MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə35/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   44

“Səhifələr  açılacağı  zaman,  göy  qopardılacağı  zaman,
cəhənnəm alovlandırılacağı zaman və cənnət möminlərə
yaxınlaşdırılacağı zaman, hər kəs bu gün üçün özünə nə
tədarük etdiyini biləcəkdir”. (“Təkvir” surəsi, 10-14)
Möminlər üçün isə olduqca asan bir hesab olacağı “İnşiqaq”
surəsində bildirilmişdir:
“Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf
can atırsan. Sən Onunla qarşılaşacaqsan! Kimin kitabı
sağ əlinə veriləcəksə, o, yüngül sorğu-suala tutulacaq və
sevincək öz ailəsinə qayıdacaqdır!” (“İnşiqaq” surəsi, 6-
9)
Möminlər  dünyadakı  həyatlarını,  onları  yaradan  və  doğruya
yönəldən Rəbbimizin istədiyi şəkildə yaşamışlar. Günahlarını isə
sonsuz rəhmət sahibi olan Allah bağışlayacaq. Allah bir çox ayədə
iman gətirib saleh əməllər edənlərin günahlarını yaxşılıqlara çevirib
bağışlayacağını bildirmişdir. O gün Rəbbimizin vəd etdiklərinə qo-
vuşan möminlərə Allah belə buyurur: 
“O gün möminə deyiləcəkdir: “Ey arxayın olan kəs! Razı
qalmış və razılıq qazanmış halda, öz Rəbbinə tərəf dön!
Mənim qullarımın cərgəsinə keç! Cənnətimə daxil ol!”
(“Fəcr” surəsi, 27-30)
Beləliklə,  möminlər  Allah’ın  onlara  olan  lütfü  və  ehsanı
sayəsində sonsuz atəş əzabından xilas olacaq və Rəbbimizin sonsuz
nemətləri ilə dolu olan cənnətə qovuşacaqlar. “Cənnətə gir”, -de-
yiləndə möminini cavabı Quranda belə xəbər verilir:
“Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və
bizi bu yerə varis edən Allah’a həmd olsun! Biz cənnətin
istədiyimiz yerində sakin oluruq. Yaxşı əməl sahiblərinin
mükafatı necə də gözəldir!”” (“Zumər” surəsi, 74)
Harun Yəhya (Adnan Oktar) 
121


Din günündə inkar edənlərin vəziyyəti
Fiziki durumları
Din günündə insanlar yeni bir yaradılışa sahib olacaqlar. Buna
görə, möminlərin üzü imanın nuru və gözəlliyini əks etdirərkən ka-
firlər çirkinləşərlər:
“Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə
onlar Allah’ın rəhmətindən qovulmuş kimsələrdən ola-
caqlar”. (“Qəsəs” surəsi, 42)
Yenə bir çox ayədə o gün inkar edənlərin üzlərini toz, zillət və
qaraltı bürüyəcəyi və qapqara olacağı bildirilmişdir:
“O  gün  neçə-neçə  üzlərə  toz-torpaq  hopacaq,  onları
zülmət bürüyəcəkdir. Məhz onlardır kafirlər, günahkar-
lar!” (“Əbəsə” surəsi, 40-42)
“Sən  qiyamət  günü Allah’a  qarşı  yalan  uyduranların
üzlərini  qapqara  görəcəksən.  Məgər  cəhənnəmdə
təkəbbürlülər üçün yer yoxdur?” (“Zumər” surəsi, 60)
Üzlərdəki bu fiziki çirkinləşmə metafizik bir vəziyyətdir. Allah’ın
istədiyi kimi yaşayıb, heysiyyətli bir həyatı seçməyən bu insanlar
nəfslərinə uyarkən, əslində, özləri alçalmağı qəbul edirlər. Nəfsə
təslim olmağın, vicdana qarşı gəlməyin çirkinliyi və şərəfsizliyi ilə
daxili aləmləri böhran keçirir. Elə buna görə, alçalmışlar olaraq
cəhənnəmə atılırlar:
“Biz istəsəydik, bunun sayəsində onu ucaldardıq. Lakin
o, dünyaya meyil saldı və öz istəyinə uydu. Onun məsəli
itin  məsəlinə  bənzəyir,  onu  qovsan  da,  dilini  çıxardıb
ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin
məsəli belədir. Bu əhvalatları onlara danış ki, bəlkə, fi-
kirləşələr”. (“Əraf” surəsi, 176)
QİYAMƏT GÜNÜ
122


Nəfsin kiçik hiylələri qarşısında məğlub olan bu insanlar dünyada
təkəbbür göstərməyin qarşılığını axirətdə alçaldılma olaraq alacaqlar.
“Ğaşiyə” surəsinin 2-ci ayəsində inkarçıların yalnız fiziki çirkin-
liklərindən deyil, eyni zamanda, alçaldılmalarından da bəhs edilir:
“O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək”. (“Ğa-
şiyə” surəsi, 2)
Xəbərdarlıqlara  baxmayaraq,  ayələri  diqqətə  almamış,  tətbiq
etməyə cəhd etməmiş və vəziyyətlərini düzəltməmiş inkarçılar o
anda heç gözləmədikləri qədər alçaq və çarəsiz vəziyyətə düşməyin
peşmançılığını  yaşayacaqlar.  Allah’ın  ayələrini  rədd  edib  öz
həvəslərinə uyğun həyat tərzini seçənlər Quranda təsvir olunan əzaba
bu rəftarları ilə layiq olduqlarını sübut edirlər. Bu şəxslərin hesab
günündə  düşəcəkləri  vəziyyət  olduqca  çətin  olacaq.  Allah,  heç
şübhəsiz,  haqq  ilə  hökm  etməsi  və  ədaləti  ilə  vədlərini
gerçəkləşdirəcək. Ayələrdə belə buyurulur:
“Allah  kimi  doğru  yola  yönəldirsə,  o,  doğru  yoldadır.
Kimi  azdırırsa,  onlara  Ondan  başqa  dostlar  tapa
bilməzsən. Qiyamət günü Biz onları kor, lal və kar olduq-
ları halda, üzü üstə bir yerə toplayacağıq. Onların sığına-
caqları  yer  cəhənnəmdir.  Onun  alovu  azaldıqca  onlar
üçün alovu artıracağıq”. (“İsra” surəsi, 97)
“O deyəcək: “Ey Rəbbim! Mən dünyada görürdümsə,
indi nə üçün məni kor olaraq gətirdin?” Allah deyəcək:
“Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unut-
dun. Bu gün də sən beləcə unudulacaqsan!”” (“Taha”
surəsi, 125-126)
Quranda kafirlərin, baxışlarını o gün zillətdən aşağı dikəcəkləri
belə bildirilir:
“Onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda, ətrafa
Harun Yəhya (Adnan Oktar) 
123


yayılan  çəyirtkələr  kimi  qəbirlərindən  çıxacaqlar”.
(“Qəmər” surəsi, 7)
Kafirlərin  kor  və  zillətdən  yerə  dikilmiş  gözləri  də  görü-
nüşlərindəki  qorxuncluğu  və  iyrəncliyi  artırır.  Gözdəki  ifadə  və
dəhşət verici görüntü o gün inkarçılara verilmiş bir xüsusiyyətdir.
Allah “Taha” surəsində bu şəxsləri belə təsvir edir:
“O  gün  sur  üfürüləcək  və  o  gün  günahkarları  gözləri
gömgöy göyərmiş halda, bir yerə toplayacağıq”. (“Taha”
surəsi, 102)
Yenə Quranda Allah’ın göndərdiyi elçilərə və ayələrinə qarşı
təkəbbür göstərən bu insanların din günü burunları üzərinə damğa
vurulacağı bildirilmişdir:
“Biz onun burnuna damğa vuracağıq”. (“Qələm” surəsi,
16)
Bu vəziyyət haqsız yerə təkəbbür göstərən insanlar üçün mühüm
alçalma səbəbidir. Burunların xortum olaraq təsvir edilməsi və xor-
tumların üzərinə iyrəncliklərini artıran damğaların vurulması, inkar-
çıların axirətdəki çirkinliyini və rəzil durumlarını göstərir. Axirətdə
olduqca rahat mühitlərdə yaşayacaq möminlərdən fərqli olaraq, in-
karçılar davamlı alçalacaqlar. Möminlər və inkarçılar arasındakı bu
fərq ayələrdə belə bildirilir:
“O gün (neçə-neçə) üzlər nurlanacaq və öz Rəbbinə ba-
xacaqdır. O gün (neçə-neçə) üzlər də tutulub qaralacaq
və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir”.
(“Qiyamət” surəsi, 22-25)
Nə qaçmaq, nə də gizlənmək imkanları vardır. Allah Quranda gö-
rünüşləri ilə dərhal tanınan kafirlərin alınlarından və ayaqlarından
tutularaq cəhənnəmə atıldığını belə bildirmişdir:
“Günahkarlar simalarından tanınacaq, kəkillərindən və
QİYAMƏT GÜNÜ
124


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə