Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə47/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

Linqvistik  tipologiya
155
elementinin –niş şəklində bərpası təsadüfi deyil, müxtəlifsistem-
li dillərdə sabit saxlanan müştərək formatın bir variantıdır.
Eniş  sözü  kimi  yeni  sözü  də  tərkib  hissəsinə  asan  bölünə 
bilmir. Analoji qayda üzrə yeni sözünü də yenni şəklində bərpa 
etmək olar. Bu halda sözün ni tərkibini fars dilindəki yeni məna-
sı bildirən nou, rus dilindəki nov(ıy), ingilis dilindəki new (nui) 
sözləri ilə müqayisə etmək olar.
Yen tərkibinin adekvatını ingilis dilindəki aqain (yenidən) 
sözünün in (yin) hissəsi ilə müqayisə etmək mümkündür. Yen 
tərkibi, həmçinin Çin dilindəki yenidən görünmə mənasına uy-
ğun olaraq forma, obraz, manera anlayışı bildirən yaŋ  sözü ilə 
müqayisə edilə bilər.
Yen sözünün in hissəsi Azərbaycan dilindəki indi (yeni baş-
layan) sözünün tərkibində işlənir.  İn  hissəsinə  y əlavə olunduq-
da yen kökü düzəlir. Buraya –i şəkilçisi artırıldıqda isə kökün 
mənası konkretləşir. İn tərkibi, Azərbaycan dilindəki mənasına 
uyğun şəkildə fars dilində də işlədilir: dər in zəman (indiki vaxt) 
dər in hal (indiki vəziyyət), dər in saət (indi).
Beləliklə,  eniş  sözü  hərfən  aşağı-aşağı  mənası  bildirdiyi 
kimi, yeni sözünün ilkin mənasında da yeni-yeni anlayışı bildi-
rilmişdir. 
Azərbaycan  dilindəki  alov  sözünü  söz-söz  mərhələsinin 
modellərinə uyğun olaraq şərti bərpa etdikdə allov variantı alı-
nır. Allov sözünün birinci tərkibi, bu halda qırmızı lov mənasın-
da başa düşülür. Sözün lov hissəsini başqa dillərdə mövcud olan 
müvafiq  adekvatlarla  tutuşdurub  onu  mənaca  aydınlaşdırmaq 
mümkündür.  Rus  dilində  alov  sözünün  müqabili  kimi  пламя 
qarşılığı vardır. Bu sözdə n prefiks xarakterlidir. Лам sözün kök 
hissəsi, - я isə affiksdir. Bu sözlərdə lov və lam tərkibləri söz 
kökü olmaq etibarı ilə mənaca üst-üstə düşür. Fərq buradakı sa-
itlərdə a- o dəyişməsindən, samitlərdə v- m fərqindən ibarətdir. 


Mübariz Yusifov
156
Bu da ənənəvi keçid kimi tamamilə qanunauyğunluqdur. Alov 
sözünün tərkibindəki lov hissəsi müasir dilimizdə müstəqil iş-
lənməsə də Şərq arealında (xüsusən Bakıda) lo şəklində od, od 
parçası, yanar od mənası bildirməklə işlədilir: «Bu nə lodu, ba-
lam, düşüb canımıza» (Şifahi nitqdən). 
Rus dilindəki лам tərkibi, həmçinin, лампа sözünün də kök 
hissəsi  kimi  işlənir.  Buradan  lam  tərkibinin  alovla,  yanmaqla 
bağlı  məna  bildirdiyi  aydınlaşdırılır.  İlkin  formaca  şərti  bərpa 
edilən allov sözünün də mənasına aydınlıq gətirilir. Belə ki, al 
sözünün qırmızı, alov hissəsinin yanar od mənası sözün özünün 
qırmızı yanar od (və ya çıraq) mənası bildirdiyini göstərir. Azər-
baycan dilindəki lopa (məşəl) sözünün lop hissəsi də alov sözün-
dəki lov tərkibinin adekvatından ibarətdir.  Rus dilində işlədilən 
lampa sözü fars dilində də iki variant üzrə lampa və lamp şək-
lində çıraq mənasında işlədilir. Ərəb dilində lam  lov hissələrinin 
adekvatı kimi lame (parıldayan, parlaq, parlaq şölə ilə yanan) 
sözü vardır. Пламя sözünün пл tərkibi, əslində, samit birləşməsi 
şəklinə düşmüş пыл kökünün reliktidir. Пыл kökünün yanmaqla 
bağlı mənası rus dilində qalmaqdadır: пыл (od, alov), пылать 
(alovlanmaq, alışmaq), пылкий (atəşli, odlu, hərarətli) və s.
Azərbaycan dilindəki alov (allov-yallov) sözünün izomorfik 
modelində olduğu kimi, rus dilində də analoji variant пыллам(я) 
şəklində  təsəvvür  edilə  bilər:  alov-allov-yallov  (yal-yanmaq, 
lov-alovlanmaq);  пламя-  пыллам(я)  (pıl-yanmaq,  lam  işıq, 
şəfəq). Həmçinin, ərəb dilindəki ləhəb sözünün ləh hissəsi yan-
maq mənasında lov, lam tərkibləri ilə adekvatlıq yaradır. Eyni 
zamanda,  ərəb  dilindəki  parıldayan,  alov  saçan  mənasındakı 
şölə sözünün  hissəsini də lovlam tərkiblərinin adekvatı hesab 
etmək mümkündür. İngilis dilində də rus və fars dillərində oldu-
ğu kimi, yanmaq anlayışı ilə bağlı formalaşmış lampa sözünün 
lamp variantı işlədilir. 


Linqvistik  tipologiya
157
Azərbaycan dilindəki gizir sözü də ikihecalılığa keçid döv-
rünün məhsulu kimi kök və şəkilçiyə ayrıla bilmir. Ona görə də 
bu  sözün  rekonstruksiyası  üçün  başqa  dillərə  aid  adekvat  nü-
munələrə müraciət etməyə ehtiyac yaranır. Sözün birinci tərkib 
hissəsini giz kimi nəzərə alsaq ikinci tərəf –ir şəklində qalır. Bu 
da  onun  rekonstruksiyasının  düzgün  motiv  üzrə  qurulmasına 
maneçilik yaradır. Gizir sözünü söz-söz modeli üzrə şərti bər-
pa etsək gizzir forması alınır. Giz tərkibi Azərbaycan dilindəki 
gizlin,  gizlət,  gizlətmək,  gizlincə  kimi  sözlərin  tərkibində  işlə-
dildikdə onun genetik mənası aydınlaşır. Zir tərkibinin aydın-
laşdırılmasında isə başqa dillərin materiallarına müraciət etmək 
lazım gəlir. 
Gizir sözü Azərbaycanın nağıl və dastanlarında vəzir və ya 
nazir vəzifələrinə uyğun mənada işlənmişdir (Giziroğlu Musta-
fabəy və xanın giziri adlarında vəzifə bildirən sözlər kimi).
Beləliklə,  gizir  sözünün  giz  hissəsinin  məxfi,  gizlin  işlərə 
baxan dövlət məmuru bildirmək üçün işlədildiyini aydınlaşdır-
maq olur. Zir tərkibini bu mənada, vəzir, nazir kimi ərəb mənşəli 
sözlərin ikinci tərəfi ilə (zir) müqayisə etmək olar. Vəzir sözü 
lüğətlərdə  ərəb  mənşəli  vəzifə  bildirən  ad  kimi  göstərilir:  1) 
hökmdarın vəkili olub dövlət işlərinə baxan adam, nazir; 2) baş 
nazir.
11
Nazir sözünün özündə də zir tərkibi işlənir. Sözün özü isə 
belə mənalandırılır: 1) nəzarət edən, baxan; 2) idarə edən, do-
landıran, dövlət aparatının müəyyən sahəsini idarə edən yüksək 
vəzifəli  şəxs.
22
Buradan  zir  tərkibinin  baxan,  görən  mənası  bildirdiyini 
müəyyənləşdirmək olur. Zir tərkibinin görməklə, baxmaqla bağ-
lı olduğunu rus dilində işlənən aşağıdakı kimi sözlərin tərkibin-
1
 Ərəb-fars sözləri lüğəti. Bakı, Azərb. SSR EA nəşr., 1967, s. 89. 
2
 Ərəb-fars sözləri lüğəti. Bakı, Azərb. SSR EA nəşr., 1967, s. 457.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə