Əhəməni imperiyasını taxıl, ət, yun, minik atı və s. ilə təchiz edən əsas baza idi.
Əhəmənilər, sonralar isə parfiyanlar, sasanilər həmişə apardıqları uzun-uzadı
müharibələrdə Atropatena ərazisinin əlverişli strateji mövqeyindən istifadə etmiş,
həm də öz ordularını buranın maddi və iqtisadi sərvətləri ilə təmin etmişlər.
Təsadüfi deyil ki, Əhəməni imperiyasının süqutundan sonra məhz Atropatenada
müstəqil dövlət təşkil edilmişdir.
Əsərdə mənbə və ədəbiyyatın, arxeoloji qazıntıların təhlilinə, ölkənin
tarixi-fiziki coğrafiyasına, iqtisadi-ictimai və siyasi tarixinə, yerli əhalinin maddi-
mənəvi mədəniyyətinə xüsusi diqqət verilmişdir.
İran tarixçilərindən M. Etimad əs-səltənə ―Mirat əl-buldan‖, Cəmaləddin
Fəqih ―Aturpatakan və nəhzət-e milli‖, Cavad Məşgur ―Təbriz tarixi‖ və
―Azərbaycan tarixi‖ adlı monoqrafiyalarında Atropatenanın qədim dövr tarixinin
bir sıra məsələlərinə toxunmuşlar. Həmin müəlliflər iqtisadi-ictimai problemlərin
tədqiqindən yan keçərək elmə çoxdan məlum olan bir sıra məsələlər üzərində səthi
olaraq dayanmışlar. C. Fəqih Atropatenanın tarixi sərhədlərini belə düzgün
müəyyənləşdirə bilməmişdir.
Cavad Məşgur ―Azərbaycan tarixi‖ və ―Təbrizin tarixi‖ adlı əsərlərində öz
həmkarlarının fikirlərini təkrar etmişdir. Ümumiyyətlə, İran tarixçiləri İranın qədim
tarixini yazarkən istər-istəməz Atropatena tarixinə də toxunmuşlar. O cümlədən H.
Pirniya ―İran-e bastan‖, Ə. Kəsrəvi ―Azəri ya Zəban-e bastan-e Azərbaycan‖, S.
Nəfisi ―Təməddün-e Sasani‖, Rəhimzadə Səfəvi ―Tarix-e iqtisadi-İran‖, Əbülfəz
Nəbii ―Azərbaycan dər qələmrove islam‖ (―Məcəllə-e danişgədə-e əsəbiyyat və
ülüm-e insani-e daneşgahe Firdovsi‖, Şəmare-e sevvom sal-e Cahardahhom (№54)
Məşhəd, 1979) və başqaları öz əsərlərində səthi də olsa Atropatenanın siyasi
tarixindən bəhs etmişlər. İranın qədim tarixinin Sasanilər dövrü ilə məşğul olan bir
sıra Avropa tarixçiləri, o cümlədən A. Kristensen ―Tarix-e Sasaniyan‖ əsərində
ərəb və erməni müəlliflərinə istinad edərək Sasanilərin inzibati idarə sistemini
geniş şərh etmişdir. Rus və sovet alimlərindən V. V. Bartold, G. A. İnostrantsev,
A. E. Krımski, sovet tarixçilərindən M. M. Dyakonov, İ. H. Əliyev, Z. İ.
Yampolski, Z. M. Bünyadov, A. Q. Perixanyan, V. Q. Lukonin, Ə. S. Sumbatzadə,
K. H. Əliyev, T. M. Məmmədov, F. C. Məmmədova, S. Y. Qasımova və başqaları
öz əsərlərində yeri gəldikcə Atropatena tarixinin bir sıra məsələlərinə toxunmuş və
ya xüsusi tədqiqat əsərləri həsr etmişlər.
Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq Atropatenanın ictimai-
iqtisadi, siyasi və mədəni həyatı xüsusi tədqiqat obyekti olmamış və ilk təşəbbüs
kimi oxuculara təqdim etdiyimiz həmin əsər Atropatena tarixinə həsr edilmişdir.
Şübhəsiz, kitabda bəzi mübahisəli problemlər də öz yerini tapmışdır ki, bu
problemlərin qəti həlli öz gələcək tədqiqatçısını gözləyir.
Kitabın çapa hazırlanmasında mənə yaxından köməklik etmiş Azərb.
Respub. EA Tarix İnstitutu qədim dövr şöbəsi kollektivinə, əməkdar elm xadimi,
tarix elmləri doktoru S. B. Aşurbəyliyə və Qurbanov Rzaya təşəkkürümü
bildirirəm.
GĠRĠġ
Azərbaycan tarixşünaslığında Atropatena tarixinin geniş tədqiq edilməsi
müxtəlif dilli mənbə və ədəbiyyatın araşdırılması çətinlikləri ilə sıx bağlıdır. Lakin
Sasani imperiyası haqqında istər Sovet İttifaqında, istərsə də xarici ölkələrdə xeyli
tədqiqat əsərləri yazılmışdır. Atropatena Sasanilərin ən mühüm padkuslarından
olduğuna görə onun iqtisadi-ictimai tarixi də həmin əsərlərdə işıqlandırılmışdır.
Tədqiq etdiyimiz dövrün (eramızdan əvvəl IV-eramızın VII əsrləri)
öyrənilməsində ilk növbədə Atropatena ərazisində aparılmış arxeoloji qazıntıların
nəticələrini araşdırmaq lazımdır. Lakin indiyə qədər Atropatena ərazisində planlı
sürətdə arxeoloji qazıntı işləri nisbətən az aparılmışdır. Son vaxtlar yeni yolların və
kanalların çəkilişi, müxtəlif tikintilərlə əlaqədar təsadüfi hallarda bir sıra maddi-
mədəniyyət abidələri aşkar edilmişdir. Məsələn, Ərdəbil, Meşginşəhr, Maku,
Mərənd, Sarab və digər ərazidə aşkar edilmiş tapıntıları nümunə göstərmək olar.
Atropatena tarixinin öyrənilməsində Baruc, Gənctəpə, Təxt-e Süleyman,
Muğan, Ərşə mahalı, Germi və Sarab qazıntıları böyük əhəmiyyətə malikdir.
Baruc qalası Mərənd şəhərindən 12 km aralıda yerləşir. Orada qala aşkar
edilmiş, qaladan külli miqdarda tapılmış dəmir alətlər, saxsı qablar, habelə zinət
şeylərinin tədqiqi həmin qalanın Atropatena dövrünə aid olduğunu sübut edir.
Maraqlı burasıdır ki, Baruc qalasının materialları Ərşə və Germi mahallarından
tapılmış materiallarla eyniyyət təşkil edir. Ərşədən tapılmış materiallar Atropatena
tarixinin iqtisadi-ictimai inkişaf səviyyəsini öyrənməyə imkan verir. Bu ərazidə
aşkar edilmiş küp qəbirlər Albaniya (Mingəçevir və s.) küp qəbirləri ilə nəinki
oxşar, bəlkə də dövr və material baxımından eynidir. Germi qazıntılarından
(Ərşədə) tapılan zinət və saxsı məmulatlar eramızın I – III əsrlərində Atropatenada
sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyini söyləməyə imkan verir.
Tarixi mahal olan Ərşə vilayətinin etimologiyasını Arşakilərlə
əlaqələndirmək bir daha məqsədəuyğundur. Biri digərinə yaxın olan Ərşə və Germi
mahalları Savalan dağının şimalında, Qaradağ silsiləsinin Talış dağları ilə
birləşdiyi ərazidə yerləşir. Parfiyan kəndlərində (Germi rayonu) aparılmış arxeoloji
qazıntılar bu ərazidə 3 növ qəbir tipinin mövcud olduğunu aşkar etmişdir. I tip
qəbirlər (e.ə I və eramızın I əsri).
I tip: Düzbucaqlı tip 1,50 m dərinliyində 2-2,5 m uzunluğa malik olan bu
qəbirlər böyük daşlarla tikilirmiş. Üstünə isə bir və ya bir neçə iri daş qoyulurmuş.
Qəbrin içi qırla suvanmışdır. Ölünün ayaq tərəfində tikilmiş daxmaca balaca qapı
vasitəsi ilə qəbir ilə birləşdirilmişdir. Ölünün istifadə etməsi üçün daxmaya kasa,
kuzə, cam, şərab və başqa hədiyyələr qoyulurmuş. Dəfn edilənin baş tərəfində
düşmənlə mübarizə etmək üçün xəncər, qılınc, gürz kimi silahlar qoyulurdu.
Dostları ilə paylaş: |