MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə25/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

təqdirdə dünyamızda meydana gələcək fiziki dəyişikliyin və bunun
həyata  təsirinin  hansı  şəkildə  olacağı  ilə  bağlıdır.  Həmçinin
gerçəkləşdirilən çalışmalar nəticəsində ortaya çıxan faktlarla Allah’ın
Quranda bildirdiyi o günə aid hadisələr bir çox yönlərdən bir-birinə
bənzəyir.
Harun Yəhya (Adnan Oktar) 
83


KAİNATIN ÖLÜMÜNÜN
ARDINCA
Qiyamət  günü  insanların  hamısının  həqiqəti  açıq  gördükləri
andır. İnkarçı bir insan qarşılaşacağına əsla inanmadığı, hətta bu
inamsızlığı nəticəsində davamlı rədd etdiyi və həyatı boyunca dü-
şüncəsindən qaçdığı axirət həqiqəti ilə artıq qarşı-qarşıyadır. Dün-
yada yanıldığının nəticəsini görür, geri dönüş çarələri axtarır, amma
bir nəticə əldə edə bilmir. Dəhşətli aqibətlə qarşılaşmışdır və et-
diklərinin peşmanlığını bütün həqiqəti ilə hiss edir. Onların bu psi-
xologiyası Quranda bizə müfəssəl şəkildə anladılmışdır.
Qiyamət günü insanlar istəsələr də, istəməsələr də Allah’ın Qu-
randa bildirdiyi o günə aid hadisələri qarşılarında görmüşlər. Surun
üfürülməsini tayı-bərabəri görünməmiş hadisələr müşayiət etmiş, yer
və göy parça-parça edilmiş, kainat içindəki canlılarla birlikdə yox
olmuşdur. Hər şey yox olub bütün hadisələr bitdikdən sonra Allah
göyləri, yeri və insanları yeni biçimdə təkrar yaradır. Əlbəttə, göyləri,
yeri və bütün aləmləri yaradan Allah bunların oxşarlarını da yarada-
caq gücə sahibdir:
“Məgər onlar göyləri və yeri yaradan Allah’ın onlar ki-
misini yaratmağa qadir olduğunu görmürlərmi?! Allah
onlar üçün bir əcəl müəyyən etdi ki, ona heç bir şəkk-
şübhə yoxdur. Zalımlar ancaq öz küfrlərində İsrar edib
dururlar”. (“İsra” surəsi, 99) 
QİYAMƏT GÜNÜ
84


“Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaq-
dan yorulmamış Allah’ın ölüləri də diriltməyə qadir ol-
duğunu görüb anlamırlarmı? Bəli, O, hər şeyə qadirdir!”
(“Əhqaf” surəsi, 33)
Qiyamət günündə yaşanacaq hadisələr eynilə Allah’ın Quranda
bildirdiyi şəkildə yerin başqa yerə, göylərin də başqa göylərə çev-
rilməsi olacaq. İnsanlar Allah’ın hüzuruna çıxarılacaq, Onun qarşı-
sında dünya həyatı boyunca etdiklərinin hesabını verəcəklər.
“Qiyamət günü elə bir gündür ki, Yer başqa bir yerlə,
göylər də başqa göylərlə əvəz olunacaq və onlar bir olan,
qalib olan Allah’ın hüzurunda duracaqlar!” (“İbrahim”
surəsi, 48)
Bu çox ağır gün Quranda “din günü”, “hesab və cəza günü”,
“axirət günü” kimi adlarla qeyd olunur. Bu gün yenidən yaradılan
göy və yer artıq əbədi həyata aid olan məkanlardır. İnsanların hamısı
yeni yaradılışla təkrar dirildiləcəklər. O gün inkarçılarla möminlərin
bir-birindən ayrılacağı, əbədi yurdlarına sövq ediləcəyi gündür. İn-
karçılar da daxil olmaqla, kimsə bu günə yad deyildir.
İman gətirən və dünyadakı həyatı boyunca axirət həyatına hazır-
lanan möminlər bu gün yaşanacaq hadisələri daha əvvəl Quranda
özlərinə açıqlandığı şəkildə görürlər. Möminlər Allah’ın onlara vəd
etdiyinə qovuşmanın rahatlığı içindədir. İnkarçılar isə tərifi olmayan
qorxu, peşmanlıq və narahatlıq içindədir. Dünya həyatı boyunca həm
Allah’ın göndərdiyi sistemə qarşı savaşmış və həm də bunu sez-
dirməməyə çalışmış olsalar da, əvvəllər etdikləri səhvin fərqində
olublar. Unutduqları bu həqiqət artıq qarşılarındadır. Dünyada da-
yanmadan: “Bu deyilənlər birdən doğru olarsa”, -deyə düşünərək
barəsində tərəddüd və qorxu içində olduqları, şübhəyə qapıldıqları
həqiqətlə üz-üzədirlər. Sonsuz həyatları boyu yaşayacaqları, qarşısını
əsla  ala  bilməyəcəkləri  və  özlərindən  kənar  edə  bilməyəcəkləri
Harun Yəhya (Adnan Oktar) 
85


böyük əzabın ilk dəqiqələrini yaşamağa başlayıblar:
“Allah’ı necə inkar edirsiniz ki, siz ölü idiniz, O, sizi di-
riltdi. O, sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və
daha sonra siz Ona tərəf qaytarılacaqsınız”. (“Bəqərə”
surəsi, 28)
Sura ikinci üfürülmə və din (diriliş) günü
“Elm və iman sahibləri isə belə deyərlər: “Siz Allah’ın ki-
tabında olan qiyamət gününə qədər qaldınız. Bu, qiyamət
günüdür, lakin siz bilmirdiniz!” O gün zalımlara üzrləri
heç  bir  fayda  verməz.  Və  onların  tövbə  etmələri  də
istənilməz!” (“Rum” surəsi, 56-57)
Hz. Adəmdən etibarən tarix boyunca yaşamış insanların hamısı
Allah’ın və axirətin varlığı barədə xəbərdar edilmiş, Allah’ın onlara
göndərdiyi elçilər vasitəsilə haqq olan dinə dəvət olunmuşlar. Ancaq
Quranda bildirildiyi kimi, az bir toplumdan başqa insanların çoxu
iman etməmiş, özlərini Allah’a və onun elçisinə qarşı qoymuşdular.
Bu insanlar öldükdən sonra yenidən diriləcəkləri həqiqətini də israrla
rədd etmişdilər. Quran bu insanların inkarını bu ayələrdə xəbər verir:
“Onlar: “Allah, ölən bir kimsəni diriltməyəcəkdir!” - deyə
Allah’a möhkəm and içdilər. Xeyr! doğru vəd etmişdir.
Lakin  insanların  əksəriyyəti  bilməz!  Allah  ölüləri  di-
rildəcəkdir ki, ixtilafda olduqları məsələləri izah etsin və
inkar edənlər də özlərinin yalançı olduqlarını bilsinlər”.
(“Nəhl” surəsi, 38-39)
“Əgər  siz  özünüz  kimi  adi  bir  insana  itaət  etsəniz,
şübhəsiz ki, ziyana uğrayarsınız. O, sizə ölüb torpaq və
sür-sümük olduqdan sonra çıxarılacağınızımı vəd edir?
Vəd olunduğunuz şey çox uzaqdır, çox uzaq! Bizim həya-
QİYAMƏT GÜNÜ
86


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə