Mirağa Cəfərquliyev
oğulluğa götürmə sirrini, vətəndaşların yazışma sirrini qorumaq üçün
qapalı keçə bilər. Bütün hallarda prosessual qaydalara riayət olunur və
qəbul olunmuş qərarlar və ya hökmlər açıq elan edilir.
Məhkəmə baxışının açıqlığı prinsipi dedikdə cinayət və mülki işlərə
açıq məhkəmə iclasında kənar şəxslərin iştirakı ilə baxılması, radio,
televiziya, mətbuat və sair kütləvi məlumat vasitəsi ilə məhkəmə baxışı
haqqında məlumatlann elan olunmasına yol verilməsi başa düşülür.
Məhkəmə baxışının açıq aparılması məhkəmənin fəaliyyəti üzərində
kütlələrin nəzarətini təmin edir, hakimi, prokuroru və prosesin digər
iştirakçılannı işə daha ciddi yanaşmağa, məhkəmədə işə baxılarkən
etdikləri hər bir hərəkət üçün daha artıq məsuliyyət hiss etməyə vadar
edir.
Məhkəmə proseslərinin açıq aparılması məhkəmə tərəfindən baxılan
hər bir cinayət işində mühüm əhəmiyyət kəsb edir. Belə ki, hər bir
məhkəmə prosesi tələb edilən səviyyədə və düzgün apanlarsa,
məhkəmənin iclas salonunda iştirak edən şəxslərə və təqsirləndirilən
şəxsin özünə müəyyən tərbiyəvi təsir bağışlayacaqdır. Bu baxımdan
məhkəmə iclaslannm bilavasitə nazirliklərdə, müəssisələrdə,
təşkilatlarda, yataqxanalarda və s. ictimai yerlərdə keçirilməsi xüsusilə
vacibdir.
Məhkəmə iclasının qapalı aparılması haqda bütün hallarda motivli
qərar çıxarılır və bu, açıq elan edilir. İşə qapalı məhkəmə iclasında
baxılması məsələsi məhkəmənin hazırlıq iclasında həll edilə bilər
(CPM-in 301.2.12 mad.).
13.
Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və
ədalətliliyi - obyektiv həqiqət prinsipi
Bu prinsip işin hallarının elə mükəmməl və ardıcıl araşdırılmasını
nəzərdə tutur ki, onun köməyi ilə obyektiv həqiqəti müəyyən etmək
mümkün olsun.
Konstitusiyanın 127-ci maddəsi birmənalı olaraq bildirir ki,
«hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə,
faktlara əsasən və qanuna müvafiq baxırlar».
Konstitusiyanın bu kompromissiz tələbi Cinayət-Prosessual
Məcəllənin cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və
ədalətliliyi adlı 28-ci maddəsində daha dolğun izah olunmuşdur.
n'FƏSİL CİNA YƏTMÜHAKİMƏ İCRAATININ ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ)
Bu maddəyə əsasən, məhkəmələr cinayət işlərinə və cinayət təqibi
ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-
Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi
proseduralara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar.
Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun
mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Hakim
və ya andlı iclasçı şəxsən cinayət prosesinin nəticəsi ilə birbaşa, yaxud
dolayı yolla maraqlıdırsa, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər
material üzrə ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edə
bilməz.
Bundan əlavə, cinayət-prosessual qanunvericilikdə göstərilir ki,
cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr aşağıdakı
vəzifələri yerinə yetirməlidirlər:
1)
cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün
hallann hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti
təmin etmək;
2)
şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona
bəraət verən hallan, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran
halları nəzərə almaq;
3)
şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təq-
sirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini
yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud
müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq;
4)
cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən
şikayətləri yoxlamaq;
5)
cinayət prosesi iştirakçılannın iştirak etmək hüququnu təmin
etmək.
Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı
mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər
uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı
işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir
zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir.
İşin hallarının hərtərəfli tam və obyektiv araşdırılması prinsipinin
tələblərinə əməl edilməsi bir qayda olaraq iş üzrə obyektiv həqiqətin
müəyyən edilməsi ilə nəticələnir. Bu səbəbdən də göstərilən prinsip bəzi
hüquq ədəbiyyatlarında obyektiv həqiqət prinsipi adlanır.
m
Mirağa Cəfərquliyev
İşin hallannm hərtərəfli, tam və obyektiv araşdırılması prinsipi
cinayət prosesinin üç mühüm müddəasını özündə cəmləşdirir:
a)
tamlıq - işin düzgün həlli üçün əhəmiyyəti olan bütün halların
müəyyən edilməsi;
b)
hərtərəilüik - işə aid bütün mümkün olan fərziyyələrin qurulması
və yoxlanılması, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət
verən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran bütün hallann
yoxlanılması, cinayət-hüquqi baxımdan əhəmiyyət kəsb edən tədqiq
olunan hadisənin həqiqətdə olduğu kimi müəyyən edilməsi və s.;
c)
obyektivlik - işin hallarının həqiqətdə olduğu kimi qərəzsiz və
tam dəqiqliyi ilə tədqiq edilməsi və müəyyən edilmiş obyektiv faktlara
tam uyğun qərarın qəbul edilməsi.
Qanunvericilik işin hallarının hərtərəfli, tam və obyektiv
araşdırılmasını cinayət prosesini həyata keçirən orqanlardan bir vəzifə
olaraq tələb edir.
İşin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması prinsipi tələb
edir ki, təqsirləndirilən şəxsin təqsiri şəksiz müəyyən edilsin, ittiham
hökmü obyektivliyinə, etibarlılığına şübhə yaradan sübutlara, yaxud
fərziyyələrə əsaslanmasın və məhkəmə baxışında təqsirləndirilən şəxsin
təqsiri sübut olunduqda çıxarılsın.
14.
Cinayət prosesində tərəflərin çəkişməsi - çəkişmə prinsipi
Cinayət-prosessual hüquq elmində çəkişmə təkcə cinayət mühakimə
icraatının tarixi formasını deyil, eləcə də onun prinsipini təşkil edir.
Müsbət bir hal kimi qeyd etmək lazımdır ki, “çəkişmə” termininin
bütövlükdə məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata
keçirildiyi ilk dəfə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci
maddəsinin VII bəndində nəzərə alınmışdır. Bundan sonra bu anlayış
digər
qanunlarda
və
Azərbaycan
Respublikasının
yeni
Cinayət-Prosessual Məcəlləsində cinayət prosesinin demokratik
prinsiplərindən biri kimi şərh edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 7-ci
bəndində göstərilir ki, məhkəmə icraatı çəkişmə prinsipi əsasında
həyata keçirilir.
Dostları ilə paylaş: |