrə  aparılan  tədqiqat-larda  dil  ailələ-
rinin yaxınlığı xüsusilə daha artıq nəzərə  çarpır. Tədqiqatçılar 
isə eyni ailədən  olmayan dillərdə də oxşarlığın mövcudluğuna 
istinad  edərək  dil  ailələrinin  şəbəkəsini  mümkün  qədər  geniş-
ləndirməyə və onu hətta nəticədə bütün dillərə şamil etməyə ça-
lışırlar. Ancaq oxşarlıqların sayının artırılması bütün dillər üzrə 
eyni  nəticənin  alınmasına  yardım  etmək  qüvvəsində  deyildir. 
Çünki dünyanın bütün dillərini eyni sap üzərinə düzmək üçün 
hələ vahid bir arqument tapmaq kimsəyə müyəssər olmayıb. Bu 
arqumenti tapmaq isə insanın hansı məkanda yaranmasını təyin 
etmək kimi çətin bir vəzifənin öhdəsindən gəlməyə bərabərdir.
Qlottoxronogiya nəzəriyyəsi
Qlottoxronologiya  nəzəriyyəsi  yəhudi  mənşəli  rus  emiq-
rantı  Morris  Svodeşə  (22.01.1909-20.07.1967)  məxsusdur. 
Qlottoxronologiya  termini
 
mənşəcə  yunan  dilinə  məxsusdur. 
Qlotto  -  dil,  xronologiya  zaman  mənası  bildirir.  Qlottoxrono-
logiya  nəzəriyyəsi  də  dilin  zamana  görə  dəyişməsi  problem-
lərini araşdırır.  Bu  nəzəriyyəyə görə  iki  və  artıq eyni  mənşəli 
dil  müəyyən  sözlərin  zamana  görə  dəyişməsi  hesabına  ilkin 
kökdən ayrılır. Daha sonra bir-birindən fərqlənən dillər əmələ 
gəlir.  Qlottoxronologiya  nəzəriyyəsinin  əsaslandırılması  üçün 
iki yüz baza sözü seçilir. (Bunu nüvə sözlər də adlandırırlar). 
Bunlardan  ən  əsas  olan  yüzünün  və  otuzunun  üzərində  təhlil 
aparılır. Morris Svodeş bu məqsədlə 207 baza sözü müəyyən-
ləşdirib və təhlilləri də həmin sölər üzərində quraraq, hətta, dil-
lərin  dəyişməsinin,  ilkin  kökdən  fərqlənməsinin  zamanını  da 
təyin etməyə cəhd göstərir. Qlottoxronologiya nəzəriyyəsini ulu 
dil  məsələsinə  yaxınlaşdıran  cəhət  iki  və  daha  çox  eyni  mən-
şəli  dilin  zaman-zaman  ayrılıb  fərqlənməsindən  ibarətdir.  Bu 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə