MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə24/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   44

yini bildiriblər. Bu mövzu ilə bağlı bir xəbər belədir:
“Astrofiziklər dünyamızın ciddi və yaxın problemlərinin oldu-
ğundan bəhs edirlər. Bunlardan birincisi, mümkün ola bilən Su-
pernova partlayışıdır (Supernova çox parlaq olan, bəzən gündüz
belə görünə bilən ulduzdur). Bu partlayışın harada və nə zaman
olacağı hələ qəti deyilsə belə, ortaya atılan iddiaları olduqca
yaxın gələcəyə aid deyil. Alimlərin fikrincə, dünyadan təxminən
430 işıq ili uzaqda olan nəhəng və qırmızı “Betelguise” ulduzu
partlamağa hazır görünür. Alimlərin fikrincə, bu növ ulduzlar
(hipernova) qara dəliklərin birləşməsi, ya da bu qara dəliklərin
neytron ulduzları ilə birləşməsi nəticəsində yaranır. Ancaq heç
kim bu qorxunc bombaların kainata necə dağıldığını və ya hər
hansı birinin dünyaya yaxınlaşması halında sonumuzun nə ola-
cağını bilmir”.
24
Quranda o gün dünyada şiddətli sarsıntıların olacağı, insanların
böyük dəhşət yaşayacağı, Günəşin, Ayın, ulduzların qaralacağı, hər
şeyin sürətlə yox olacağı bildirilmişdir. Belə ehtimali bir toqquşma
nəticəsində bütün bu sayılanların bir anda gerçəkləşəcəyi, sadəcə
dünyanın  deyil,  bütün  Süd  yolu  qalaktikasının  da  bundan
təsirlənəcəyi bir həqiqətdir.
Göründüyü kimi, aparılan elmi araşdırmalar bizə Allah’ın Qu-
randa vəd etdiyi qiyamətin bir gün mütləq gələcəyini göstərir. Qu-
randa bildirildiyi şəkildə canlı-cansız hər varlıq kimi dünya da bir
gün yox olacaq və Allah göyləri və yeri yox etdikdən sonra bam-
başqa bir göy və bambaşqa bir yer yaradacaqdır. Ancaq Allah’ın
bunun üçün bir səbəbə ehtiyacı yoxdur. Bunlar ancaq dünyanın fiziki
ölümünü açıqlamaq üçün anladılıb. Ancaq Allah diləsə, bu gün, ya
da sabah heç bir partlayış, toqquşma və s. olmadan qiyaməti başlada
bilər.
Bura qədər saydığımız ehtimallar canlı aləmin yox olması üçün
QİYAMƏT GÜNÜ
80


mümkün olan çoxsaylı ehtimaldan təkcə bir neçəsidir. Dünyanın bu
səbəblərdən birisi ilə qarşılaşması ehtimal daxilindədir. Aparılan
tədqiqatlar bunların labüd bir həqiqətə işarə etdiklərini göstərir.
Bu həqiqətlə yanaşı, kainatın qapanaraq təkrar keçmiş halına
gəlməsi çox yüksək bir ehtimaldır. Buna əks vəziyyətdə, yəni get-
gedə açılması nəticəsində də yenə kainatı gözləyən fərqli ölüm şəkli
vardır.  İnsanların  bir  çoxu  bu  ehtimalları  özlərindən  uzaq  gör-
düklərindən və ya bunları düşünməyi özlərindən sonrakı nəsillərin
öhdəsinə buraxmağı üstün tutduqlarından bu fəlakət ehtimallarına
qarşı rahat davranırlar. Fəqət dünyanın yox olması üçün bunlardan
daha yaxın ehtimallar da var. Sayılan bütün ehtimallar içində hansı-
nın qiyaməti gətirəcəyini, hansının daha əvvəl olacağını isə şübhəsiz
ki, təkcə Allah bilir. İnsanlar hər nə qədər özlərindən uzaq görsələr
də, aparılan tədqiqatlar və gözlə görülən bir fəlakət ehtimalının art-
ması bütün bunların yaxınlığını göstərir. Ən mühümü də budur ki,
bütün bunların gerçəkləşməsi təkcə Allah’ın izninə və təqdirinə bağ-
lıdır. Əlbəttə, Allah bütün bəlli səbəblərin xaricində heç umulmaz və
naməlum bir səbəblə, ya da səbəbsiz olaraq qiyaməti gətirməyə qa-
dirdir:
“Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!”
- deyəcəyi gün dərhal olar. Onun sözü haqdır. Surun çalı-
nacağı  gün  hökm  Onundur.  Qeybi  və  aşkarı  bilən  də
Odur. O, hikmət sahibidir, xəbərdardır!” (“Ənam” surəsi,
73)
Qarşıdakı bölümlərdə alimlərin qəti şəkildə baxdığı ehtimallarla
Quranda anladılan qiyamət arasındakı bənzərliklər öyrəniləcək.
Allah hər şeyə güc yetirəndir
Kainatın sonunun necə olacağı sualı illərdir ki, insanların zehnini
məşğul edir. İnsanın ağlına olduqca çox səbəb gələ bilər, amma Allah
Harun Yəhya (Adnan Oktar) 
81


dilədiyi təqdirdə belə bir hadisənin heç bir səbəb olmadan bir anda
gerçəkləşəcəyini unutmamaq gərəkdir. Elmi araşdırmalar nəticəsində
ortaya çıxan ehtimallar üzərində düşünməyimiz və o gün gəlmədən
əvvəl Allah’a dönüb yönəlməyimiz üçün bir xatırlatmadır. Allah nə
zaman və nə şəkildə diləyərsə, o çox ağır gün gerçəkləşəcək. Mö-
minlər qiyamət gününün Allah dərgahında təyin olunmuş zamanda
gerçəkləşəcəyinə qəti inanırlar. O gün Allah’ın Quranda tərif etdiyi
şəkli ilə insanların qarşısına çıxacaq. Quranda Allah’ın hər şeyə güc
yetirən olduğu bu şəkildə açıqlanır:
“...Onlara vəd etdiyimizi göstərəcəyik. Həqiqətən, Biz on-
lara qadirik!” (“Zuxruf” surəsi, 42)
Bəlli olduğu kimi, bu gün mövcud nizamın pozulması və dünya
üzərindəki canlı aləmin yox olması üçün saysız səbəblər var. Üstəlik,
bu səbəblər zaman keçdikcə daha da artır və ciddi ölçülərə çatır.
Dünya sürətlə özü üçün təyin edilmiş sona doğru hərəkət edir və
bunun açıq əlamətləri var. İnsanların çoxu görməzlikdən gəlsə də,
qiyamət günü sürətlə yaxınlaşır. Quranda bu həqiqətə mühüm şəkildə
işarə edilmişdir:
“O saat mütləq gələcəkdir. Mənim onu az qala açmağım
gəlir  ki,  hər  kəs  etdiyi  əməlin  əvəzini  alsın”.  (“Taha”
surəsi, 15)
Bir xeyli alim sadəcə elmi dəlillərə və tədqiqatlara istinad edərək
kainatın bir gün qəti şəkildə yox olacağı fikrində birləşir. Qəzet, jur-
nal və televiziya kimi bir çox mətbu orqanı alimlərin tədqiqatlarının
nəticələrindən tez-tez misallar verir. Sözügedən həqiqətin fərqində
olan bu adamlar dünyamıza dörd bir yandan yaxınlaşan fəlakətləri
önləmək və bu səbəblə, kainatın ölümünü ertələyə bilmək ümidi ilə
bütün ehtimalları araşdırır, bu mövzularda ciddi çalışmalar aparır.
Araşdırılan  digər  bir  mövzu  isə  bu  ehtimalların  gerçəkləşəcəyi
QİYAMƏT GÜNÜ
82


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə