Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə9/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

Linqvistik  tipologiya
27
(12.09.1934-22.08.1966) tədqiqatları daha çox diqqəti cəlb et-
mişdir. V.M. İlliç Svitıç öz tədqiqatları ilə çox böyük bir məsələ-
ni qabarıqlaşdırır. Ancaq tədqiqatların sonu gözlənilən nəticəni 
vermir. Nəzərə almaq lazımdır ki, dünyadakı insanların hamısı 
eyni yerdə məskunlaşmamışdır. Həm də dillərin hansı məkanda 
yayılmasından asılı olmayaraq onlarda oxşar elementlərin möv-
cudluğu istisna deyildir. Əldə edilən faktlar isə “ulu dil” barədə 
tam bir təsəvvür yaratmaqdan uzaqdır.
1
V.M.İlliç-Svitıçın  istinad  etdiyi  nəzəriyyə  nostratik  dillər 
nəzəriyyəsidir. Nostratika termini XX əsrin əvvəllərində X.Pe-
terson  (07.04.1867-25.11.1953)  tərəfindən  irəli  sürülmüş  və 
Hind-Avropa,  Ural-Altay,  sami-hami  dillərinin  qohumluğunu 
nəzərdə  tutmuşdur.  Əvvəlcə  R.Kollidel  (1814-1891),  sonralar 
isə A.Trombetti (1866-1929) bu sıraya dravid dillərini də əlavə 
etmişlər. A.P.Dolqopolski nostratik dillər sırasına katrvel dilləri-
ni də daxil etmişdir. 1950-ci illərdə, hətta, yunan, çukot, kamçat-
ka, kamçadal dilləri də nostratik dillər sırasına daxil edilmişdir. 
Boris  Aleksandroviç  Serebrennikov  nəinki  təkcə  V.M.İl-
liç-Svitıçın nostratik nəzəriyyəsi barəsindəki fəaliyyətinin məh-
sulunu, həm də ümumiyyətlə nostratik nəzəriyyənin özünü dil-
lərin tarixi köklərinin əmələ gəlməsi barədə şübhə yaradan, hət-
ta onu saxtalaşdıran, təhrif edən, korlayan fikir və mülahizələr 
kimi nəzərə alır.
2
Türk  dillərinin  görkəmli  tədqiqatçılarından  olan A.M.Şer-
bak isə dünya dillərinin müəyyən qrup müştərək sözlər əsasında 
1
В.М.Иллич-Свитыч. Материалы к сравнительному словарью ностра-
ти ческих языков (индоевропейских, алтайских, уральских, дравидских, 
картвельских,  семитохамитских)  “Этимология”  1965,  М.,  1967,  с. 
321;  Йеня  онун:  Древнейшие  индоевропейско-семитские  языковые 
контакты. “Проблемы индоевропейского языкознания”, М., 1964, с. 3-4.
2Борис Александрович Серебренников. Почему трудно верить сто рон-
никам  ностратической  гипотезы-В  журн.  “Вопросы  языкознания”, 
1986, № 3. 


Mübariz Yusifov
28
eyni  mənşədən  törədiyini  irəli  sürən  fərziyyəyə  qarşı  çıxır  və 
təqdim edilən faktların sistem təşkil etmədiyini, ancaq təsadüfi 
olduğunu  göstərir.
1
“Ulu  dil”  məsələsi  ilə  bağlı  sonrakı  tədqiqatlarda  da  bəzi 
fikir  və  mülahizələr  söylənməkdə  davam  etmişdir.
2
“Ulu dil” nəzəriyyəsinin tərəfdarı olan tədqiqatçılar və on-
ların ardıcılları F.Ditsin (1794-1876) və Hüqo Şuxartın (1842-
1927) ardınca gedərək belə bir fikrin üstündə dayanırlar ki, əv-
vəlcə dünya xalqı üçün bir kök dil formalaşıb, sonra isə çarpaz-
laşma,  yayılma,  dialektlərə  bölünmə,  dalğalanma  (bunu  dalğa 
nəzəriyyəsi də adlandırırlar) nəticəsində ayrı-ayrı dillər törəmiş 
və getdikcə onlar müstəqilləşmişlər. Göründüyü kimi, bu fikir 
və mülahizələrdə “ulu dil” məsələsi olduqca sadələşdirilmiş və 
onun bəsit bir məntiqlə sübuta yetirilməsinə cəhd göstərilmişdir.
Azərbaycan  dilçiliyində  də  “ulu  dil”  məsələsinin  pozitiv 
baxımdan izah edilməsi diqqəti cəlb edir. Azərbaycan dilçilərin-
dən Qəzənfər Kazımov “ulu dil” məsələsi ilə əlaqədar deyilən-
ləri, o cümlədən, D.Q.Reder və E.Çerkasovanın “Ən qədim in-
sanların nitqi birhecalı, dəyişməyən və bir-biri ilə bağlanmayan 
sözlərdən ibarət olması” fikrini davam etdirərək belə nəticəyə 
gəlir ki, «Beləliklə, məhdud coğrafi ətrazidə təşəkkül tapan dil 
1
А.М.Щербак.  К  вопросы  об  отдельных  связях  тюркских  языков. 
“Актуальные вопросу сравнительного языкознания”, Л., 1980, с. 150-161.
2
В.П.Нерозняк.  Праязык:  Реконструкция  или  реальность.  “Срав ни-
тельно-историческое  изучение  языков  разных  семей.  Теория  линг-
вис тической  реконструкции”.  М.,  1988,  с.  26-43;  А.С.Мельничук. 
О  всеобщем  родстве  языков  мира.  “Вопросы  языкознания”,  1991, 
№2, с. 27-42; “Вопросы языкознания”, 1991, № 3, с. 46-65; О.Коваль. 
Назначении в поэтику общность теории языка и теории искусства в 
свете художественной семиотики. “Критика и семиотика”, Харьков, 
вып.  М.,  2007,  с.  5-46;  Хараева  Лариса  Ханбиевна.  Когнитивное 
моделирование  этимологических  гнезд  в  разносистемных  языках. 
Автореф.  докт.  дисс.,  Махачкала,  2007.


Linqvistik  tipologiya
29
ibtidai  insan  dəstələrinin  ilkin  adlandırma  və  fərdi  dil  xüsu-
siyyətləri ilə fərqlənsə də tədricən vahid dil kimi ümumiləşmə 
prosesi keçmişdir. Biz bunu ulu dil adlandırırıq. 35-40 min il-
lik müddət ərzində ulu dil tam təşəkkül tapmış, mürəkkəbləşmə 
istiqamətində böyük inkişaf yolu keçmiş, sonrakı minilliklərdə 
miqrasiyaların çoxalması ilə parçalanma başlamış, tədricən ilkin 
forma-quruluş etibarı ilə bir-birindən fərqlənən və gələcək dil 
ailələrinin başında duran protodilləri doğurmuşdur”.
1
Müxtəlifsistemli  dillərdə  oxşar  əlamətlərin  müəyyənləşdi-
rilməsi  əsasında  onların  ulu  qohumluğunun  sübut  edilməsinə 
həsr olunmuş çoxlu sayda tədqiqatlar mövcuddur. Bu əsərlərdə 
hansısa meyl təqiqatçını bəzi oxşarlıqlara görə daim “ulu dil” 
məsələsinə yönəldir. Tatar dilçisi Abrar Karimulin  (1925-2000) 
hindu dillərinin türk dillərinin müqaysəsinə aid 8 sözü nümunə 
gətirir: kan (siu dakoto) kan (qan) (türk), min (siu daktoto) ben
mənmin (türk), kull (maya) (əlini qaldırmaq) kolkulqol (türk), 
ti (maya) tişdiş (türk), u (maya) Ay (Ay) (türk), bil (maya) bel-
gu, belu (tat), bil (türk), ike (maya), (siu doktoto) ikeiki (türk), 
por (keçua) ört (türk) pört (yanmaq).
2
Hindu  dilləri  ilə  türk  dilləri  arasında  bu  tipli  paralellərin 
olması barədəki fikirlər haqqında rəy yazan müəlliflər belə nü-
munələrə əsasən hətta hinduları və türkləri vahid ulu dil mənşəli 
bir etnogenez kimi qələmə verməyə cəhd göstərirlər. Zamir Oso-
rov “Kirqizı i indoevropeyüı” adlı əsərində
3
 göstərir ki, Abrar 
Karimulin (1819-1908) Amerika dilçisi Fredrik Lyuis Otto Re-
riqin fikirlərini davam etdirərək hindu və Ural-Altay dilləri ara-
1
Д.Г.Редер, Е.Черкасова. История древнего Мира. М., “Просвещение”, 
1955,  с.  34-35;  Q.Kazımov.  Azərbaycan  dilinin  tarixi.  Bakı,  2009,  I  fəsil. 
Dünya  dillərinin  qohumluğu.  Monogenez.  s.  11-12. 
2
Ю.Д.Арепьев,  А.В.Маловичко.  “Комментарии  о  книге  Абрара  Карим-
уллина. Прототурки и индейцы Америки. По следем одной гипотезы”. 
лащ.  ру
.  техт/арепйев/линэ.щтм.
3
Замир Осоров. Киргизы и индейцы. www. проза. ру (рор/0328/1437.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə