Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə52/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

Mübariz Yusifov
170
olunur. Qışın motivi soyuqluqdur. Bu mənada ingilis dilindəki 
winter (qış) sözü zima və zimistan (zemestan) sözü ilə ümumi 
motivləşməyə daxil olmur. Lakin ingilis dilindəki cold (soyuq) 
sözü qışzima və zimistan (zemestan) sözlərinin ümumi moti-
vinə daxil olur. Qış sözü çuvaş dilində xel şəklində ifadə olunur. 
Bu mənada çuvaş dilindəki xel (soyuq, qış) sözü ingilis dilindəki 
cold (soyuq) sözü ilə həm quruluşca, həm də mənaca yaxınlaşır. 
Azərbaycan dilində qışın soyuqluq motivi ilə bağlılığı sim 
(simləmək, soyuqdan xəstəliyə tutulmaq) sözündə ifadə olunur. 
Ümumi halda sim, qış, zima, xel sözlərinin soyuqluq (cold) anla-
yışı üzrə motivləşməsi müşahidə edilir. Müxtəlifsistemli dillərdə 
sözlərin motivləşmə bazasında formalaşmasına dair nümunələr, 
əlbəttə  ki,  burada  təhlil  edilənlərdən  qat-qat  çoxdur.  Motiv-
ləşmiş  sözlərin  təhlilindən  də  göründüyü  kimi,  bütün  sözlərin 
heç də hamısı quruluş və məna üzrə bir-birinin üstünə düşmür. 
Motivləşmiş  sözlərin  mövcudluğu  da  onu  göstərir  ki,  dillərdə 
ayrı-ayrı quruluş üzrə yaranmış sözlərin bir qisminin kökündə 
oxşar anlayışlar durur. Oxşar motivlərin mövcudluğu insan və 
təbiət  əlaqələrinin  idrak  prosesində  oxşar  imitasiyalara  çevril-
məsinin nəticəsidir. Oxşar imitasiyalar isə motivasiya cəhətdən 
uyğun gələn vahidlərin formalaşmasına səbəb olur. Bütövlükdə 
isə müxtəlifsistemli dillərdə özünəməxsus müştərək elementlə-
rin baş verməsi “ulu dilin” mövcudluğu ilə deyil, geniş məna-
da,  təfəkkür  tipologiyasına  məxsus  universaliyaların  meydana 
çıxardığı sözyaratma prosesinin bir nümunəsi kimi qiymətlən-
dirilə bilər. 


Linqvistik  tipologiya
171
Nəticə
1. Müxtəlifsistemli dillərdə genetik müştərəklik biristiqamət-
li deyildir. Genetik müştərəklik həm təkhecalı tərkibdəki, həm 
fleksiyalaşmış variantdakı və həm də kök - şəkilçi vəhdətindəki 
vahidlərdə  müşahidə  olunur.  Bununla  yanaşı,  müxtəlifsistemli 
dillərdə, həmçinin, samitlərin şaquli istiqmətdəki keçidləri üzrə 
formalaşan paralel müştərəklik və motivasiya əsasında yaranmış 
oxşarlıq  nümunələri  mövcuddur.  Dillərin  tipoloji  quruluşunun 
öyrənilməsi  məsələləri  dərinləşdikcə  hətta,  əlavə  müştərəklik 
nümunələrinin də müəyyənləşdirilə biləcəyi istisna deyildir.
2.  Müxtəlifsistemli dillərdə genetik müştərəklik məsələlə-
ri araşdırıldıqca ortaya çıxarılan nümunələrin arasında tipoloji 
fərqlər  üzrə  məhdudiyyət  qoymaq  mümkün  olmur.  Çünki  ən 
qədim  dövrlərdə  dillərin  formalaşması  nitq  səslərinin  üzvlən-
məsi  və  təkamülü  əsasında  ilkin  birhecalı  köklərin  yaranması 
prosesinin içərisindən keçir. Buna görə də indiki dillərin kök-
sözlülüyündən,  aqlütinativliyindən,  analitik-flektivliyindən  və 
ya  polisintetik  (inkorporlaşan)  quruluşundan  asılı  olmayaraq 
genetik köklər arasında quruluş və anlayış üzrə müştərəkliklər 
müşahidə edilir. Bu o deməkdir ki, ayrı-ayrı ərazilərdə məskun-
laşmış insanların dillərinin bünövrəsi təkhecalılıqdan başlamış, 
sonrakı mərhələlərdə isə dillərin ictimai, sosial, siyasi, iqtisadi 
resurslar məkanı onların formalaşma istiqamətlərində divergen-
siya baş verməsinə səbəb olmuşdur. Nəticədə dillər bir-birindən 
fərqlənməyə başlamış, xüsusiləşmiş və yazıdan sonrakı proses-
də hər bir dil üçün özünəməxsus icbari normalar tətbiq edilməyə 
başlamışdır.
3.  Tipoloji cəhətdən fərqlənən dillərdə oxşar və müştərək 
əlamətlərin  mövcudluğu  onların  hamısının  bütövlükdə  eyni 


Mübariz Yusifov
172
mənşədən, bir “ulu kök dildən” törəməsinə dəlalət eləmir. Çünki 
heç cür belə bir iddiaya bəraət qazandırmaq mümkün deyildir 
ki, dil haradasa böyük yer kürəsinin bir nöqtəsində yaranıb və 
oradan da zaman-zaman insanların geniş ərazilər boyunca yayıl-
ması baş verib. O iddianı da əsaslandırmağa kifayət qədər dəlil 
tapmaq mümkün deyildir ki, genetik müştərəkliyin səbəbi (və 
ya səbəblərindən biri) dillərin tarixi çarpazlaşması, kontaktı və 
miqrasiyaların baş verməsinin nəticəsidir. Söhbət ibtidai dildən 
gedirsə ibtidai insan barədə düşünmək lazım gəlir. Əgər dil ibti-
dai formada səslərdən, imitasiyalardan, çağırış elementlərindən 
və nəhayət birhecalı köklərdən ibarət olmuşsa bu o deməkdir ki, 
ilkin insan təfəkkürünün özü ibtidai şəkildə mövcud olmuşdur. 
Bu halda, ibtidai insan hansı üsulla, hansı texniki vasitələrdən 
istifadə  edə-edə  keçilməz  dağları,  meşələri,  çölləri,  səhraları 
dolaşıb dünya üzünə yayıla bilərdi və ya dənizlərdəki, okean-
lardakı ağlagəlməz münbit şəraiti olan adalarda yerləşə bilərdi? 
Bunlar ibtidai insanların təbiəti dərketmə səviyyəsi ilə uyğunla-
şa bilməyən reallıqlardır. Ancaq arxtarıldıqda, tədqiq olunduqda 
təsəvvürə  gəlməyən  yerlərdə  yaşayan  və  həm  də  qəbilə-tayfa 
ənənələrini yaşadan insanların dilləri ilə, o cümlədən ölüb get-
miş dillərin elementləri ilə müasir dillər arasında genetik müş-
tərəkliklərin  mövcudluğunu  təsdiq  etmək  çətinlik  törətməz. 
Məsələ bundadır ki, mövcud nəzəriyyələrin hər birində dillərin 
yaranması ilə bağlı pozitiv fikirlər olsa da onların heç birində 
müştərək elementlərin mövcudluğunun səbəblərini tam şəkildə 
izah edə biləcək arqumentlər tapıla bilmir.
4.  Dillərin  necə  yaranması  məsələsinin  şərhi  əlbəttə  ki, 
asanlıqla həll edilə bilməyən bir sahə olduğundan indiyədək bu 
barədə bir-birindən fərqli fərziyyə və mülahizələr irəli sürülmüş-
dür.  Dillərin  yaranması  məsələsi  birbaşa  insanın  özünün  necə 
yaranması ilə bağlıdır. Bu mənada, əlbəttə ki, insanın necə ya-


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə