Tanser bu məktubda mövcud vergilərdən, torpaq mülkiyyətindən və
ictimai təbəqələrdən ətraflı bəhs edir. Bu məktub bir sıra tarixçilərin nəzər-
diqqətini özünə cəlb etmiş, haqqında sovet və Avropanın bir sıra tədqiqatçıları
tədqiqat işi aparmışlar. Həmin dövrün mənbələrindən biri də ―Karnamak-e Ərdəşir-
e Papakən‖dir. Tarixi roman formasında yazılmış bu əsərdə Sasanilərin hakimiyyət
başına gəlməsi və parfiyalıların sonuncu hökmdarı Ərdavanın məğlub edilməsi,
Habelə Sasanilər imperiyasının inzibati bölgüsü haqqında məlumat verilir. Əsər öz
növbəsində dövrün iqtisadi-sosial tarixinin öyrənilməsində mühüm əhəmiyyətə
malikdir.
Əsərdə
Parfiya
sülaləsinin
sonuncu
nümayəndəsi
Ərdavanın
hakimiyyətdən əl çəkib qaçması, Avestanın Makedoniyalı İskəndər tərəfindən
yandırılması və yeni sülalə olan Sasanilərin hakimiyyət başına necə və hansı yolla
keçməsindən ətraflı surətdə danışılır. ―Matakdani hazar datastan‖ adlı mənbə
haqqında son illərdə Leninqrad şərqşünası A. Perixanyan tədqiqat işi aparmışdır.
Bu əsərin öz növbəsində Atropaten tarixinin öyrənilməsində də mühüm əhəmiyyəti
vardır. Əsərdə ―şəhrik‖ və ―anşəhrik‖, ―Xastak‖, ―dastakert‖ terminləri ətraflı
işıqlandırılır, İran və Azərbaycan ərazisində süni suvarma kanallarının
çəkilməsindən, onların kimlərə məxsus olmasından, habelə orada qulların
əməyindən istifadə edilməsindən ətraflı surətdə danışılır. Sasanilər dövrünün
hüquqi kodeksi olan əsərdə dövrün hüquqi normaları müəyyənləşdirilir. Bu dövr
quldarlıq quruluşundan feodalizmə keçid dövrüdür. Ona görə də bu əsərdə hər iki
quruluşun iqtisadi-ictimai və hüquqi normaları aydınlaşdırılır. Dünyanın bir sıra
tarixçiləri, o cümlədən Sovet tarixçiləri bu əsərdən geniş surətdə istifadə etmişlər.
Pəhləvi dilində yazılmış əsərlərdən biri də ―Şatristanha-ye İran‖ əsəridir. Əsərin
VIII əsrdə Bağdadın xəlifəsi əl-Mənsur tərəfindən bina edilməsi ilə əlaqədar
redaktə edilmiş nüsxəsi bizə gəlib çatmışdır.
Markvartın dediyinə görə, ―Şatristanha-ye İran‖ ―Xvatay namaq‖ ilə
əlaqədar olaraq əldə edilmişdir. Bu əsər qiymətli əsərdir. Adından da məlum
olduğu kimi İran və Azərbaycan şəhərlərinin tarixinə aid olan bu əsər demək olar
ki, yeganə mənbədir.
Əsərdə Qanzak (Qazaka) – Atropaten dövlətinin paytaxt şəhərindən və
habelə Bağdaddan bəhs edilir. Bu əsər XIX əsrin sonundan tədqiq edilməyə
başlanmış, sonralar müxtəlif dillərə tərcümə edilmişdir. Əsərdə ticarət yolları
haqqında da məlumatlara təsadüf edilir.
Pəhləvi dilində yazılmış ―Ardavirafnamə‖, ―Şəkand-e kamanik‖,
―Şətrənc‖ adlı əsərlərin də mühüm elmi əhəmiyyəti vardır. ―Xosrov Ənuşirəvanın
öz yaxın adamlarına məktubu‖ adlı əsərdə qədim Azərbaycanın sərhədləri
şimaldan Dərbənd, cənubdan isə Həmədana qədər olan əraziləri əhatə etdiyi
göstərilir. Azərbaycanın tarixi sərhədlərinin müəyyənləşdirilməsi üçün mühüm
elmi əhəmiyyətə malikdir.
Atropatena tarixinin öyrənilməsində I Şahpurun tərəfindən yazdırılmış
kitabənin də öyrənilməsi vacibdir. Bu kitabədə bir sıra inzibati və siyasi bölgülərin
adı çəkilir. Bundan başqa Kartir tərəfindən yazılmış ―Kəbeye Zərdüşt‖, ―Sər
Məşhəd‖, ―Nəqşe Rəcəb‖ və başqa kitabələrin araşdırılması da məqsədəuyğundur.
Pəhləvi dilində olan bir sıra mənbələrdə Zərdüşt dini, Atropatenanın bu
dinin mərkəzi olması ilə əlaqədar ölkənin təbiəti, faydalı qazıntıları, şəhərləri,
çayları, gölləri, dağları, habelə münbit torpaq sahələri haqqında məlumata təsadüf
edilir. Nəhayət, ərəb xilafəti dövründə Atropatena, Ermənistan və Gürcüstanla
maraqlanan bir sıra coğrafiyaşünas, tarixçi və səyyah Azərbaycana gəldikdən sonra
bu ölkənin təbii-fiziki coğrafiyası, faydalı qazıntıları, yerli əhalisi, istehsal edilən
mallar, habelə bu ərazinin məhsuldarlığına dair qiymətli məlumatlar vermişlər.
Onlardan IX – XII əsrlərdə yaşamış Məhəmməd Təbəri, əl-Məsudi, əl-İstəxri, əl-
Müqəddəsi, İbn Hövqəl, İbn Fəqih, İbn əl-Əsir, əl-Yəqubi, Yaqut Həməvini və b.
göstərmək olar. Bu müəlliflər tədqiq etdiyimiz dövrdən bir neçə əsr sonra yaşayıb-
yaratsalar da, onların əsərlərində Atropatenanın fiziki coğrafiyası, təbiəti, ölkənin
iqtisadi-ictimai və siyasi tarixinə aid külli miqdarda məlumata rast gəlirik.
Qədim erməni müəlliflərinin əsərlərində də Atropatena tarixinin
öyrənilməsinə aid qiymətli tarixi və coğrafi faktlar vardır. Bu müəlliflər
Ermənistan tarixini yazarkən istər-istəməz Atropatena, İran və digər qonşu
ölkələrin tarixinə də toxunmuşlar.
Aqafangel, Yeqişe, Favst, Buzand, Movses Xorenatsi, Sebeos, habelə
alban (Qafqaz) tarixçisi Movses Kalankatvatsi və başqaları Atropatenanın
şəhərləri, iqtisadi-ictimai və siyasi tarixi, təbii sərvətləri və s. haqqında olduqca
dəyərli fikir söyləmişlər.
Atropatenanın tarixi haqqında ərəb və farsdilli mənbələrin də araşdırılması
mühüm elmi əhəmiyyətə malikdir. Azərbaycan, eləcə də Zaqafqaziya ərəblər
tərəfindən işğal edildikdən sonra həmin əsərlərin müəllifləri Azərbaycan,
Gürcüstan və Ermənistanı hərtərəfli öyrənməyə başlamış və hər üç ölkəni
―Ərməniyyə‖ adı altında tədqiq etmişlər. Ərəb tarixçilərindən Təbəri (IX – X
əsrlər) özünün ―Tarixi Təbəri‖ əsərində Sasani dövrünün iqtisadi-siyasi tarixini
yazan zaman əsərinin çox mühüm hissəsini Azərbaycana həsr etmişdir. O, öz
əsərində Azərbaycanın qədim ölkə olmasını göstərmiş, onun iqtisadi-ictimai və
siyasi tarixi haqqında qiymətli məlumat vermişdir. ―Xudaynamə‖yə əsaslanan
Təbəri Azərbaycanın mükəmməl siyasi tarixini verə bilmişdir. Lakin onun
Azərbaycanın qədim tarixi haqqında olan məlumatı o qədər də dövrə uyğun gəlmir.
İstər-istəməz onun fikirlərinin hansı mənbədənsə götürüldüyü nəzər-diqqəti cəlb
edir. Görkəmli ərəb coğrafiyaşünası Məsudi (X əsr) ―Müruc əl-zəhəb və əl-məadin
əl-cövhər‖ əsərində Azərbaycanın faydalı qazıntılarından, təbii coğrafi şəraitindən,
habelə siyasi tarixindən ətraflı məlumat vermişdir. Məsudi Qanzak şəhəri ətrafında
qiymətli daş-qaş, neft və digər faydalı qazıntıların olduğunu qeyd edir. Məsudinin
Qazaka (Şiz) şəhəri, Azərgəşəsp atəşgədəsi və habelə Zərdüşt haqqında olan
Dostları ilə paylaş: |