Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə7/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   53

Linqvistik  tipologiya
21
sı eyni qayda üzrə birbaşa təqliddən yaranmamışdır. Burada bir 
çox başqa amillər də vardır (görmə, eşitmə, duyğu və hissiyyat, 
hərəkət, zaman, məkan və s.). Onların hamısını isə təqlidolun-
maya həvalə etmək mümkün deyildir. Başqa bir tərəfdən, təbiət 
min illər bundan əvvəl də canlı olub, min illər bundan sonra da 
canlı olaraq qalacaqdır. Təqlidi üsul isə davam edir. Ona görə 
iddia etmək olmaz ki, təqlidi üsulun izləri itdiyinə görə bu yolla 
yaranan sözləri müəyyənləşdirmək imkanları yox olub. Bununla 
belə, təqlidi yolla sözyaratma prosesinə əsaslanan nəzəriyyədə 
doğru olan arqumentləri inkar etmək olmaz. Həqiqətən də təq-
lidi yolla yaranan imitativlər var və bu prosesin özü tamamilə 
itib getməmişdir. Hətta, bəzi dillərdə, xüsusən, köksözlü dillər-
də təqlidi yolla sözyaratma imkanları indi də öz intensivliyini 
saxlayır. Azərbaycan dilinin özündə də 23 samit səsin hamısı, 
demək olar ki, təqlidi sözyaratma prosesində iştirak edir. Cəmi 
10 samit (q, k, g, y, t, d, s, ç, p, b) səs müstəqil sözlərin yaranma-
sında fəal olduğu halda təqlidi sözlərin yaranmasında da onların 
mühüm rolu vardır. Üç səs (ğ, j, r) söz əvvəlində işlənmir, yerdə 
qalan 10 səs isə (x, ş, j, z, l, n, c, f, v, m) təqlidi sözlərin yaran-
masında fəallıq göstərir. Dildə birbaşa təqlidi yolla yaranmayan 
sözlərin kəmiyyəti daha artıq olduğundan səs təqlidi nəzəriyyə-
sini bütövlükdə qəbul etmək mümkün deyildir. Alman alimi Ba-
ron Fridrix Vilhelm fon Humboldt (1767-1835) və fransız dilçisi 
Şarl Balli (1865-1947) bu nəzəriyyənin tərəfdarları və davamçı-
ları olmuşlar. 
Nidalar nəzəriyyəsi
Nidalar  nəzəriyyəsi  XVIII  əsr  fransız  maarifçisi  Jan  Jak 
Russoya (1712-1778) məxsusdur. Russonun fikrincə sözyarat-
ma insanların şiddətli arzusunun nəticəsində baş vermişdir. Bu 
sahədə isə ilkin insanların dili daha səmərəli olmuşdur. Nida-


Mübariz Yusifov
22
lar nəzəriyyəsi  XIX-XX əsrlərdə də davam etdirilmişdir. Onun 
tərəfdarları R.N.Kudryavski (1864-1920), alman filosofu Georq 
Vilhelm Fridrix Hegel (1770-1831) və alman psixoloqu Vilhelm 
Maksimilian Vundt (1832-1920) olmuşlar.
Bu nəzəriyyənin
 
həqiqət tərəfi odur ki, insanlar qorxu, həyə-
can və s. hisslərlə bağlı müəyyən səslər çıxarmışlar. Məsələn, 
tərəddüd bildirmək üçün a…, kədər, ağrı bildirmək üçün ı…., 
heyrət bildirmək üçün o…., etiraz bildirmək üçün e…., etina-
sızlıq bildirmək üçün ə…., sızıltı bildirmək üçün i…., ü…. kimi 
səslərdən istifadə edilməsi istisna sayılmamalıdır. O da istisna 
deyildir  ki,  kök  morfemlərin  formalaşmasında  sait  elementlər 
təşkiledicilik funksiyası daşımışdır. Çünki söz üçün heca lazım-
dır, heca üçün sait səs. Ancaq demək olmaz ki, dilin bütün söz 
tərkibinin formalaşmasında nida elementləri baza rolu oynamış-
dır. Ona görə nidalar haqqındakı bu görüşləri də tam, bitkin və 
mükəmməl bir nəzəriyyə kimi qəbul etmək mümkün deyildir.
Əmək nəzəriyyəsi
Əmək nəzəriyyəsi XIX əsrdə yaranmışdır. Bu nəzəriyyənin 
əsas nümayəndələri alman alimləri Lüdviq Nuare (1829-1870) 
və Karl Buxerdir (1847-1930).
Əmək nəzəriyyəsinə görə insanların əmək nəticəsində çıxar-
dığı  səslər  sözlərin  yaranmasına  səbəb  olmuşdur.  İnsanların 
əməklə bağlı çığırtılarının əsasında əvvəlcə fellər yaranmış, son-
ra isə fellərdən adlar formalaşmışdır. Əmək  nəzəriyyəsinə görə, 
məsələn, al, gəl, get, tut, kəs, vur, çək, qaç, dur, böl, dart kimi 
sözlər əməklə bağlı çığırtıların son nəticəsi kimi formalaşmışdır. 
Ancaq əmək nəzəriyyəsinin tərəfdarları nəzərə almırlar ki, dil-
dəki bütün sözlərin hamısı əmək mənalı deyildir. Belə ki, düşün-
məklə, təfəkkürlə, duyğu ilə, hissiyyatla, emosiya ilə və digər 
fəaliyyətlə bağlı çoxlu sözlər də mövcuddur. Hətta bu nəzəriyyə 


Linqvistik  tipologiya
23
onu da hesaba almır ki, dildə sifət, say, əvəzlik bildirən çoxlu 
sözlər vardır ki, onların əməklə bağlı yaranması barədə hökm 
vermək doğru  deyildir.
Marksizm nəzəriyyəsi
Marksizm nəzəriyyəsinə görə dil və şüur insan cəmiyyəti-
nin formalaşması prosesində yaranmışdır. Yəni dilin formalaş-
masında cəmiyyətin rolu aparıcıdır. Başqa sözlə, dili cəmiyyətin 
özü yaratmışdır. Bu nəzəriyyənin yaranması Alman filosofu və 
iqtisadçısı Karl Marksdır (1818-1883).  Marksın “Alman ideo-
logiyası” (1846) adlı əsərində deyilir ki, “Dil də şüur kimi qə-
dimdir, dil praktik real şüurdur”. Dil insanların ünsiyyət ehtiya-
cından  yaranmışdır.  Əlbəttə  ki,  dilin  yaranması  məsələsini  bu 
qədər sadələşdirmək nə məntiqə uyğundur, nə də dilin formalaş-
ması prosesinə. Marks dili genetik mənşəyinə görə araşdırmır. 
O dilə sosioloji baxımından yanaşır və bu yanaşmada Marksın 
ideoloji baxışları öz əksini tapır. Marks ağılsız adam deyildi ki, 
dilə sosioloji və ideoloji don geyindirirdi. Marksa görə cəmiyyət 
insanlardan ibarətdir, insanlarla birlikdə formalaşır, təkmilləşir 
və insanların tərəfindən də dəyişdirilməyə məhkumdur. Bu, hər 
şeydən əvvəl ideoloji bir konsepsiya idi və buradan inqilab iyi 
gəlirdi. Yəni dili cəmiyyət yaradırsa, onda dəyişdiricilik qüvvəsi 
var. Dilin yaradılmasında və dəyişdirilməsində cəmiyyətin rolu 
olduğu kimi cəmiyyətin dəyişdirilməsi də cəmiyyət üzvlərinin 
ixtiyarına düşür. Marks dili cəmiyyətə tabe etməklə cəmiyyətdə 
bir inqilabçılıq ruhu yaratdığı kimi cəmiyyətin özünü də prole-
tariata tabe edirdi. Proletariat isə həmişə cəmiyyətin ən narazı 
və inqilaba meylli təbəqəsi olmuşdur. Cəmiyyətdə proletariatın 
bir vəzifəsi var. O da dəyişdiricilikdən və dağıdıcılıqdan ibarət-
dir. Marks cəmiyyətdən narazı idi. Odur ki, cəmiyyətdə dəyiş-
diricilik adı ilə dağıdıcılıq ideyalarını təbliğ edirdi. Marks cə-


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə