Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə50/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

Mübariz Yusifov
164
yaranırsa quruluşca müxtəlif olan, ancaq mənaca bir-birinin üs-
tünə düşən sözlər də formalaşa bilər. Motivasiya müştərəkliyi də 
dillərin ilkin sözyaratma mərhələsindəki sinonimləşməyə doğ-
ru gedən yolların bir nümunəsi kimi nəzərə alına bilər. Sonra-
kı proseslərdə sinonimləşmənin daha optimal bir yolla inkişaf 
etməsi səbəbindən paralel müştərəklik olduğu kimi motivasiya 
müştərəkliyi prosesində də ləngimələr baş vermişdir. Motivasi-
ya müştərəkliyinin izləri isə sinonimliyə aparan istiqamətlərdən 
biri kimi müvafiq dil nümunələrində saxlanmaqdadır. Belə nü-
munələrə dair aşağıdakı kimi dil faktlarını misal göstərmək olar:
Qol –sözü. Qol-sözü türk dillərində həm qol, həm də əl mə-
nasında  işlədilir.  Qol  sözünün  qarşılığı  rus  dilində  ruk(a)  fars 
dilində dəst, ingilis dilində hand (hənd), fransız dilində mayn
ispan və italyan dillərində mano sözləri ilə ifadə olunur.  Qeyd 
etmək  lazımdır  ki,  nümunə  gətirilən  dillərdə  də  əl  və  qol  an-
layışı  bir  söz  vasitəsi  ilə  bildirilir.  Adi  qaydada  onların  eyni 
məna bazasında formalaşdığını təsəvvürə gətirmək asan olmur. 
Ancaq bu sözlərin derivatlarını müqayisə etdikdə məna bazası 
aydınlaşır. Azərbaycan dilindəki qol və əl sözlərinin də qədim 
mənbələrdə eyni mənada işləndiyi qeyd olunmuşdur (DTS, 169, 
453). Ona görə də əl və qol anlayışı üzrə formalaşmış derivat-
larda mənaca oxşarlığın bir-birinin üzərinə düşdüyü müşahidə 
edilir. Belə ki, Azərbaycan dilində əl sözündən əlcək sözü əmələ 
gəlmişdir. Rus dilində əlcək sözünün qarşılığı руковица sözüdür. 
Kök Azərbaycan dilində əl, rus dilində isə əl və qol anlayışı bil-
dirən рука tərkibidir. Rus dilində, eyni zamanda, рука sözünün 
əl anlayışı əsasında formalaşmış рукоделие (əl işi), рукомойник 
(əlüzyuyan),  рукопись  (əlyazma),  рукопожатие  (əl  ver-
mə),  рукопашня  (əlbəyaxa);  qol  anlayışı  əsasında  рукоятка 
(qulp), рукоприкладство (qol çəkmə, imza etmək), рукастый 
(uzunqol) kimi sözlər düzəlmişdir.


Linqvistik  tipologiya
165
Fars dilində əl və qol anlayışı bildirən dəst sözündən dəstək 
(qulp), dəstə (bir ələ sığan bağlama), dəstnəvis (əlyazma), dəst-
duzi (əl işi), dəstdadən (əl vermək) sözləri düzəlmişdir. İngilis 
dilində əl və qol mənası bildirən hand sözündən də eyni qayda 
üzrə handl (qulp), handgrip (əl vermək), handeart (əl arabası) 
kimi sözlər düzəlmişdir. Ərəb dilində əl-qol bildirən əyd sözün-
dən leyd (əl işi), fransız dilində mayn sözündən manivel, ispan 
və italiyan dillərində mano sözündən manivela sözləri də düzəl-
mişdir.
Rus dilindəki беременная sözünün ber hissəsi fars dilində 
yük, tay mənası bildirir.  Rus dilində ber (yük) sözü əsasında 
беременная (hamilə) sözü düzəldiyi kimi, fars dilində də bar sö-
zündən hamilə mənasında bardar sözü düzəlmişdir. İngilis dilin-
də isə hamilə mənasında pregnant sözü işlənir. Sözün kökündəki 
pr tərkibi ber-bar- per kökünün fleksiya olunmuş variantından 
ibarətdir. Azərbaycan dilində isə bar-ber-per köklərinin qarşılığı 
olan yük sözündən yüklü sözü düzəlməli idi. Ancaq ərəb mənşəli 
hamilə sözü Azərbaycan dilində həmin məna üzrə formalaşmış 
yüklü sözünün intensiv işlənməsinə maneçilik yaratmışdır. Onun 
əvəzinə bir də “boğaz” sözü düzəlmişdir ki, bu da insandan daha 
çox  heyvana  aid  hamilə  mənası  bildirir.  “Kitabi-Dədə  Qorqu-
d”da isə hamilə mənasındakı yüklü sözünün işlədilməsinə rast 
gəlmək olur:
Qatabanın mayasını
Yüklü qoydum, nər oldu
Qara ayıllı qoyunumu
Yüklü qoydum, qoç oldu
Ala gözlü halalımı
Yüklü qoydum aslan oldu
(KDQ, 113-114).
Dəvəlikdəki dişi dəvəmi


Mübariz Yusifov
166
Boğaz qoydum, erkək doğdu, (O da)
Nər (erkək dəvə) oldu
Yataqdakı çoxlu qoyunumu
Boğaz qoydum, erkək doğdu ( O da)
Qoç oldu.
Ala gözlü arvadımı hamilə qoydum,
Oğlan doğdu (o da) aslan (kimi) oldu.
Azərbaycan dilindəki dəyirman sözünün kökündə də başqa 
dillərlə müqayisədə motivasiya müştərəkliyini müşahidə etmək 
olur. Dəyirman sözünün kökündəki dəy tərkibini əzməklə bağlı 
döymək sözü ilə müqayisə etmək olar. Dəni döymək, arpanı döy-
mək, buğdanı döymək, taxılı döymək  ifadələri, əslində əzmək, 
xırdalamaq  mənasında  işlənir.  Dəyirman  sözünün  kökündəki 
dəy tərkibi ilkin döyüb əzib xırdalamaq mənasını itirdiyi üçün 
onu eyni kökdən olan döy formatı ilə müqayisə etmək mümkün-
dür. Rus dilindəki dəyirman mənasını bildirən мельница sözü 
ilə müqayisədə dəy kökünün əzib xırdalamaq mənasını daha ay-
dın şəkildə müəyyənləşdirmək olur.  Мельница sözündəki мель 
tərkibi rus dilindəki мелить (xırdalamaq, xırda etmək), мелкий 
(xırda, kiçik, balaca), мелко (xırda, kiçik, balaca), мелкность 
(xırdalıq),  молотилька  (taxıl  döyən),  молотить  (taxılı  döy-
mək),  молотый  (üyüdülmüş,  döyülmüş),  молоть  (üyütmək), 
размельчить (xırdalamaq) sözlərinin tərkibində, məhz döymək
əzməkxırdalamaq mənasını bildirir. Bu mənada dəyirman sözü 
ilə melğniüa sözlərinin kökləri arasındakı döymək, əzmək, xır-
dalamaq,  üyütmək  mənası  bir-birinin  üstünə  düşür.  İngilis  di-
lində dəyirman mənası mill sözü ilə ifadə olunur. Mill sözünün 
xırda kiçik mənası small (xırdalamaq, xırda, kiçik) mille (darı, 
xırda dən) kimi sözlərdə də müşahidə edilir.
Azərbaycan  dilindəki  sinkretik  kök  morfemlərdən  olan 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə