Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə46/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

Mübariz Yusifov
152
Варяг sözünün mənası isə talançı, qarətçi, düşmən anlayış-
ları ilə uyğun gəlir. Sözün birinci tərkibindəki var hissəsini isə 
məna yaxınlılığına görə вор (oğru) врать (yalan, şər, böhtan) 
sözləri ilə müqayisə etmək olar. Ərəb dilində də rus dilində ol-
duğu  kimi, aq hissəsinin əvvəlinə r artırmaqla düşmən məna-
sına uyğun gələn rəqib sözü yaranmışdır. Burada rəq (raq) kök 
kimi formalaşmış və bu kökün üzərinə ib əlavə (rəqib) olunmaq-
la yağı (düşmən) anlayışı ifadə edilmişdir. Ərəb dilindəki rəq 
tərkibi vraq sözündəki raq tərkibi ilə səsləşir. 
Azərbaycan  dilində aşağı düşmək mənasında eniş sözü iş-
lənir. Eniş sözü ilk baxışdan öz quruluşuna görə elə bir təəssürat 
yaradır ki, sanki onu asanlıqla kök və şəkilçi hissəsinə ayırmaq 
olar. Belə ki, en sözün kökü,  isə şəkilçi qismində görünə bilir. 
Ancaq bu forma tərkibində ixtisarlaşma baş vermiş bir konst-
ruksiyadır. Əgər dilin köksözlülükdən sonrakı mərhələsinə qa-
yıtsaq sözün əvvəlki formasını (y) en-niş şəklində bərpa etmək 
olar. Sözün birinci tərkibi Azərbaycan dilində həm en, həm də 
yen şəklində işlənir (enmək-yenmək). Belə paralelliyə nitq are-
allarında (daha çox Naxçıvan) rast gəlmək olur: “Təyyarə yerə 
endi-təyyarə yerə yendi”.
Ancaq ümumi halda enmək və yenmək sözləri arasında  an-
layış üzrə bağlılıq olsa da konkret mənaya görə onların arasında 
fərq də müşahidə edilir. Enmək sözü yuxarıdan aşağıya düşmək 
mənasında işlədildiyi halda yenmək sözündə əlavə mənalar bil-
dirilir,  məsələn,  yenilməz  (məğlubedilməz),  yenmək  (məğlub 
etmək), yenmək (üzünü yenmək, döndərmək), yenmək (qiyməti 
yenmiş mallar və s.).
Enmək və yenmək sözlərinin müqayisəsindən aydın olur ki, 
en sözündə aşağıya düşmək mənası əsasdır. Bu sözün üzərinə 
y əlavə etməklə yen sözü əmələ gəlir ki, burada da əsas məna 
özəyi saxlanmaqla əlavə məna çalarlıqları baş qaldırır. Müqa-


Linqvistik  tipologiya
153
yisə üçün onu da əlavə etmək olar ki, en morfeminin ön variantı 
üzərinə ç əlavə etdikdə çön, d əlavə etdikdə geri qayıtmaq (in-
kar mənasında) dön sözü formalaşır. Yəni sözün əvvəlinə samit 
əlavə olunması ilə köksözlülüyün əlaməti kimi, eyni məbədən 
(məna özəyindən) məna ardıcıllığı saxlanılmaqla yeni  çalarlıq-
lar bildirən nitq vahidləri formalaşır. 
Beləliklə, en sözünün birinci tərkib hissəsinin quruluşu və 
mənası aydın olur. İkinci tərkibdəki – feldən ad (isim) düzəl-
dən şəkilçi kimi mənalandırıla bilsə də onun mənşəyinin aydın-
laşdırılmasına  da  bir  lüzum  yaranır.  Məhz  müqayisəli  təhlilin 
məqsədi  də  bundan  ibarətdir.  Eniş  sözünü  dilin  köksözlülük 
mərhələsindən sonra baş verən ikihecalılıq dövrünün konstruk-
siyalarına uyğun bərpa etdikdə enniş variantı alınır. Bizdən ötrü 
qaranlıq  qalan  məsələ  də  elə  bu  tərkibin  aydınlaşdırılmasıdır. 
Türk dillərinin, eləcə də Azərbaycan dilinin mövcud material-
ları sözün –niş hissəsinin araşdırılmasına fakt verə bilmir. Ona 
görə də başqa dillərdəki uyğun adekvatlara müraciət etmək eh-
tiyacı  yaranır.  Rus  dilində  aşağılıq,  aşağı  düşmək  mənasında 
niz  (aşağı,  aşağı  hissə,  dib,  alt  hissə,  alt  mərtəbə,  çayın  aşa-
ğı axarı) sözü vardır. Niz sözü bir kök morfem kimi, həm də 
bir-biri ilə incə məna ardıcıllığı saxlayan низведение (endirmə, 
endirilmə, yıxma, yıxılma), низать (düzmək, sapa keçirmək), 
низвернуть (yuxarıdan salmaq), низвести (endirmək), низина 
(alçaq  yer),  низкий  (alçaq,  aşağı),  низко  (alçaqdan,  aşağıdan) 
низший (ən alçaq, ən aşağı), вниз (aşağıya), внизу (aşağıda, alt-
da),  снижаться  (aşağı  salınmaq),  снижение  (aşağı  salınma, 
endirmə,  endirilmə),  сниженный  (aşağı  salınmış),  снизить 
(aşağı salmaq), снизу (aşağıdan, altdan), понижение (enmə, en-
dirmə), понизить (aşağı salmaq), понизу (aşağıdan, alçaqdan), 
унижение (alçaltma, hörmətdən salma), униженный (alçaldıl-
mış), унизить (alçaltmaq) kimi sözlərin tərkibində işlənir.


Mübariz Yusifov
154
Eyni  kökdən  rus  dilində,  həmçinin,  нищать  (yoxsullaş-
maq), нищета (yoxsulluq, mənəvi düşkünlük), нищий (dilən-
çi), нищенство (son dərəcə yoxsulluq, dilənçilik) kimi sözlər 
də  yaranmışdır.
Beləliklə, eniş sözünün ikinci tərkibini rus dilindəki adek-
vatla müqayisə etdikdə Azərbaycan dilindəki –niş tərkibinin rus 
dilindəki  uyğun  vahidin  adekvatı  olduğu  müəyyənləşdirilə bi-
lir. Eniş sözü, artıq, əvvəlki söz-söz modelindən uzaqlaşıb. Ona 
görə də bu sözün-niş tərkibini sabit variantda qəbul etsək e hissə-
si analitiklik mərhələsinə məxsus prefiks səciyyəli vahid hesab 
olunmalıdır. En hissəsini sabit hesab etsək – hissəsinin ilkin 
variantını –niş şəklində şərti bərpa edib müqayisəli təhlil yolu 
ilə onun genetik mənasını tapmaq mümkün olur. Ümumi məna-
da eniş sözü, hərfən aşağı-aşağı anlayışına uyğun gəlir. Güman 
ki, iki eyni məna bir söz tərkibinə daxil olduğundan strukturda 
dəyişmə baş vermiş, aqlütinasiyaya meyllilik isə – niş söz tərki-
bini – şəkilçi tərkibi kimi formalaşdırmışdır.
-Niş tərkibinin müvafiq adekvatlarına ərəb və fars dillərinə 
aid nümunələrdə də rast gəlmək olur. Ərəb dilində aşağı enmə, 
göydən yerə enmə mənasında nüzul sözü işlənir. Sözün  nüz tər-
kibi mənasına və quruluşuna görə Azərbaycan dilindəki- niş, rus 
dilindəki –нищ, - ниж formaları ilə uzlaşır. 
Ərəb  dilində,  həmçinin,  enən,  yuxarıdan  aşağı  düşən  mə-
nasındakı  nazil  sözü  vardır.  Sözün  naz  hissəsi  eniş  sözündəki 
-niş  tərkibinin  adekvatından  ibarətdir.  Bu  adekvatlar  sırasına, 
həmçinin, fars dilindəki nəz (yan, yaxın), nəzdik (aşağı yan, aşa-
ğı tərəf) və nazik (incəlmiş) sözlərindəki nəz -, naz tərkiblərini 
daxil etmək olar. İngilis dilində  aşağı düşmək mənasında down 
sözü işlədilir ki, bu sözün fleksiya olunmuş (saitin kənara çıx-
ması baş vermiş) wn (won) hissəsini eniş sözünün en hissəsi ilə 
müqayisə etmək olar. Buradan görünür ki, eniş sözündəki –  


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə