şahzadələr və ustandarlar məşğul olurdu. Digər məktəblərə gəldikdə orada mağlar,
onları isə hirbod və yaxud atrvanlar əvəz etməklə təlim tərbiyə işilə məşğul
idilər
360
.
Həmin məktəblərin təlim-tərbiyə proqramı 3 mühüm hissəyə dini-əxlaqi,
fiziki (idman) və yazıb-oxumağa bölünürdü. Təlim-tərbiyənin əsas hissəsini təşkil
edən dini və əxlaqi təlim cəmiyyətə üzv olmaq üçün ən zəruri məsələlərdən biri
sayılırdı. Belə ki, Büzürgmehrin ―nəsihətnamə‖sində göstərilir ki, hər bir şəxs
gecə-gündüzün üçdə birini dini-əxlaqi tərbiyəyə sərf etməlidir; lallar, karlar və
şikəstlər bu təlim üsulundan azaddırlar.
7 ilə 15 yaş arasında bir gün bayram edilir. Dost-tanışlar həmin məclisə
dəvət olunur. Məbəddə xüsusi dini ayinləri yerinə yetirir, uşaq yuyundurulduqdan
sonra məbədin göstərişilə kəlmeyi-şəhadət deyir. ―Sədrə‖ (müqəddəs köynək)
geydikdən sonra ―geşti‖ (müqəddəs kəmər) bağlayır. Beləliklə, gəncə Zərdüşt
dinini qəbul etdirirlər.
A. Kristensen göstərir ki, ―qaranlıq otaqlarda oddanda olan od şölə çəkir,
arxasında isə metal alət bərq vurur, ruhanilərin uca və bəzən bəmdən ürəyə yatan
zümzümələri
eşidənləri ehtizaza gətirir, istər-istəməz özünə cəlb edirdi‖
361
.
Zərdüşt dininin təriqətlərində fiziki tərbiyəyə, xüsusən idmana ciddi yer
verilmişdir. Xəstələnmə, zəifləmə Əhrimənin əməllərinə məxsusdur. Ona görə də
Əhrimənlə mübarizə aparmaq üçün sağlamlığa, təmizliyə, qüvvətlənməyə ciddi
fikir verilməlidir. Sağlam bədən sağlam düşüncəyə malikdir şüarı hələ qədim
zamanlardan bizim əcdadımızı düşündürmüşdür. Bir sıra mənbələr də bizim
dediyimizi təsdiq edir. O cümlədən Herodot, Ksenefon və Strabonda cıdır, ox
atmaq, ov, çovkan, güləş və zubin atmaq kimi idman növləri göstərilmiş.
Qədim Azərbaycan atçılığın inkişafında mühüm rol oynamış ölkələrdən
biridir. Manna, Midiya, Atropatena və habelə Sasanilər hakimiyyəti dövründə bu
ərazidə atçılıq çox inkişaf edib, Yaxın və Orta Şərqdə böyük şöhrət qazanmışdı.
Çox güman ki, at ilk növbədə burada əhliləşdirilmişdir. Digər tərəfdən
nal, yügən, ağızlıq, yəhər və ikitəkərli araba burada ixtira edilmişdir. Qədim
Azərbaycanda at ailə üzvü sayılırdı. Belə ki, dua və nəzir-niyazda ailə ilə birlikdə
həmin ailəyə məxsus olan atın da adı çəkilirdi. İstər qədim, istərsə də orta əsr
dastanlarında qəhrəmanların adı ilə atlarının adının bir sırada çəkilməsi bizim
fikrimizi qismən də olsa təsdiq edir. Firdovsinin ―Şahnamə‖, Nizaminin ―Xəmsə‖,
Mənuçehrinin divanında və s. ədəbi əsərlərdə atın adı, onun cəmiyyətdə tutduğu
mövqe haqqında dəfələrlə qeyd edilmişdir. Müasir dövrə qədər Atropatenanın
gözəl, qıvraq və yaraşıqlı at cinslərinin gəlib çıxması, at tövlələrinin hörməti
(müqəssir şah və yaxud rütbə sahibi at tövləsinə girdikdə ona toxunulmur və o
bağışlanılırdı) bizim fikrimizi təsdiq edir. Azərbaycanda toy və bayram
360
Yenə orada.
361
Artur Kristensen. İran dər zaman-e Sasaniyan, Tehran, 1317, s. 76. R. Yasəminin tərcüməsi.