MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə33/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

hikmətlərindən biri də təlimdir. İnsanlar burada doğrunu, yanlışı,
gözəli, çirkini, yaxşını, pisi tək-tək görərək və müqayisə edərək
öyrənirlər. Dünyada bu xüsusiyyətə sahib olmağın yolu ancaq ağıl,
vicdan və ən vacibi də Allah qorxusundan keçir.
Qiyamət yaradılmışların ən xeyirliləri olan möminlər (Beyyinə
surəsi, 7) ilə yaradılmışların ən pisləri olan (Beyyinə surəsi, 6) in-
karçıların bir-birindən sonsuza qədər ayrılma vaxtıdır. Ayırma günü
Quranda belə izah olunur:
“Elçilərə  vaxt  təyin  olunacağı  zaman  –  deyiləcəkdir:
“Bunlara  verilmiş  möhlət  hansı  günə  qədərdir?”  De-
yiləcəkdir: “Ayırd etmə gününədək!” Sən Ayırd etmə gü-
nünün  nə  olduğunu  bilirsənmi?  Qiyaməti  yalan
sayanların o Gün vay halına! Yoxsa Biz ilk nəsilləri həlak
etmədikmi? Sonrakıları da onlara qatacağıq. Biz günah
sahibləri ilə belə davranırıq. Qiyaməti yalan sayanların o
gün vay halına!” (“Mürsəlat” surəsi, 11-19)
Bu ayırma günü ölümlə başlayır və hesabla davam edir və in-
sanların əbədi yurdlarına yollanması ilə sona çatır. “Qaf” surəsində
kafirlərin və möminlərin əbədi yurdlarına etdikləri səfər belə izah
olunur:
“Ölüm bihuşluğu həqiqətən gələcəkdir. “Ey insan! Bu
sənin uzaq qaçdığın şeydir. Sur üfürüləcəkdir. Bu, vəd
olunmuş təhdid günüdür. Hər kəs onu qova-qova məhşərə
gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə
gələcəkdir. Sən bunun haqqında qəflət içində idin. Amma
Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox
yaxşı görürsən!” Yoldaşı şahid mələk deyəcəkdir: “Bu ya-
nımdakı  hazırdır!”  Allah  əmr  edib  deyəcək:  “Atın
cəhənnəmə hər bir inadcıl kafiri, xeyrə mane olanı, azğın-
laşıb həddi aşanı, şübhə edəni, başqa bir məbudu Allah’a
Harun Yəhya (Adnan Oktar) 
113


tay tutanı. Yoldaşı şeytan deyəcəkdir: “Ey Rəbbimiz! Onu
mən yoldan çıxartmadım, əksinə, o, özü dərin azğınlıq
içində  idi!”  Allah  deyəcəkdir:  “Mənim  hüzurumda
höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.
Mənim sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən de-
yiləm!” O gün Biz cəhənnəmə: “Doldunmu? – deyəcəyik.
O isə: “Yenə varmı? – deyəcəkdir. Cənnət müttəqilərə ya-
xınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır. Budur
sizə vəd edilən cənnət! O, hər bir tövbə edib Allah’a üz
tutan, Onun əmrinə riayət edən, mərhəmətli Allah’dan
Onu görmədən qorxan və Allah’a yönəlmiş qəlblə gələn
kimsələr  üçündür.  Ora  sağ-salamat  daxil  olun!  Bu,
əbədiyyət günüdür”. (“Qaf” surəsi, 19-34)
QİYAMƏT GÜNÜ
114


ÖLÜMLƏ BAŞLAYAN
ƏSL HƏYAT
Təxminən 60-70 ilə qədər qısa bir ömrü İslamın hökmlərini qo-
ruyaraq keçirən möminlər ilə həvəslərinin ardınca qaçaraq Allah’ı
və din gününü unudan kafirlərin alacağı qarşılıq çox fərqlidir. Bu
fərqlilik ilk olaraq ölüm anında ortaya çıxır. Mələklər möminlərin
canlarını gözəlliklə alarkən kafirlərin canını çətinlik içində çıxarırlar.
Mələklər  möminlərə  salam  verib  onları  cənnətlə  müjdələyirlər.
Ayələrdə bildirildiyi kimi, ruhları bədənlərindən xəfif şəkildə alınır.
İnanan hər insan qaçılmaz olduğunu bildiyi və buna görə həyatı boyu
hazırlıq gördüyü sonsuz həyatın giriş qapısı olan ölümlə sevinclə
qarşılaşırlar.
İnkarçılar isə həyatı boyu qaçdıqları, varlığını bildikləri halda,
qulaq ardına vurmağa çalışdığı ölümlə şiddətli sarsıntılar içində qar-
şılaşırlar.  Zəbanilər  əllərini  onlara  doğru  uzadır,  üzlərinə  və
kürəklərinə vuraraq ruhlarını ən dərindən əzabla alırlar və onları al-
çaldıcı, yandırıcı bir əzaba göndərirlər. Bir ayədə belə buyurulur:
“Kaş  sən  kafirləri  mələklər  onların  canını  alarkən
görəydin. Mələklər onların üzünə və yanlarına vura-vura
deyirdilər: “Dadın yandırıcı odun əzabını!”” (“Ənfal”
surəsi, 50)
Harun Yəhya (Adnan Oktar) 
115


Möminlər həyatları boyu bu gün üçün hazırlanırlar və Allah’a
din  günündə  onları  alçaltmaması  üçün  dua  edirlər.  “Ali-İmran”
surəsinin 194-cü ayəsində möminlərin bu duaları belə xəbər verilir:
“Ey  Rəbbimiz!  Öz  elçilərinin  vasitəsi  ilə  bizə  vəd  et-
diklərini ver və qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz
ki, Sən vədindən dönməzsən!”” (“Ali-İmran” surəsi, 194)
Din günündə baş verənlər Allah qorxularını artırır. Lakin Allah
möminləri o çətin günün şərindən qoruduğunu ayəsində belə bildi-
rir:
“Əslində, biz Rəbbimizdən gələ bilən çox kəskin və ağır
bir gündən ehtiyat edirik! Bunun əvəzində Allah da onları
həmin günün qoruyar və onlara gözəllik və sevinc nəsib
edər”. (“İnsan” surəsi, 10-11)
Ayədə də göründüyü kimi, Allah’dan qorxan və axirət günü üçün
hazırlaşan möminlər cəhdlərinin mükafatı olaraq din günü yaşanacaq
çətinliklərə qarşı qorunacaqlar. Çətin əzab isə inkarçıları gözləyir.
Din günündə möminlərin vəziyyəti
Fiziki durumları
“O gün sən mömin kişilərin və mömin qadınların nuru-
nun onların önlərindən və sağ tərəflərindən yayıldığını
görəcəksən. Onlara: “Bu gün sizin müjdəniz ağacları al-
tından çaylar axan cənnət bağlarıdır. Siz orada əbədi qa-
lacaqsınız!” – deyiləcək. Bu, böyük uğurdur”. (“Hədid”
surəsi, 12)
Din gününün qorxusuna qarşılıq, böyük hüzur və rahatlıq içində
olan möminlərin üzləri gözlədikləri qarşılığı almağın güvəni və se-
QİYAMƏT GÜNÜ
116


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə