Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə6/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   53

Mübariz Yusifov
18
mutasiyanın həqiqət kimi əsaslandırılmasına cəhd göstərilir. Tə-
kamülü isə mutasiya ilə qarışdırmaq olmaz. Təkamül mövcud 
olan həqiqətdir, təbiət hadisələrinin, şüurun, ağılın, təfəkkürün 
və cəmiyyət hadisələrinin ibtidaidən aliyə doğru inkişaf prose-
sidir. Mutasiyanın isə həqiqətlə bağlı heç bir mənbəyi və təməli 
yoxdur. Mutasiya barədəki düşüncələr də xəyaldır, illüziyadır, 
əfsanədir. Doğrudur, nağıllarda, folklor ədəbiyyatında mutasiya 
təsəvvürü ilə əfsanələrə rast gəlmək olur. Ancaq bunun həqiqətə 
uyğunluğu  yoxdur.  Hətta,  Quranda  insanların  əməllərinə  görə 
ayrı-ayrı şəkillərə düşə biləcəyi barədə hökmlər vardır (“Əraf” 
(7), 116; 179; “Məhəmməd” (47), 12; “Yasin” (36) 67.
Fuzulinin bir beytində də belə deyilir:
O qəmlər kim, mənim vardır, bəirin başına qoysan
Çıxar kafir cəhənnəmdən, gülər əhli-əzab oynar.
“Mənim  o  qədər  qəmim  vardır  ki,  onları  dəvənin  başına 
qoysan,  dəvə  kədərdən  incəlsə  (“Əraf”  surəsi,  40-cı  ayə),  iy-
nənin gözündən keçsə, o zaman kafir cəhənnəmdən çıxa bilsə 
(kafir o zaman cəhənnəmdən çıxa bilər ki, dəvə incəlib iynənin 
gözündən keçsin) onda əhli-əzab (bu dünyada kafirlərdən əzab 
görənlər (“Bəqərə” surəsi, 15-ci ayə) onları it, meymun və digər 
əcaib şəkillərdə görüb gülüb istehza edib oynayarlar”. 
Göründüyü kimi, Quranda da mutasiya barəsindəki işarələr 
əslində həqiqi bir təkamül kimi yox, zahiri yox, batini təsəvvür 
mənasında çatdırılır. Yəni insanların bəziləri öz əməllərinə görə 
zahirdə insan sifətində görünsələr də batində onlar xaraktercə it 
kimi, donuz kimi, tülkü kimi, ilan kimi və digər əcayib heyvan 
sifətində olurlar.
İnsanın,  heyvanın,  quşların,  bitkilərin  hamısının  mənbə-
yinin torpaq olduğu şübhə ilə qarşılanmır. Ancaq necə olur ki, 


Linqvistik  tipologiya
19
milyon illər bundan əvvəl torpaqdan yaranan məxluqlar təzələn-
mir? Yəni torpaqdan yeni məxluqlar çıxmır? Məsələnin kökü də 
bundadır ki, dilin yaranmasına aid proqnoz vermək də bu suala 
cavab vermək qədər çətindir. Ancaq bəzi müqayisələrə də mü-
raciət etmək olar. Məsələn, məlumdur ki, bütün dünya dilləri ən 
ilkin mərhələdə birhecalı köklər üzərində bərqərar olub. Hazırda 
birhecalılığı  saxlayan  və  birhecalılıqdan  tədricən  ikihecalılığa 
doğru inkişaf edən dillər də (Çin-tibet) vardır. Ancaq nə birhe-
calı dillərdə nə də başqa dillərdə (o cümlədən, türk dillərində) 
yeni birhecalı kök morfemlər yaranmır. Bunu belə mülahizə et-
mək olur ki, birhecalı dillərdə sözlər istənilən qədərdir, onlarda ya 
daxili quruluş dəyişmələri ilə, ya məcazlaşma ilə ya da tonallıqla 
yeniləşmə baş verir. Üstəlik də ikihecalılığa doğru meylin baş ver-
məsi də müşahidə edilir. Başqa dillərdə isə birhecalılıq mərhələsi 
artıq öz dövrünü başa çatdırıb, daha intensiv sözyaratma üsulları 
(leksik, morfoloji, sintaktik) formalaşıb. Görünür, insanın və di-
gər canlıların (o cümlədən, bitkilərin) yaranması üçün böyük bir 
təbiət hadisəsi baş verib, zaman-zaman canlı orqanizmlər, flora 
və fauna formalaşıb. Bu dövr başa çatdığı üçün öz izlərini də giz-
lədib. Ona görə də həmin prosesi dərk etmək müasir insan üçün 
əlçatmaz bir vəziyyətə düşüb. Bunun nəticəsi olaraq, məsələn, in-
sanın yaradılışı müəmmalı qaldığı kimi, dilin yaranması da sirli 
bir şəkildə qalmaqdadır. Daha doğrusu, hər şey göz qabağındadır, 
flora da, fauna da, insan da, digər orqanizmlər də. Eyni zamanda 
hər an istifadə etdiyimiz dil də. Ancaq bu dilin yaranmasındakı 
sirr nədir? Bax bu müəmmalı, şübhəli, natamam nəzəriyyələrdə, 
fərziyyələrdə, uydurmalarda qalmaqdadır.
Səs təqlidi nəzəriyyəsi
Səs  təqlidi  nəzəriyyəsi  XVII  əsrdə  yaranmışdır.  Bu  nəzə-
riyyənin müəllifi alman alimi Qotfrid Vilhelm Leybnits (1646-


Mübariz Yusifov
20
1716) olmuşdur. Leybintsin irəli sürdüyü bu nəzəriyyəyə görə 
dil  təbiətdə  olan  səslərin  insan  tərəfindən  qavranılaraq  təqlid 
edilməsi  yolu  ilə  yaranmışdır.  Səs  təqlidi  nəzəriyyəsində  əsas 
fikir bundan ibarətdir ki, hələ dil olmayan zamanlarda insanlar 
təbiətdəki  səsləri  yamsılamaqla  dil  yaratmışlar. 
Leybinits öz fikirlərini onunla əsaslandırmağa çalışır ki, ha-
zırda  mövcud  olan  köksözlü  dillərdə  təqlidi  yolla  sözyaratma 
üsulu  qalmaqdadır.  Leybnitsin  bu  fikri  Çin-Tibet  dillərinə  aid 
müvafiq nümunələrdə öz təsdiqini tapır. Ancaq onu da demək 
lazımdır ki, belə bir üsul başqa dillərə məxsus olan təqlidi söz-
lərdə də mövcuddur. Məsələn, Azərbaycan dilindəki tap(pıltı), 
tıq(qıltı), şaq(qıltı), hop(pan), tap(daq), çal(xala), sil(kələ), yır(-
ğala), çağ(ır), çığ(ır), hay(qır), hön(kür) kimi sözlərin köklərin-
də təqlidilik var. Onu da hətta, qeyd etmək olar ki, təqlidi yolla 
sözyaratmada birhecalı kök morfemlərin formalaşmasının izləri 
qalmaqdadır. Bu üsul davam etdikcə birhecalı köklərin forma-
laşmasının izləri də
 
saxlanacaqdır. Yəni birhecalı kök sözlərin 
formalaşması  prosesi  öz  dövrünü  artıq  çoxdan  başa  çatdırmış 
olsa  da  onun  izləri təqlidi sözlərdə saxlanılır. Ancaq  dildə bir 
çox digər birhecalı sözlər də vardır ki, onlarda təqlidiliyin iz-
lərini tapmaq olmur. Məsələn, diz, əl, göz, baş, dağ, çöl, ət, ot, 
yay, yaz, daş, diş, bir, beş, yüz və bunun kimi yüzlərlə sözlər var-
dır ki, onlarda təqlidi yolla sözyaratmanın izlərini aşkar etmək 
mümkün  deyildir. 
Leybnits, əlbəttə ki, bu cür sözləri də nəzərə alır və diqqə-
ti  qaranlığa  yönəldir.  Leybnitsə  görə  belə  sözlər  də  təqliddən 
yaranmışdır. Ancaq  onların  yarandığı  zaman  artıq  bizdən  çox 
geridə  qalmış  və  onlarda  ilkin  təqlidiliyin  izləri  çoxdan  itiril-
mişdir. Əlbəttə ki, bu motivi həqiqətiə uyğunlaşdırmaq olmur. 
Çünki bütün sözlərin mənbəyi təbiətlə, ətraf maddi aləmin dərk 
olunması ilə, insan və ətraf mühitlə bağlı olsa da sözlərin hamı-


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə