Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə8/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

Mübariz Yusifov
24
miyyətin inkişaf etdirilməsi tərəfdarı idisə nə üçün demirdi ki, 
“Bütün ölkələrin intellektləri birləşin!”. Əksinə, o dağıdıcı qüv-
vəni səfərbər etmək üçün “Bütün ölkələrin proletarları birləşin!” 
deyə haray salırdı. Nəticə nə oldu? Marksın proletariat ideyaları 
üzərində qurulan Sovet dövləti dövründə müharibələr, qırğınlar 
baş alıb getdi. Günahsız insanlar məhv oldu. Nəhayət Marksizm 
ideologiyasının yanlış yolunu tutmuş Sovet dövləti iflasa uğradı. 
Marksın dil haqqındakı nəzəriyyəsi də onun cəmiyyət barəsin-
dəki ideyaları kimi özünü doğrultmur. Çünki, Marksa görə “dil 
şüurdur”. Ancaq şüurun dilə çevrilməsi üçün idrak körpüsündən 
təfəkkürə keçid lazımdır. Dil isə təfəkkürün məhsulu kimi for-
malaşır  və  cəmiyyətin  xidmətində  inkişaf  edərək  zənginləşir. 
Marks dili şüurdan o tərəfə aparmadığı kimi, cəmiyyəti də prole-
tariat səviyyəsində görür. Şüurdan təfəkkürə irəliləyişi olmayan 
cəmiyyətdə isə intellektin fəaliyyətindən daha artıq proletariatın 
dağıdıcılıq psixologiyası formalaşır.
Alman təbiətşünası Fridrix Engelsin
 
(1820-1895) dil haqqın-
dakı görüşləri də Marksın sosioloji baxışları ilə üst-üstə düşür. 
Engelsə görə insanlar insanabənzər meymundan əmələ gəlmiş-
dir. Əmək meymunları insana çevirmişdir. Əmək, eyni zamanda, 
dilin yaranmasına səbəb olmuşdur. Bu nəzəriyyədə şüur nəzərə 
alındığı halda şüurun təbiətlə əlaqəsi və onun təfəkkürə münasi-
bəti unudulur. Dil birbaşa cəmiyyətin məhsulu kimi nəzərə alınır. 
Yəni belə çıxır ki, dili cəmiyyətin özü yaradıb. Engels də, əlbət-
tə, ağılsız deyildi və dilin yaranmasının cəmiyyətlə əlaqələndi-
rilməsindən yenə də inqilab qoxusu duyulurdu. Engelsin görüş-
lərində əsas prinsip budur ki, insan cəmiyyəti əməklə formalaşır. 
Cəmiyyət  üzvləri  cəmiyyətə  sərf  etdiyi  əməyin  qarşılığını  ala 
bilmədiyi halda isə onu dəyişdirməyə də qadir olur. Beləliklə, 
söhbət cəmiyyət dilindən gedirsə, onda ibtidai səviyyədəki işarə 
dilindən daha artıq informasiya vasitəsi kimi formalaşmış dildən 


Linqvistik  tipologiya
25
söhbət gedə bilər.  Başqa tərəfdən, heç bir cəmiyyət hələ xüsu-
si bir dil yaratmayıb. Belə olsa idi təfəkkür cəhətdən az inkişaf 
etmiş cəmiyyət dil yaradırdısa nə üçün abstrakt təfəkkürün inki-
şafı dövründə müasir cəmiyyət yeni və başqa dillər yaratmayıb? 
Ona görə ilkin dövrə qayıtdıqda dilin təkcə şüurla əlaqəsini eti-
raf etmək elə bir səmərəli nəticə verməz. 
Dil şüur-təfəkkür və insanla təbiətin münasibətlərinin, hiss 
və duyğunun, qavrayış və idrakın, həmçinin, digər psixofizioloji 
prosesin məhsulu kimi qiymətləndirilməlidir.
Ulu dil nəzəriyyəsi
Dillərin  formalaşmasında  ulu  dil  nəzəriyyəsi  deyilən  bir 
konsepsiya haqqında da müxtəlif fikir və mülahizələr irəli sürül-
müşdür. Ulu dil nəzəriyyəsinin kökündə Platonun təbiət nəzə-
riyyəsi  durur.  Platona  görə  söz  təbiətdəki  əşya  və  hadisələrin 
instinktiv  olaraq  insan  tərəfindən  qavranılması  yolu  ilə  əmələ 
gəlmişdir.  Buradan  belə  çıxır  ki,  dil  insan  toplusunun  təbiətlə 
əlaqə və münasibəti sayəsində yaranmış və sonra insan cəmiy-
yəti artdıqca, çoxaldıqca, yayıldıqca dil də yayılmışdır. Yayıl-
dıqca da dil fərqlənmələri baş vermiş və nəticədə eyni kökdən 
müxtəlif-müxtəlif  müstəqil  dil  budaqları  peyda  olmuşdur.  Bu 
nəzəriyyə daha çox Adəm dili barəsindəki təsəvvürlərə yaxın-
laşır. Adəm dili barədəki şərhlərdə də deyildiyi kimi, “Adəm öz 
övladları ilə (qəbilələrlə) müxtəlif dillərdə danışırmış”. Əslində, 
kökü  dini  kitablardan  başlamış  və  Platonda  təbiət  nəzəriyyəsi 
kimi  ortaya  çıxan  bu  fikir  və  mülahizələr  sonradan  “ulu  dil” 
barədəki  düşüncələrin  yaranmasına  səbəb  olmuşdur.
“Ulu dil” barədəki fikirlər XIX əsrdə müqayisəli tarixi dilçi-
liyin yaranması ilə canlanmışdır. Bu nəzəriyyənin yaranmasında 
Avqust Şleyxerin (1821-1868), Frans Boppun (1791-1867) və 
Rasmus Raskın (1787-1832) mühüm xidmətləri olmuşdur. Bu 


Mübariz Yusifov
26
dövrdə hind-Avropa dillərinin genetik tərkibində və tipoloji qu-
ruluşunda müşahidə edilən oxşarlıqlara görə hətta, dil şəcərəsi 
deyilən bir fikir də formalaşdırılmışdır. Mövcud dillər hansısa 
bir kök dilin budaqları kimi təsvir edilirdi. Bununla da nə za-
mansa budaq dillərin təməlində bir kök (ulu) dilin olduğu iddia 
edilirdi. Sonradan bu “ulu dil” təsəvvürü nəzəriyyəyə çevrilməyə 
başladı. Ancaq onu nəzərə almaq lazımdır ki, Avqust Şleyxerin 
vaxtında dünya dillərinin tipologiyası öyrənilməmişdi. Ona görə 
də Avqust Şleyxerin “ulu dil” haqqındakı fikirləri dünya dillə-
rinə yox, hind-Avropa dillərinə aid idi. 
Ulu dil nəzəriyyəsi XX əsrin əvvəllərində Nikolay Yakov-
leviç Marr (1865-1934) tərəfindən inkişaf etdirilməyə başlamış-
dır. Marrın  ulu dil haqqındakı fikri budur ki, dünya dillərinin 
kökündə SAL, BEN, YON, ROŞ elementləri durur. Ancaq Mar-
rın bu dörd elementin hansı kombinasiyalar üzrə dünya dillərini 
əhatə etməsi barədə inandırıcı, təsdiqedici arqumentləri yoxdur.
1
 
Ulu dil nəzəriyyəsi barədəki fikirlər XX əsrin 60-cı illərində bir 
daha yeniləşməyə başlamışdır. Müxtəlifsistemli dillərin materi-
alları üzrə aparılan müşahidələr onu göstərmişdir ki, bu dillərin 
arasında kök cəhətdən bir-biri ilə üst-üstə düşən müəyyən qrup 
elementlər var. Bu tipli elementlərin mövcudluğu mütəxəssislər-
də belə bir fikir yaratmışdır ki, müxtəlifsistemli dillər arasındakı 
oxşarlıqlar təsadüfi olmayıb ən qədimdəki ulu dilin indiyədək 
saxlanılan elementləridir. Əlbəttə ki, bu zahirdə görünən aldadı-
cı elementlərə görə tezliklə «ulu dil» barədə düşüncələrə dalmaq 
bir qədər də xəyalpərəstlikdir. Çünki bir qrup müştərək sözlərin 
aşkar edilməsi hələ dillərin bir mənbədən törəndiyi barədəki fi-
kirləri təsdiq edəcək səviyyədə deyildir. Ona görə də bu barədə 
deyilən  fikirlər  deyildiyi  kimi  də  yarımçıq  və  təsdiq  olunma-
mış qalmaqdadır. Bu sahədə Vladislav Markoviç İlliç Svitıçın 
1
 Н.Я.Марр. Яфетическая теория. Баку, 1928, с. 7.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə