Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə49/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

Linqvistik  tipologiya
161
K-  (q-g)  -    t:  keça  (özb.),  gece  (türk),  qije  (türkm.),  gecə 
(Azərb.),  tün  (qaz.,  xak.,  alt.  kor.,  özb.),  ton  (başq.,  tat.).
Şaquli  keçidlər  bütün  məqamlarda  paralel  sözlər  əmələ 
gəlməsində iştirak etmir. Deyilişində şaquli keçidlər müşahidə 
edilən bəzi sözlər məhz dialekt səciyyəli nümunələr kimi işlənir; 
kimi-çimi, kirpik-çirpik, köhnə-çöhnə, kim-çim, küçə-çüçə
11
 və s.
Paralel keçidli sözlərə Azərbaycan dilinə aid nümunələrdə 
də rast gəlmək olur.
 Dün-geçə:
Dün sayə saldı başıma bir sərvi-sərbülənd
(Məhəmməd Füzuli)
(Gecə, bir sərv (boylu) nazənin (kimi) başıma (üstümə) öz 
kölgəsini  saldı).
Dış-bayır:
«Qaçan  Qazan  evi  yağmalatsa  halalının  əlin  alır,  dışara 
çıxardı.  Ondan  yağma  edərdilər»  (KDQ,  62,  s.  150).
Bulmaq-tapmaq:
Xızr əgər zülmətə vardı istədi abi-həyat 
Mən gözlərin çeşməsində abi-heyvan bulmuşam. (İmadəd-
din Nəsimi)
(Xızr  əgər  zülmətə  gedib  əbədi  həyat  istədisə  mən  sənin 
gözlərində  (tanrının  gözündə)  əbədi  həyatı  tapmışam).
Müxtəlifsistemli  dillərdə  sözlərin  paralel  müştərəkliyinə 
dair  aşağıdakı  kimi  nümunələri  misal  göstərmək  olar:
K-s  keçidi:  korova  (rus,  kuh  (alm.)  cow  (kov)  (ing.),  qav 
(fars.), sıyır (sığır), sier (türk dilləri); kostğ (rus), knoken (alm.), 
skleten (ing.), sümük, suyeksook (tükr dilləri), köpək (türk dillə-
ri), sobaka (rus), səg (fars), sap (isp.), sape (italyan), kəlb (ərəb).
1
 М.Ш.Ширалиев. О диалектной основе азербайджанского литератур-
ного языка. “Вопросы диалектологии тюркских языков”. Баку, 1958, с. 
17; Р.А.Рустамов. О состоянии изучение диалектов азербайджанского 
языка. Йеня орада, с. 71; Н.З.Гаджиева. Проблемы тюркской ареальной 
лингвистики. М., 1975, с. 198.


Mübariz Yusifov
162
K (q) – b-v keçidi: kopf (alm.), qolova )rus), pas (xak), baş 
(Azərb.).
Şaquli keçidli paralel müştərək sözlərə Hind-Avropa dilləri-
nin nümunələrində də rast gəlmək olur: kino (lat.), sinema (ing.), 
kinema (yun.), kentavr – sentavr (qədim yunan), kordia (yunan), 
serdüa (rus), sentum (lat.), kentum (yun.) kimi sözlər bu cəhət-
dən maraq doğurur.
Paralel müştərək sözlər sinonim istiqamətində yaranmış dil 
vahidlərinin bir tərkib hissəsidir. Sinonimlər bir dilin daxilində 
məna zənginliyini gücləndirdiyi kimi, dilin leksik potensialının 
artmasına xidmət etdiyi kimi, paralel müştərək sözlər də həm bir 
dilin, qohum dillərin və eləcə də qohum olmayan dillərin lüğət 
tərkibinin canlanmasına çox güclü təsir göstərir. Dildə sinonim-
lik paralel sözlərdən daha artıq inkişaf perspektivi qazandığına 
görədir ki, belə sözlər, artıq, dilin dərin qatlarında qalmış vahid-
lər səviyyəsində araşdırılır. Sinonimlərin potensialı isə dillərin 
informasiya mühitinin genişlənməsi prosesi ilə həmahəng şəkil-
də artmaqda davam edir. Paralel müştərəkliyin öyrənilməsinin 
etimologi təhlildə çox böyük üstünlüyü vardır. Eyni zamanda, 
dilin leksik-semantik inkişafının öyrənilməsi sahəsində də pa-
ralel müştərəkliyə aid nümunələrin müqayisəli təhlil olunması 
məsələsi xüsusi bir əhəmiyyət kəsb edir.
Paralel müştərəkliyin öyrənilməsi ilə həm də dillərin dife-
rensiyallaşması prosesinə dair bir çox məsələlərin, o cümlədən, 
dialekt fərqlərinin baş verməsi problemlərinə aydınlıq gətirmək 
mümkündür. Paralel müştərəklik nümunəsindəki sözlərin yaran-
ması əşya, hadisə və  proseslərin oxşar təfəkkür imitasiyası ilə 
qavranılmasının nəticəsidir. Bu cür dil vahidlərinin öyrənilməsi 
təfəkkür tipologiyalarının arasında mövcud olan və zahirdə gö-
rünməyən əlaqələrin aşkara çıxarılması baxımından xüsusi əhə-
miyyət daşıyır. 


Linqvistik  tipologiya
163
 
Dillərarası motivasiya müştərəkliyi
Müxtəlifsistemli dillərə məxsus oxşar elementlərin forma-
laşması prosesində də təfəkkür tipologiyasının aparıcı rolu var-
dır. İnsanların hansı ərazidə, hansı təbii şəraitdə yaşamasından 
asılı olmayaraq əşya və hadisələrə oxşar münasibətin, oxşar id-
rak prosesinin, oxşar qavrayışın nəticəsində, struktur cəhətdən 
oxşar olmayan, ancaq əşya və hadisənin mahiyyəti baxımından 
mənaca bir-birinin üstünə düşən sözlərin formalaşması prosesi 
baş verir. Təfəkkür tipologiyasının məhsulu olan belə sözlərdə 
motivasiya bazası eyni olur. Tipologiya termini mənşəcə yunan 
dilinə  məxsusdur.  Tipologiya  termini  dil  strukturuna  aidiyyəti 
olan  bir  söz  kimi  tiplərin  (əyşa  və  hadislərin)  arasındakı  qar-
şılıqlı əlaqəsi mənasında başa düşülür. Bu mənada, təfəkkür ti-
pologiyası təfəkkürlərarası qarşılıqlı əlaqə kimi anlaşılır. Motiv 
termini mənşəcə fransız dilinə məxsusdur. Mənası dəlil, sübut, 
səbəb,  əsaslandırma  deməkdir. Tipoloji  qarşılaşdırmada  motiv 
sözü müxtəlif tiplərin oxşar məna bazasına malik olması kimi 
başa  düşülməlidir.
Müxtəlifsistemli dillərdə motivasiya müştərəkliyinin müəy-
yən  edilməsi  oxşar  əşya  və  hadisələrə  dair  adlandırılmaların 
təfəkkür tipologiyası ilə bağlı olduğunu təsbit etmək baxımın-
dan  əhəmiyyətlidir.  Eyni  zamanda,  motivasiya  müştərəkliyi 
bazasında  formalaşan  elementlərin  müqayisəsi  etimoloji  təhlil 
üçün ciddi və maraqlı nəticələr əldə etməyə imkan verir. 
Motivasiya  müştərəkliyinə  aid  nümunələrin  mövcudluğu, 
əslində sözlərin yox, anlayışların oxşar olması deməkdir. Bu isə 
bir daha belə bir fikri təsdiq etməyə əsas verir ki, “ulu dil” anlayı-
şı özünü doğrulda bilən dəlillər vermir. Dillər arasında təfəkkür 
tipologiyasının məhsulu kimi quruluşca və mənaca oxşar sözlər 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə