fəsil və yaxud ―Nəsk‖ə bölünmüşdür. Sasanilər dövrü Avestanın 345700 sözündən
ancaq 83000 kəlməsi bizə gəlib çatmışdır. Qalanı isə ehtimal ki, ərəb və monqol
işğalları dövründə aradan çıxmışdır. Bizə gəlib çatmış olan Avestanın bölmələri
aşağıdakılardan ibarətdir: Qatha, Yəsna, Vidivdat, Yəşt, Visparad və Xurda
Avesta.
Zərdüşt ilk dəfə öz ideologiyasını və təriqətinin qayda-qanunlarını şer
halında təbliğ edirdi. Onun şagirdləri də Zərdüştün nəğmə və dualarına oxşar
nəğmə və dualar hazırlayırdılar.
Avestanın yazıldığı yer də hələlik mübahisəlidir. Bir sıra tədqitatçılar
Avestanı İranın şərqinə, Orta Asiyaya, digərləri isə onu İranın şimal-qərbi olan
Azərbaycana aid edirlər.
İ. H. Əliyevin fikrinə görə, istər Avropa və istərsə Sovet alimləri
içərisində hər iki nöqteyi-nəzəri müdafiə edən adlı-sanlı tədqiqatçılara təsadüf
edilir
407
.
Faktlar göstərir ki, məhz Azərbaycan dini mərkəz olmuşdur. Mühüm
atəşgədələrin bu ərazidə yerləşməsi və dini ayinlərin icrası Azərbaycanın dini
mərkəz kimi şöhrətlənməsində mühüm rol oynamışdır. Xüsusilə bu vəziyyət
Sasanilər dövründə daha qabarıq şəkildə diqqəti cəlb etmiş olur. Sasanilər
dövrünün mənbəyi sayılan ―Karnameyi-Ərdəşire Papakan‖ da həmin dövrün üç
adlı-sanlı atəşgədəsi haqqında məlumat verilir. Bu atəşgədələrdən biri də
Azərbaycanda olmuş Azərgəşəspdir. Sasanilər dövrünün ruhaniləri Azərbaycanda
dini təlim aldıqdan sonra ölkənin digər dini mərkəzlərinə göndərilirdi. Digər
tərəfdən möbədlərin möbədi daima Azərbaycanın Şiz şəhərində olan Azərgəşəsp
atəşgədəsini özünə iqamətgah seçmişdi.
Ümumiyyətlə, Zərdüştün Azərgəşəsp atəşgədəsi yerləşdiyi ərazidə anadan
olması həmin möbədə hörmət qazandıra bilmişdir.
Nəticə
Azərbaycan tarixinin olduqca mürəkkəb və ən az tədqiq edilmiş
Atropatena dövrünün öyrənilməsi böyük zəhmət tələb edir və onun ciddi tədqiqata
ehtiyacı vardır. Bu baxımdan oxuculara təqdim edilən bu monoqrafiya müəyyən
nöqsanlarına baxmayaraq Atropatena tarixinə dair yazılmış ilk tədqiqat
əsərlərindən biridir.
Tədqiqatın nəticələrindən məlum olur ki, Atropatena ərazisi bəşər
mədəniyyətinin ilk mərkəzlərindən biri olmaqla bərabər, həm də cəmiyyət tarixinin
bütün mərhələlərini özündə əks etdirmişdir. Atropatena ərazisində aparılmış
arxeoloji tədqiqatların nəticəsi sübut edir ki, əsrlər boyu atropatenalılar
özünəməxsus zəngin maddi və mənəvi mədəniyyətə malik olmuşdur. Həsənlu,
407
İ. H. Əliyev. Göstərilən əsəri, s. 14 – 30.
Təxt-e Süleyman qazıntıları dünya mədəniyyəti xəzinəsinə olduqca nəfis incilər
bəxş etmişdir.
Həsənludan tapılmış ―qızıl cam‖, ―gümüş güldan‖, habelə digər zərgərlik
məmulatları dünya tədqiqatçılarını heyrətdə qoymuşdur. Ərdəbil, Maku, eləcə də
Baruc və Zöhhak qalasından təsadüfi hallarda tapılmış silah və zinət şeyləri,
məişətdə istifadə edilən digər əşya olduqca maraqlıdır. Atropatena ərazisində külli
miqdarda payızlıq və yazlıq taxıl məhsulunun yetişdirilməsi, dünyada misli
olmayan ―Nisa‖ cins atlarının bəslənilməsi, bir dəfə əkilmiş taxıl zəmilərindən 2
dəfə məhsul əldə edilməsi, bu ərazidə külli miqdarda mal-qara və xırdabuynuzlu
heyvanların yaylaq-qışlaq şəraitində bəslənilməsi, ölkəyə dünya şöhrəti
qazandırmışdı. Məhz buna görə də Atropatena dünya ticarətinə cəlb edilmiş ilk
ölkələrdən biri olmuşdur. Atropatena ərazisində Təbriz, Ərdəbil, Urmu, Marağa,
Miyana, Zəncan, Naxçıvan, Maku, Sarab, Mərənd və digər şəhərlərin yaranıb
inkişaf etməsi ölkənin daxilində böyük iqtisadi və ictimai təbəddülat yaratmış,
onlar mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilmişdir. Atropatena şəhərləri
quru, həm də su (dəniz) ticarət yolları vasitəsi ilə dünyanın müxtəlif ölkələri ilə
ticarət və mədəni əlaqə saxlayırdı. Atropatena şəhərləri şimalda Qafqaz Albaniyası,
İberiya, Ermənistan, şərqdə məşhur ―İpək yolu‖ vasitəsi ilə İran, Orta Asiya,
Hindistan və Çin, qərbdə Kiçik Asiya ölkələri ilə iqtisadi əlaqəyə girirdi.
Şəhərlərdə hazırlanmış qiymətli sənət nümunələri, o cümlədən xalça,
bəzək şeyləri, yun məmulatları dünya şöhrəti qazanmışdı. Texniki cəhətdən
mürəkkəb, estetik cəhətdən zövq ilə hazırlanmış bəzək əşyaları, xüsusən zərgərlik
nümunələri qonşu ölkələrdə də məşhur idi. Əkinçilik, maldarlıq, toxuculuq,
metalişləmə, dulusçuluq və s. Atropatenanın təsərrüfat həyatının əsasını təşkil
edirdi. Atropatenalılar Əhəməni imperiyasına, parfiyalılara, xüsusilə Roma
işğalçılarına qarşı amansız mübarizə aparmışdır.
III Daranın məğlubiyyətindən sonra Atropatın başçılığı ilə bu ərazidə
Atropatena dövləti yaranmış və 350 il müstəqil dövlət kimi öz varlığını qoruyub
saxlamışdır. Atropatena Sasanilərin dövründə imperiyanın dini və ideoloji
mərkəzinə çevrilmişdi. Avesta məhz Atropatena möbədləri tərəfindən toplanıb
kodifikasiya edilmişdir,
Sasani şahları tac qoyduqda Ktessifondan (Mədaindən) Qazakaya piyada
gəlib müqəddəs odu ziyarət etdikdən sonra şahlığa çatırdılar.
Atropatena tarixinin qismən olsa da təhlili bizə imkan verir ki, aşağıdakı
nəticələrə gələk:
Atropatena ərazisi dünyanın ən gözəl və əlverişli təbii-coğrafi şəraitə
malik olan bir ərazi olmuşdur.
Burada olan təbii, yeraltı və yerüstü sərvətlər ölkə iqtisadiyyatını inkişaf
etdirməyə şərait yaradırdı. Bu ərazidə əkinçilik, maldarlıq, sənətkarlıq, ticarət və
şəhər həyatı inkişaf etmişdi. Burada bəslənilən atlar dünya şöhrəti qazanmışdı.
Dostları ilə paylaş: |