Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə4/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   53

Mübariz Yusifov
12
rinə çevrilə bilmir? Beləliklə, Diodor şüur və təfəkkür arasında-
kı üzvi əlaqəni nəzərə almadığı üçün  onun əfsanəsi gerçəklik 
kimi yox, xəyali düşüncə kimi qəbul edilməlidir. Onu da inkar 
etmək olmaz ki, insan nə şəkildə yaranmışsa, dünyaya necə gəl-
mişsə bu tamam başqa bir məsələdir. Həqiqət budur ki, insanın 
mayasında şüur olmuşdur. Kimidə az, kimidə çox. Şüur insanın 
təbiətlə təması sayəsində ibtidai təfəkkürdən ali (abstrakt) təfək-
kürə doğru inkişaf mərhələsi keçmişdir. Şüurun təfəkkürə çevril-
məsində idrak prosesi ötrücülük vəzifəsini yerinə yetirir. Məhz 
idrak prosesi insana məxsus keyfiyyət olduğu üçündür ki, bu ke-
çid insanlarda təfəkkürü formalaşdırır. Digər canlılarda isə belə 
bir keçid mövcud deyildir. Ona görə də, məsələn, demək olmaz 
ki, heyvanlarda şüur yoxdur. Heyvanlar da nəyisə duyur, qida-
lanmağa olan ehtiyaclarını ödəyir, dolanacaq yerlərində məskən 
tutur, özünü təhlükələrdən qorumağa çalışır, iy, dad, qoxu, rəng 
kimi hissi anlayışları qavrayır, sözlə təsirlərə reaksiya verir və s.
Ümumiyyətlə götürdükdə, təbiətdə canlı nə varsa onun hər 
birinin bizə məlum olmayan hissi keyfiyyətləri vardır. Bu hissi 
keyfiyyətləri “şüur” adında toplasaq onda bitkinin də, ağacın da, 
“şüur” mühitinə malik olduğu istisna sayılmamalıdır. Bitkilər də 
digər canlılar kimi istiyə, soyuğa, günəşə, küləyə, suya həssas-
dır. Soyuq  havalarda bitkilər sanki yuxuya gedir, istilər düşdük-
də oyanır, çiçək açır, bəhrə verir. Yaxşı qulluq ediləndə bəhrəsi 
bol olur, qulluq görməyənlər isə sanki üz döndərir, solub sara-
lır. Ancaq, əlbəttə ki, bu “şüur” forması idraka çevrilmir və nə 
heyvanlardakı, nə də bitkilərdəki “şüur”da təfəkkür əlamətləri 
görünmür. Heyvanlardakı “şüur” əlamətləri indiyə qədərki ədə-
biyyatda instinkt kimi nəzərə alınır.  İnstinkt termini latın mən-
şəlidir, mənası təhrik etmə, vadar etmə, məcbur etmə kimi başa 
düşülür.  İnstinkt  sözü  psixoloji  vəziyyəti  bildirmək  məqamın-
da,  həmçinin,  qeyri-şüuri  və  qeyri-iradi  olaraq  məqsədəuyğun 


Linqvistik  tipologiya
13
hərəkət etmək və ya iş görmək, məcazi mənada isə duyğu kimi 
mənalandırılır. Ancaq onu da demək lazımdır ki, duyğu varsa onu 
necə qeyri-iradi və ya qeyri-şüuri  adlandırmaq olur? Əlbəttə ki, 
heyvan nəyisə duyursa, nəyəsə meyl göstərirsə, nədənsə çəkinir-
sə onun duyğusunu inkar  etmək də olmaz. Bu mənada heyvanda 
şüurun mövcudluğunu inkar etmək inandırıcı görünmür. İnstinkt 
isə  şüurun  ilkin  mərhələsi  kimi  özünü  göstərir.  Heyvanlardakı 
instinktdən (ilkin şüurdan) insan şüuru onunla fərqlənir ki, hey-
vanların ilkin (ibtidai) şüuru aliyə doğru inkişaf edə bilmir, insan 
şüuru  isə  mərhələli  şəkildə  inkişaf  prosesi  keçirir. Ancaq  necə 
olur ki, ağıllı, müdrik, alim insanlar heyvanlarda şüur olduğunu 
qəbul  etmirlər.  Bunun  ən  optimal  cavabı  budur  ki,  biz  həmişə 
şüuru təfəkkürlə eyniləşdirilmiş şəkildə başa düşmüşük. Heyvan-
larda isə şüuru təfəkkürlə əlaqələndirən psixofizioloji idrak pro-
sesi yoxdur. Ona görə də heyvanlarda üzvlənən səslər formalaş-
mamışdır və onlar hansısa diffuz səslərlə özləri üçün informasiya 
mühiti yarada bilsələr də insan danışığı kimi aydın nitqə malik 
deyillər. Heyvan səsləri (eləcə də quşlar və başqa canlılar) müəy-
yən qorxu, həyəcan, çağırış emosiyalarını ifadə edə bilirlər. Hətta 
o da  mümkündür ki, bir ərazidə yaşayan heyvanların, quşların 
və başqa canlıların “dili” başqa yerlərdəkilər üçün eyni dərəcə-
də anlaşığlı olmasın. Heyvanların özlərinə məxsus informasiya 
mühitinin mövcudluğu zaman-zaman, hətta, insanların beynində 
belə bir təəssürat yaratmışdır ki, onların da öz informasiya dilləri 
vardır.  Bu  təəssüratlar    əfsanələrdən  nağıllara  və  dastanlara  da 
çökmüş və elə hesab edilmişdir ki, quşların, heyvanların dilini 
bilmək insanların bəzilərinə müyəssərdir. Hətta, dahi şair Niza-
minin əsərlərində, “Kəlilə və Dimnə”də, “Min bir gecə”də hey-
vanların və quşların dili barədə maraqlı əhvalatlar vardır.
O da maraqlıdır ki, klassik dövrün böyük şairlərindən biri, 
Nişapurlu Fəriddədin Əttar (1136-1221) “Məntiqüt-teyr” (“Quş-


Mübariz Yusifov
14
ların dili”) adlı Şərqdə məşhur olan bir əsər də yazmışdır. Bu 
əsərin təsiri ilə hətta, böyük özbək şairi, Heratda dünyaya gəlmiş 
Əlişir  Nəvayi  (1441-1506)  də  “Lisanüt-teyr”  (“Quşların  dili”) 
adlı əsər yazmışdır. Hər iki əsər alleqorik janrda olsa da mövzu 
quşların dilinin mövcudluğu barədəki təsəvvürlərin bədiiləşdi-
rilməsi ilə əlaqədardır.
Şüurdan  təfəkkürə  yol  idrak  prosesindən  keçir.  Bu  məna-
da, idrak təfəkkürün dərk edilən yaxınlaşmasından, fikrin bilik-
sizlikdən biliyə doğru istiqamətindən, yarımçıq və mükəmməl 
olmayan bilikdən daha tam, mükəmməl biliyə doğru hərəkətin-
dən ibarət sonsuz bir prosesdir.
1
 İdrakın təfəkkürə çevrilməsi-
ni məntiqi idrakın formalaşması kimi də qiymətləndirmək olar. 
Məntiqi  idrak  hissi  idrakın  gördüyü  işi,  bir  növ  tamamlayır. 
Təfəkkür  prosesinin  özü  də  olduqca  mürəkkəb  bir  sistemdir. 
Təfəkkür  inkişaf  etdikcə  insanın  yaradıcılıq  qabiliyyəti  geniş-
lənir  və  zənginləşir.  Bu  isə  yeni  anlayışların  əmələ  gəlməsini 
şərtləndirir.  Yeni  anlayışların  əmələ  gəlməsi  isə  yeni  sözlərin 
formalaşdırılmasını tələb edir. Beləliklə, dildə sözlərin potensi-
alı artır, dilin struktur tərkibində isə dəyişikliklərin baş verməsi 
labüd olur. Ona görə də dilin tarixi, əlbəttə ki, təfəkkürün forma-
laşması ilə üst-üstə düşür. Hərçənd Marks deyirsə ki, “Dil şüur 
qədər qədimdir”, yaxud, “Dil praktik real şüurdur”, onda şüurla 
təfəkkür arasındakı bağlılıq  qırılmış olur.  Çünki təkcə şüura 
malik olmaq hələ dilə malik olmaq demək deyildir. Əlbəttə ki, 
dil haqqında bəhs etdikdə onu birdən-birə yaradılmış hesab et-
mək olmaz. İnsan dili insanın təbiətlə təmasının və  cəmiyyətdə 
baş verən əlaqələrin bazası üzrə zaman-zaman formalaşmış bir 
fenomendir. İnsanın özünün təkmilləşməsində də ətraf mühitin 
böyük rolu olmuşdur. Məsələn, kim deyir ki, ilk insan nəsli əti 
bişirib yeyib və ya yeyilənlə yeyilməyəndən doğru-dürüst baş 

İdrak-Wikipedia.az. Wikipedia.org (Wiki/ idrak).


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə