Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə51/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

Linqvistik  tipologiya
167
qor  kökünün  bir  mənası  qorumaqla  bağlıdır.  Qorumaq  sözü-
nün  motivi  ətrafı  bağlı  olmaq  anlayışından  ibarətdir.  Bu  mə-
nada  rus  dilindəki  огород  (bostan,  dirrik)  sözündə  də  ətrafı 
bağlılıq anlayışını müşahidə etmək olur. Qor tərkibinin (ətrafı) 
bağlılıq  anlayışını  rus  dilindəki  qor  elementli  огороживание 
(çəpərləmə, hasarlama), огородить (çəpərləmək, hasarlamaq), 
огороженный  (çəpərlənmiş,  hasarlanmış),  городить  (çəpər-
ləmək,  hasarlamaq),  перегородить  (arakəsmə  ilə  bölmək), 
перегородка  (arakəsmə,  bölmə),  отгороживание  (ayırmaq, 
arakəsmə etmək), загородить (hasarlamaq), загорода (çəpər, 
hasar), həmçinin, граница (sərhəd); граничить (həmsərhəd ol-
maq)  kimi  sözlərdə  müşahidə  etmək  olur. 
Rus dilindəki город sözünün mənası da ətrafı hasarlı, çəpər-
li, bağlı anlayışı üzrə formalaşmışdır. Müasir Azərbaycan dilin-
də город mənası verən xüsusi milli sözümüz mövcud deyildir. 
Lakin mənbələrdə şəhər mənası bildirən balık və ken(kən) kənd 
sözlərinin işlənməsi qeydə alınmışdır: “Üç, otuz balıq sıdı” (On-
lar iyirmi üç şəhəri dağıtdılar) (DTS, 80); “Beq kənddə qışladı” 
(Bəy qışı şəhərdə keçirdi; şəhərdə qışladı) (DTS, 290).
Şəhər  mənasındakı  balıq  sözünün  kökü  ba  hissəsindən 
ibarətdir. Ba hissəsi qədim dövr üçün səciyyəvi olan samit-sait 
quruluşlu köklər sırasına daxildir. Ba tərkibinin axırına aqlütina-
siya mərhələsinin tələbinə görə affiksal səciyyəli ğ elementi qo-
şulmuşdur. Beləliklə, ba kökünün bağlılıqla əlaqədar olan mə-
nası konkretləşmişdir. Şəhər mənasındakı balık sözü də город 
sözündə  olduğu  kimi  bağlılıq  anlayışı  üzrə  motivləşmişdir. 
Şəhər  mənasındakı  balık  (balıq)  sözünün  izlərinə Türkiyədəki 
Balıkesir şəhər adında və Lənkəran rayonundakı Balik yaşayış 
məskəni adında rast gəlmək olur.
Kən  və  kənd  tərkibləri  Səmərqənd,  Daşkənd,  Çimkənd, 
Bilkənd,  Balakən,  Mərdəkan,  Gəncə  kimi  toponimlik  adlarda 


Mübariz Yusifov
168
saxlanılır.  Kən,  kənd  tərkiblərinin  özlərinin  məna  xüsusiyyə-
tinə gəlincə onlarda da bağlılıq anlayışının izləri saxlanılır. Ba-
lık adındakı ba hissəsinin bağlılıq anlayışı bildirməsini nəzərə 
alaraq  toponimlik  adlardakı  kənd,  kən  tərkiblərinin  də  bağla-
maq  motivasiyası  üzrə  formalaşdığını  söyləmək  mümkündür. 
Məsələn,  kəndir,  örkən  kimi  sözlərdə  kən  tərkibinin  bağlılıq 
bildirməsi müşahidə olunur. Kən tərkibinin kan adekvatı rus di-
lində bağlılıq anlayışı bildirən aşağıdakı kimi sözlərdə işlənir: 
аркан (kəmənd), арканить (kəməndlə tutmaq), канат (yoğun 
ip),  кандалы  (buxov),  канатник  (çatıotu,  kəndirotu)  və  s.
Rus dilində, hətta, kəndir bitkisinin adını bildirən кендырь 
fitoniminə  də  rast  gəlmək  olur.Ərəb  dilində  şəhər  mənasında 
bələd sözü işlənir. Sözün bəl hissəsi Azərbaycan dilindəki bələk
bəlgə  kimi  sözlərdəki  bəl  tərkibi  ilə  mənaca  adekvatlıq  təşkil 
edir. Bələk və bəlgə sözlərində də ümumi anlayış bağlamaqla, 
bürüməklə əlaqədardır. Bələk sözü körpə uşağın büründürülmə-
si, bəlgə sözü isə həm paltarın və ya qalın parçanın qola dolan-
ması və həm də oğlan evinin qız evinə bir nişanə aparıb onların 
adlarının bir-birinə bağlanması mənasında işlənir.
  Beləliklə,  ərəb  dilində  şəhər  mənasındakı  bələd  sözündə 
də bağlamaqörtülü olmaq motivi müşahidə olunur. Bir sözlə, 
müqayisə edilən şəhər mənalı bu sözlərin formalaşmasının mo-
tivində bağlılıq, örtülülük anlayışı dayanır.
Müasir Azərbaycan  dilində  işlənən  fars  mənşəli  şəhər  sö-
zünün şəh tərkibi şah, padşah mənasındadır. Şəhər sözü də bu 
mənada  şahın  əyləndiyi  yer,  məmləkət  anlayışı  bildirir.  Ümu-
milikdə, şəhər sözünün motivində oturmaq, yerləşmək anlayışı 
vardır. Rus dilində isə şahın, hökmdarın əyləşdiyi, oturduğu yer 
столица adlandırılmışdır. Столица sözünün kökündə fleksiya-
laşmış  (daxili  saiti  kənara  çıxmış)  st  elementi  iştirak  edir.    St 
elementlərini bütöv kök kimi şərti bərpa etdikdə 
*
sit forması alı-


Linqvistik  tipologiya
169
nır. Sit formasının sid variantı isə сидеть (oturmaq, əyləşmək), 
сидячий (oturan, oturmuş) sözlərinin əvvəlində işləndikdə söz 
kökünün oturmaqla, əylənməklə, yerləşməklə bağlı vəziyyət an-
layışı konkretləşir. St tərkibi, eyni zamanda, oturmaq üçün işlə-
dilən stul, üzərində iş görmək üçün işlədilən stol sözlərinin əv-
vəlində də iştirak edir. Столица sözünün motivində bu mənada, 
ayaqları olan taxtda əyləşmək mənası durur. Столица sözünün 
bazasında düzəlmiş стул sözündə isə ayaqları olan və oturmaq 
üçün işlədilən əşya mənası bildirilir. Bütövlükdə столица sözü 
ayaq və oturmaq anlayışları üzrə motivləşmişdir. 
Fars dilində столица sözünün qarşılığı kimi işlənən paytaxt 
sözü vardır. Bu söz Azərbaycan dilində ölkənin mərkəz şəhəri, 
hökmdarın, ölkə rəhbərinin oturduğu yer mənasında işlənmiş-
dir. Bu cəhətdən şəhər və paytaxt sözləri arasında ilkin hökmdar 
oturan  yer  motivi  mövcuddur.  Paytaxt  sözünün  pa  (y)  hissəsi 
fars dilində ayaq mənası bildirir. Pa kökündən payə (paye) sözü 
düzəlmişdir ki, bu da stolun ayağı, mərtəbə və rütbə mənaları-
nı daşıyır. Sözün ikinci hissəsi olan taxt isə çarpayı, kreslo mə-
nasında əyləşmək və uzanmaq üçün işlədilən əşya adı bildirir. 
Bu mənada столица və paytaxt sözlərinin oxşar motiv əsasında 
formalaşdığı müəyyən olunur. İngilis dilində şəhər mənası sity 
sözü ilə ifadə olunur. Sözün kökündə oturmaq mənası bildirən 
sit  tərkibi    işlənir.  İngilis  dilində  sit  sözü  ilə  oturmaq  mənalı 
aşağıdakı kimi vahidlər formalaşmışdır: sit down (oturan), site 
(məskunlaşma),  sitting  (iclas,  iclasda  oturanlar),  sitting  room 
(qonaq evi). Göründüyü kimi, столицаpaytaxtcity və şəhər 
sözlərinin motivində ümumi bir oturmaq, əyləşmək, yerləşmək 
anlayışı ifadə olunur.
Müxtəlifsistemli dillərdə mövcud olan motivləşmiş sözlərə 
dair qış sözünü də nümunə götürmək olar. Qış anlayışı rus di-
lində zima, fars dilində isə zimistan (zemestan) sözləri ilə ifadə 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə