Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə48/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

Mübariz Yusifov
158
dəki zor, zir, zr kimi adekvatlarda müşahidə etmək olur: надзор 
(nəzarət etmə, göz yetirmə), надзирать (nəzarət etmək, göz ye-
tirmək),  надзиратель  (nəzarətçi,  gözətçi,  baxıcı);  подзорный 
(müşahidə), зоркий (itigözlü, itigörən), зоркость (itigözlülük), 
зрак (nəzər, baxış), зрачок (göz bəbəyi), зрение (görmə, göz), 
зритель (tamaşaçı) və s.
Bu  nümunələrin  müqayisəsi  əsasında,  zir  tərkibinin Azər-
baycan  dilindəki  müvafiq  sinonim  adekvatını  da  tapmaq  olur. 
Məsələn, Azərbaycan  dilindəki  zil  sözünü  bu  mənada  zir  ele-
menti  ilə  müqayisə  etmək  olar.  Bu  söz  sinkretik  bir  tərkibdir. 
Anlayış  etibarı  ilə  zil  sözünü  tünd  (zil  qara,  qaranlıq,  zil  səs) 
kimi mənalandırmaq olar. Zil sözü, həmçinin, zillənmək sözünün 
kökü kimi də işlənir. Zillənmək sözü bir qayda olaraq gözünü 
zilləmək, gözünü zilləyib baxmaq ifadələrində diqqətlə baxmaq 
mənası bildirir. Bu mənada, müxtəlifsistemli dillərin müqayisəsi 
üzrə zir tərkibinin Azərbaycan dilinin özündə də müvafiq adek-
vatı  olduğunu  müəyyənləşdirmək  mümkün  olur.
Kök-  şəkilçi  tərkibli  sözlərdə  müştərək  elementlərə  dair 
nümunələrin  sayını  daha  diqqətli  təhlil  sayəsində  artırmaq  da 
mümkündür. Ancaq bu təhlillərdən məqsəd belə bir faktı aşka-
ra  çıxarmaqdır  ki,  dillərarası  oxşarlıqlar  bütün  dillərin  arasın-
da  tam  paralelliklə  müşayiət  olunmur.  Ona  görə  ki,  müştərək 
elementlərin mövcudluğu heç də ulu dilin haradasa dilin dərin 
qatlarında öz izlərini gizli saxlaması fikrinə bəraət qazandırmır. 
Çünki insanın hər cür münbit şəraitdə, əlverişli mühitdə yaşa-
ması ehtimalı öz-özlüyündə ulu dil barədəki fikirləri və ulu dilin 
mövcudluğu ilə bağlı bütün nəzəriyyələri istisna edir. 


Linqvistik  tipologiya
159
Dillərarası  paralel  müştərəklik
Paralel  müştərəklik  samitlərin  söz  əvvəlindəki  şaquli  ke-
çidləri üzrə fərqlənən sözlərdə müşahidə edilir. Şaquli keçidlər 
dilarxası, dilortası, dil-diş və dodaq səs yuvalarındakı samitlə-
rin  arasında baş verən fərqlənmələr kimi nəzərə alınır. Şaquli 
keçidlərə həm qohum dillərin, həm də qohum olmayan dillərin 
materiallarında rast gəlmək olur. Şaquli keçidlər üzrə sözlərin 
formalaşmasında dillərin leksik-semantik inkişaf prosesi aparı-
cılıq təşkil edir. Bəzən şaquli keçidlərin formalaşması ayrı-ayrı 
tədqiqatlarda dillərin ayrılaraq dialekt səciyyəli fərq yaratması 
prosesinin nəticəsi kimi qiymətləndirilir. Firudin Cəlilov yazır 
ki, Hind-Avropa dilləri k/s paralelliyini əks etdirən “yüz” sözü-
nün formasına əsasən kentum (k) və satem (s) dillərinə (dialekt-
lərinə) ayrılır. Məsələn, ürək sözünün kard (kett), serd (slavyan) 
variantları  k/s    paralelliyini  əks  etdirir.  Maraqlıdır  ki,  “satem-
ləşmənin” vaxtı eradan neçə min il əvvəl, arealı isə Rusiyanın 
cənubu hesab olunur.
1
Dillərdə zaman-zaman areal fərqlənmələri, əlbəttə ki, nitq 
prosesində dəyişiklik baş verməsinə səbəb olan əsas amillərdən 
biri hesab edilə bilər. Ancaq belə fərqlər daha çox nitqə görə baş 
verdiyi üçün onları  areal dəyişmələri kimi nəzərə almaq müm-
kündür. Areallarda dialekt fərqi kimi baş verən dəyişmələrin ba-
zası isə üfüqi keçidlərdən ibarətdir. Məsələn, türk dillərində kız-
qız-xer;  yılan-çılan-tılan,  yumurta-çuurta-sımııt;  Azərbaycan 
dilinin özündə: qoca-qoja, tər-dər, şillə-silləbunu-munu-muyi, 
düyü-dügi və s. sözlərdə olduğu kimi.
Firudin  Cəlilov  türk  –rus  dilləri  üzrə  müəyyən  etdiyi 
1
 О.Смереньи. Введение в сравнительное языкознание. М., 1980, с. 164; 
F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1989, s. 111. 


Mübariz Yusifov
160
köpək-sobaka, kəfən-savan, kırk-sorok kimi paralelləri nümunə 
gətirərək  yazır  ki,  “Bu  cür  paralelləri  təsadüfi  oxşarlıq  və  ya 
Azərbaycan və türk dillərində işlənən kino-sinema, siklop-kik-
lop, silindr-kilender tipli eyni sözün müxtəlif dillərdən, müxtəlif 
mənbələrdən  (məsələn,  kedr-sidr  ağacı)  alınmış  forması  kimi 
qiymətləndirmək olardı, lakin türk mənşəli sözlərin də ayrı-ayrı 
türk dilləri üzrə k-s fərqi ilə yayılması, yəni kemik-sümük tipli 
paralellərin varlığı və belə paralellərin hətta, eyni dildə işlən-
məsi faktı göstərir ki, hind-Avropa dillərində olduğu kimi, türk 
dillərində də qədim k-s fərqi olmuşdur”.
1
Göstərilən nümunələr ciddi faktlardır. Ancaq onu da nəzərə 
almaq lazımdır ki, dialekt faktı kimi, bir qayda olaraq, nitq də-
yişmələri nəzərə alınır. Paralel keçidlər üzrə formalaşan sözləri 
isə dilin leksik-semantik inkişafında müvafiq rolu olan sinonim-
ləşmənin qədim izlərindən biri kimi də nəzərə almaq olar. Doğ-
rudur,  dillərarası  xüsusi  leksik  vahidlərin  yaranmasında  dife-
rensiallaşma prosesinin mühüm rolu vardır. Ancaq onu da etiraf 
etmək lazımdır ki, qohum dillər arasında paralel keçidli sözlərin 
baş verməsi sinonimliyə aparan yollardan biri olmuşdur. Müxtə-
lifsistemli dillərdə paralel keçidli sözlərin baş verməsi də dil-
lərin leksik-semantik inkişafını göstərən proseslərdən biri kimi 
qiymətləndirilə bilər.
Türk  dilləri  nümunəsində  paralel  keçidlərlə  səciyyələnən 
aşağıdakı  kimi  dil  faktlarını  misal  göstərmək  olar:
K (q, x) – s: koyun (türk, qaq.), qoyun (Azərb. türkm.), xoy 
(xak), sarık (tat.).
K-s: kemik (türk. qaq.), sümük (Azərb.); kar (Azərb.), keren 
(qaq.qırğ.), sağır (türk).
K- (q) – p (v): kurt (türk), qurd (Azərb.), püüz (xak.), börü 
(tuv.), buri (özb.), büre (tat).
1
F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1989, s. 111-112. 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə