Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə45/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

Linqvistik  tipologiya
149
olmur. Bu adekvatı rus dilindəki zoloto sözünün birinci tərkib 
hissəsindəki zol formasında tapmaq olur. Zol tərkibinin qırmı-
zılıq əlaməti ağacla (çubuqla, qamçı ilə və s.) bədənə vurulan 
zərbə yerinin qızartı izi buraxmasında müşahidə edilir. Qızıl sö-
zünün qırmızılıq mənası mənbələrdə də qeydə alınmışdır: “Qızıl 
qanım tökti” (Qırmızı qanımı tökdü) (DTS, 450).
Qızıl sözünün qırmızılıq əlaməti vaxtı ilə zoğal mənasında 
rus dilinə daxil olmuş kizil sözündə də ifadə edilir. Tuva Muxtar 
Vilayətinin mərkəzinin adı da (Kızıl) qırmızı mənasını verən zo-
ğal sözü ilə əlaqədardır. 
Türk dillərində qızıl sözü ilə yanaşı paralel olaraq altun sözü 
də işlədilmişdir. Etimoloji cəhətdən altun sözünü tərkibə bölmək 
çətin deyildir: al-tunAl sözünün mənbələrdə tünd qırmızı mə-
nası qeydə alınmışdır: “Yaşıl kök sarıq al ağı ton kedip” (Yaşıl, 
göy, sarı, (tünd) qırmızı ipək parçadan paltar geyib) (DTS, 31).
Altun sözü “Kitabi –Dədə Qorqud”da da qırmızı qızıl mə-
nasında işlənmişdir: “Doxsan yerdə ala xalı, ipək döşənmişdi, 
səksən yerdə badyələr qurulmuşdu; altun ayaq sürahilər düzül-
müşdü” (KDQ, 62, 28).
Altun  sözünün  ikinci  tərkib  hissəsi  (tun)  rəngli  metal  kimi 
tunc  sözünün  əvvəlində  işlənir.  Eyni  zamanda,  altun  sözünün 
ikinci tərkib hissəsində işlənən tun hissəsi, nazik dəmir mənasını 
bildirən tənəkə (tünəkə) sözündəki tən (tün) tərkibi ilə uyğunlaşır. 
Qızıl sözü fars dilində zər sözü ilə ifadə olunur. Zər sözü ilə 
zol (zıl) elementləri arasındakı fərq r-l samitlərinin ənənəvi keçi-
dindən (ürüş-ülüş, salıq-soraq sözlərində olduğu kimi) ibarətdir.
İngilis dilində qızıl anlayışı gold sözü ilə ifadə olunur. Gold 
sözündə prefleks  səciyyəlidir. Sözün ol tərkibi isə altun sö-
zündəki al hissəsi ilə adekvatlıq təşkil edir. Gold sözündə l sa-
mitindən sonra d samiti iştirak edir. Quruluşca gold sözü Azər-
baycan dilindəki cəld, sərt, bərk tərkibli sonu iki samitli sözləri 


Mübariz Yusifov
150
xatırladır. Sonuncu samitin affiksal səciyyəli olduğunu nəzərə 
alaraq gold sözünün kökündəki ol hissəsinin al birləşməli kökün 
adekvatı olduğu ehtimal edilə bilər.
Azərbaycan dilində ikinci hissəsi qır, kir, xır tərkibi ilə bitən 
qışqırhıçqır, anqır, heykır, qıyxır kimi sözlərin işlənməsinə rast 
gəlmək olur. Bu tipli sözlərin bəzilərində kök-şəkilçi mövqeyin-
də işlənməli olan bir samit ixtisar olunmuş vəziyyətdədir. Belə 
sözlərə dair aşağıdakıları nümunə göstərmək olar: bəyir, böyür, 
bağır, çığır və s. Nəzərə aldıqda ki, bu nümunələrin hamısı təq-
lidi yolla eyni qayda üzrə düzəlmiş sözlərdir, onda onların ikinci 
tərəflərini şərti olaraq – yir (bəyyir), - yür (böyyür), - ğır (bağ-
ğır, çığğır) kimi bərpa etmək olar. İlkin ikihecalı sözlərdə hər iki 
tərkibin söz-söz modeli üzrə formalaşdığını nəzərə alsaq bu söz-
lərin ikinci tərəflərinin şəkilçi yox, söz relikti olduğunu təxmin 
etmək mümkündür. İmitasiya yolu ilə yaranan sözlərin təhlilinə 
həsr olunmuş tədqiqatlarda da həmin tərkiblərin söz relikti ol-
ması fikri təqdir edilir.
11
Rus dilində təqlidi yolla yaranmış aşağıdakı kimi sözlərin tər-
kibindəki kr səs birləşməsi şəlklindəki köklər müvafiq olaraq aşa-
ğıdakı sözlərdə müşahidə olunan köklərin adekvatı kimi
 
işlənir
:
 
крик (çığırtı, qışqırıq), крикливость (qışqırıqçılıq), крикливый 
(qışqırıqçı),  крикса  (qarıldama),  крикун  (qışqıran),  кричать 
(çığırmaq, qışqırmaq), кричащий (çığıran); икать (hıçqırmaq), 
окрик (çığırma, bağırma), окрикнуть (səsləmək, haylamaq).
Bu  nümunələrdən  görünür  ki,  qışqır,  hayqır,  anqır,  qıyxır, 
bəyir  (bəyyir-bəykir),  böyür  (böyyür-böykür),  bağır  (bağğır), 
1
1
 В.Г.Егоров. Звукоподражательные слова. “Материалы по грамматике 
современного  чувашского  языка.  ч.  Ы,  Морфология.  НИИ  при  СМ 
ЧАССР”.  Чебаксары.  Чуваш  гос.  изд-во.  1957,  с.  37;  Г.Е.Корнилов. 
Имитативы в чувашском языке. “Чувашское книжное издательство”, 
Чебоксары,  1984,  с.  92-93. 


Linqvistik  tipologiya
151
çığır (çığğır) kimi sözlərin ikinci tərəfi krik, kriçatğ, krikun… 
sözlərində  olduğu  kimi  «səs»  anlayışı  bildirir.  Bütövlükdə  isə 
bu sözlərin mənası belə təsəvvür olunmalıdır: hayqır-hay… səsi 
çıxarmaq, anqır-an… səsi çıxarmaq, qıyxır-qıy… səsi çıxarmaq
bəyir-bə… səsi çıxarmaq, böyür- bö… səsi çıxarmaq, içqır-iç… 
səsi çıxarmaq, bağır-ba… səsi çıxarmaq.
İngilis dilində Azərbaycan dilindəki qır, kir, xır tərkiblərinin 
adekvatına  cry  (qışqırıq,  çığırtı,  qışqırmaq)  sözündəki  cr  (kr) 
tərkibi uyğun gəlir. 
Azərabycan dilindəki yağı (düşmən) sözünün tərkibi də iki 
hecadan  ibarətdir.  Sözü  yağ  və  –  ı  tərkiblərinə  ayırdıqda  yağ 
hissəsində düşmən mənasını aydınlaşdırmaq olmur. Y samitini 
sözün  əvvəlindən  ayırdıqda  isə    hissəsi  alınır.    sinkretik 
kökdür və burada rəng və ya yuxarılıq anlayışı axtarmaq nəti-
cə vermir.  hissəsinə –ı artırdıqda isə ağı (zəhər) sözü alınır. 
Ağı ilə yağı arasında da məna yaxınlığı müşahidə edilir. Ancaq 
ağı,  hər  halda  düşmən  kimi  yox,  bədənə,  cana  ziyanlı  maddə 
kimi başa düşülür. Məhz ağı sözündə düşmən mənasının təmə-
li gizlənir. Ağı sözündən düşmən mənası bildirən söz yaratmaq 
üçün onun əvvəlinə y artırılmışdır. Rus dilində düşmən mənası 
bildirən враг sözü vardır.  Враг sözündə v hissəsi kök elementi 
yox,  kökə  əlavə  olunmuş  prefiks  elementidir.  Sözün  kökü  isə 
раг hissəsindən ibarətdir. Azərbaycan dilində  kökünün əvvə-
linə y əlavə olunduğu kimi, ehtimal edilə bilər ki, rus dilində də 
aq hissəsindən düşmən anlayışı yaratmaq üçün əvvələ əlavə 
edilmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan dili sözlərinin 
əvvəlində r işlənmir. samiti isə dilortası və  dil –diş samitlə-
rinin aralığında keçid yarada bilən səsdir. Ona görə sözyaratma 
elementi kimi hər iki dildə paralel olan aq kökünə  r və ya  y 
əlavə edilməsi istisna deyildir. Onu da əlavə etmək olar ki, rus 
dilində, həmçinin yaq tərkibli варяг sözü mövcuddur. 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə