MüƏllifdən II


IIFƏSİL. CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİK VƏ ONUN TƏYİNATI



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə15/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   11   12   13   14   15   16   17   18   ...   266

IIFƏSİL. CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİK VƏ ONUN TƏYİNATI 

13.


 

Hakim  -  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyən  edilmiş  qaydada  həmin  vəzifəyə  təyin  edilmiş  şəxsdir 

(məhkəmə  sədri,  onun  müavini,  kollegiya  sədri  və  ya  birinci, 

apellyasiya, yaxud kassasiya instansiyası məhkəməsinin hakimi); 

14.


 

Məhkəmə iclasında sədrlik edən  - cinayət işinə və ya cinayət 

təqibi  ilə  bağlı  digər  materiallara  təkbaşına,  bir  neçə  hakimdən  ibarət 

tərkibdə  və  ya  andlı  iclasçıların  iştirakı  ilə  baxılarkən  məhkəmə 

iclasında sədrlik edən hakimdir

15.

 

Andlı  iclasçı  -  Azərbaycan Respublikasının  qanunvericiliyi ilə 



müəyyən  edilmiş  qaydada  andlı  iclasçılar  siyahısına  daxil  edilmiş, 

Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş 

və  ədalət  mühakiməsinin  həyata  keçirilməsində  iştirak  etmək  üçün 

məhkəməyə çağrılmış şəxsdir; 

16.

 

Andlı  iclasçılar  kollegiyası  -  Cinayət-Prosessual  Məcəllədə 



nəzərdə  tutulmuş hallarda  və  qaydada  cinayət işlərinə  baxılması üçün 

yaradılan andlı iclasçılardan ibarət qurumdur; 

17.

 

Andlı iclasçıların aparıcısı - verdikt çıxaniması üçün müşavirə 



otağına gedənədək andlı iclasçıların öz tərkibindən seçdikləri şəxsdir

18.


 

Cinayət  prosesinin  iştirakçıları  -  təhqiqatçı,  müstəntiq, 

prokuror,  zərər  çəkmiş  şəxs,  xüsusi  ittihamçı,  mülki  iddiaçı,  onların 

qanuni nümayəndələri və nümayəndələri, şübhəli və ya təqsirləndirilən 

şəxs, onların qanuni nümayəndələri, müdafiəçi, mülki cavabdeh, onun 

qanuni nümayəndəsi və ya nümayəndəsidir; 

19.


 

Cinayət  prosesinin  tərəfləri  -  çəkişmə  və  hüquq  bərabərliyi 

əsasında  cinayət  mühakimə  icraatında  ittihamı  və  müdafiəni  həyata 

keçirən cinayət prosesinin iştirakçılarıdır; 

20.


 

İttiham  -  Cinayət-Prosessual  Məcəllədə  müəyyən  olunmuş 

qaydada  şəxsin  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  konkret  əməli 

törətməsinin israr edilməsidir

21.


 

İttiham  tərəfi  -  birlikdə  götürülmüş  tədqiqatçı,  müstəntiq, 

prokuror,  həmçinin  zərər  çəkmiş  şəxs,  xüsusi  ittihamçı,  mülki 

iddiaçıdır. 

22.


 

İbtidai araşdırma - cinayət işi üzrə ibtidai istintaq və təhqiqat 

növündə məhkəməyədək aparılan icraatdır; 

23.

 

Prokuror  -  öz  səlahiyyətləri  daxilində  Cinayət-Prosessual 



Məcəllədə  nəzərdə  tutulmuş  qaydada  cinayət  işləri  üzrə  ibtidai 

araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  və  ya  dövlət 

ittihamçısı qis- 



2S

 

Mirağa Cəfərquliyev 

mində məhkəmədə ictimai, yaxud ictimai-xüsusi ittihamı müdafiə edən 

şəxsdir; 

24.

 

Müstəntiq  -  öz  səlahiyyətləri  daxilində  Cinayət-Prosessual 



Məcəllədə  nəzərdə  tutulmuş  qaydada  cinayət  işi  üzrə  ibtidai  istintaqı 

aparan şəxsdir

25.

 

Təhqiqatçı  -  öz  səlahiyyətləri  daxilində  Cinayət-Prosessual 



Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  cinayət  təqibi  üzrə 

təhqiqat aparan şəxsdir; 

26.

 

Xüsusi  ittihamçı  -  Cinayət-Prosessual  Məcəllədə  nəzərdə 



tutulmuş  qaydada  və  hallarda  məhkəmədə  ittiham  irəli  sürən  və  onu 

müdafiə edən zərər çəkmiş şəxsdir; 

27.

 

Müdafiə - cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi 



istinad  edilən  şəxsə  qarşı  irəli  sürülmüş  ittihamın  təkzibi  və  ya 

yüngülləşdirilməsi,  onun  hüquq  və  azadlıqlarının  müdafiəsi,  habelə 

cinayət  təqibinə  qanunsuz  məruz  qalmış  şəxsin  pozulmuş  hüquq  və 

azadlıqlarının  bərpası  məqsədi  ilə  həyata  keçirilən  prosessual 

fəaliyyətdir; 

28.


 

Müdafiə  tərəfi  -  birlikdə  götürülmüş  şübhəli  və  ya 

təqsirləndirilən şəxs, onun müdafiəçisi və mülki cavabdehdir

29.

 

Cinayət  prosesində  iştirak  edən  digər  şəxslər  -  hal  şahidi, 



şahid, mütəxəssis, ekspert, məhkəmə iclasının katibi və tərcüməçidir; 

30.


 

Zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının,  şübhəli  və  ya 

təqsirləndirilən  şəxsin,  yaxud  mülki  cavabdehin  qanuni 

nümayəndələri  -  Cinayət-Prosessual  Məcəllədə  nəzərdə  tutulmuş 

hallarda cinayət prosesi zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, 

şübhəli  və  ya təqsirləndirilən şəxsin,  yaxud mülki cavabdehin qanuni 

mənafeyini  təmsil  edən  valideynlər,  övladlığa  götürənlər,  qəyyumlar, 

himayəçi- lər, habelə qəyyumluq və ya himayəçilik orqanıdır; 

31.


 

Zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının  və  ya  mülki 

cavabdehin  nümayəndəsi  -  cinayət  prosesi  zamanı  zərər  çəkmiş 

şəxsin,  mülki  iddiaçının,  yaxud  mülki  cavabdehin  qanuni  mənafeyini 

təmsil  etmək  üçün  notariat  qaydasında  təsdiq  edilmiş  vəkalətnaməyə 

malik olan şəxsdir

32.

 

Yaxın  qohumlar  -  babalar,  nənələr,  valideynlər,  övladlığa 



götürənlər,  doğma  və  ögey  qardaşlar  və  bacılar,  ər-arvad,  uşaqlar, 

övladlığa götürənlər, nəvələrdir; 

33.

 

Qohumlar  -  babaya  və  nənəyə  qədər  əcdadlan  ümumi  olan 



şəxslər,  ər-arvadın  yaxın  qohumlan,  babanın,  nənənin,  valideynin, 

övladlığa 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə