Mübariz Yusifov
158
dəki zor, zir, zr kimi adekvatlarda müşahidə etmək olur: надзор
(nəzarət etmə, göz yetirmə), надзирать (nəzarət etmək, göz ye-
tirmək), надзиратель (nəzarətçi, gözətçi, baxıcı); подзорный
(müşahidə), зоркий (itigözlü, itigörən), зоркость (itigözlülük),
зрак (nəzər, baxış), зрачок (göz bəbəyi), зрение (görmə, göz),
зритель (tamaşaçı) və s.
Bu nümunələrin müqayisəsi əsasında, zir tərkibinin Azər-
baycan dilindəki müvafiq sinonim adekvatını da tapmaq olur.
Məsələn, Azərbaycan dilindəki zil sözünü bu mənada zir ele-
menti ilə müqayisə etmək olar. Bu söz sinkretik bir tərkibdir.
Anlayış etibarı ilə zil sözünü tünd (zil qara, qaranlıq, zil səs)
kimi mənalandırmaq olar. Zil sözü, həmçinin, zillənmək sözünün
kökü kimi də işlənir. Zillənmək sözü bir qayda olaraq gözünü
zilləmək, gözünü zilləyib baxmaq ifadələrində diqqətlə baxmaq
mənası bildirir. Bu mənada, müxtəlifsistemli dillərin müqayisəsi
üzrə zir tərkibinin Azərbaycan dilinin özündə də müvafiq adek-
vatı olduğunu müəyyənləşdirmək mümkün olur.
Kök- şəkilçi tərkibli sözlərdə müştərək elementlərə dair
nümunələrin sayını daha diqqətli təhlil sayəsində artırmaq da
mümkündür. Ancaq bu təhlillərdən məqsəd belə bir faktı aşka-
ra çıxarmaqdır ki, dillərarası oxşarlıqlar bütün dillərin arasın-
da tam paralelliklə müşayiət olunmur. Ona görə ki, müştərək
elementlərin mövcudluğu heç də ulu dilin haradasa dilin dərin
qatlarında öz izlərini gizli saxlaması fikrinə bəraət qazandırmır.
Çünki insanın hər cür münbit şəraitdə, əlverişli mühitdə yaşa-
ması ehtimalı öz-özlüyündə ulu dil barədəki fikirləri və ulu dilin
mövcudluğu ilə bağlı bütün nəzəriyyələri istisna edir.
Linqvistik tipologiya
159
Dillərarası paralel müştərəklik
Paralel müştərəklik samitlərin söz əvvəlindəki şaquli ke-
çidləri üzrə fərqlənən sözlərdə müşahidə edilir. Şaquli keçidlər
dilarxası, dilortası, dil-diş və dodaq səs yuvalarındakı samitlə-
rin arasında baş verən fərqlənmələr kimi nəzərə alınır. Şaquli
keçidlərə həm qohum dillərin, həm də qohum olmayan dillərin
materiallarında rast gəlmək olur. Şaquli keçidlər üzrə sözlərin
formalaşmasında dillərin leksik-semantik inkişaf prosesi aparı-
cılıq təşkil edir. Bəzən şaquli keçidlərin formalaşması ayrı-ayrı
tədqiqatlarda dillərin ayrılaraq dialekt səciyyəli fərq yaratması
prosesinin nəticəsi kimi qiymətləndirilir. Firudin Cəlilov yazır
ki, Hind-Avropa dilləri k/s paralelliyini əks etdirən “yüz” sözü-
nün formasına əsasən kentum (k) və satem (s) dillərinə (dialekt-
lərinə) ayrılır. Məsələn, ürək sözünün kard (kett), serd (slavyan)
variantları k/s paralelliyini əks etdirir. Maraqlıdır ki, “satem-
ləşmənin” vaxtı eradan neçə min il əvvəl, arealı isə Rusiyanın
cənubu hesab olunur.
1
Dillərdə zaman-zaman areal fərqlənmələri, əlbəttə ki, nitq
prosesində dəyişiklik baş verməsinə səbəb olan əsas amillərdən
biri hesab edilə bilər. Ancaq belə fərqlər daha çox nitqə görə baş
verdiyi üçün onları areal dəyişmələri kimi nəzərə almaq müm-
kündür. Areallarda dialekt fərqi kimi baş verən dəyişmələrin ba-
zası isə üfüqi keçidlərdən ibarətdir. Məsələn, türk dillərində kız-
qız-xer; yılan-çılan-tılan, yumurta-çuurta-sımııt; Azərbaycan
dilinin özündə: qoca-qoja, tər-dər, şillə-sillə, bunu-munu-muyi,
düyü-dügi və s. sözlərdə olduğu kimi.
Firudin Cəlilov türk –rus dilləri üzrə müəyyən etdiyi
1
О.Смереньи. Введение в сравнительное языкознание. М., 1980, с. 164;
F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1989, s. 111.
Mübariz Yusifov
160
köpək-sobaka, kəfən-savan, kırk-sorok kimi paralelləri nümunə
gətirərək yazır ki, “Bu cür paralelləri təsadüfi oxşarlıq və ya
Azərbaycan və türk dillərində işlənən kino-sinema, siklop-kik-
lop, silindr-kilender tipli eyni sözün müxtəlif dillərdən, müxtəlif
mənbələrdən (məsələn, kedr-sidr ağacı) alınmış forması kimi
qiymətləndirmək olardı, lakin türk mənşəli sözlərin də ayrı-ayrı
türk dilləri üzrə k-s fərqi ilə yayılması, yəni kemik-sümük tipli
paralellərin varlığı və belə paralellərin hətta, eyni dildə işlən-
məsi faktı göstərir ki, hind-Avropa dillərində olduğu kimi, türk
dillərində də qədim k-s fərqi olmuşdur”.
1
Göstərilən nümunələr ciddi faktlardır. Ancaq onu da nəzərə
almaq lazımdır ki, dialekt faktı kimi, bir qayda olaraq, nitq də-
yişmələri nəzərə alınır. Paralel keçidlər üzrə formalaşan sözləri
isə dilin leksik-semantik inkişafında müvafiq rolu olan sinonim-
ləşmənin qədim izlərindən biri kimi də nəzərə almaq olar. Doğ-
rudur, dillərarası xüsusi leksik vahidlərin yaranmasında dife-
rensiallaşma prosesinin mühüm rolu vardır. Ancaq onu da etiraf
etmək lazımdır ki, qohum dillər arasında paralel keçidli sözlərin
baş verməsi sinonimliyə aparan yollardan biri olmuşdur. Müxtə-
lifsistemli dillərdə paralel keçidli sözlərin baş verməsi də dil-
lərin leksik-semantik inkişafını göstərən proseslərdən biri kimi
qiymətləndirilə bilər.
Türk dilləri nümunəsində paralel keçidlərlə səciyyələnən
aşağıdakı kimi dil faktlarını misal göstərmək olar:
K (q, x) – s: koyun (türk, qaq.), qoyun (Azərb. türkm.), xoy
(xak), sarık (tat.).
K-s: kemik (türk. qaq.), sümük (Azərb.); kar (Azərb.), keren
(qaq.qırğ.), sağır (türk).
K- (q) – p (v): kurt (türk), qurd (Azərb.), püüz (xak.), börü
(tuv.), buri (özb.), büre (tat).
1
F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1989, s. 111-112.
Dostları ilə paylaş: |