MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə17/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
#4581
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

57
Peşəkar İnkişafı Milli Mərkəzinə ərizə ilə müraciət etməli və onda məktəbin spesifikasını 
göstərməli,  səbəbləri  adlandırmalıdır  ki,  bu  səbəbdən  məktəbdə  qrupun  formalaşması 
mümkün olmamışdır. Mərkəz fərdi olaraq təhlil nəticəsində müvafiq qərar qəbul edəcək və 
onun haqqında təyin edilən müddətlərdə məktəbə məlumat verəcəkdir.
  Mərkəz məktəbə aşağıda sadalanan alternativ variantlardan birini təklif edə bilər:
  Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi regional resurs-mərkəzin vasitəsilə fasilitatorun 
və ya qiymətləndirmə qrupunun başqa üzvünün/üzvlərinin namizədlərini (fənn spesifikasına 
əsasən) coğrafi cəhətdən yaxın kənd, rayon mərkəzi və ya şəhər məktəbindən təqdim edə 
bilər. Təqdim edilən namizədi/namizədləri məktəbin pedaqoji şurası təsdiq edir.
  Mərkəz məktəblərə fasilitator kimi və fənn spesifikasına əsasən qiymətləndirmə qrupunun 
başqa üzvü/üzvləri kimi öz təlimatçı-konsultantlarını bərkidir və onları məktəbin pedaqoji 
şurası təsdiqləyir. Onlar əvvəlcədən işlənib-hazırlanmış, məktəblə razılaşdırılmış qrafikin 
əsasında yerində müvafiq işi həyata keçirirlər.
  Bir regionun, icmanın və ya qonşuluqda yerləşən kəndlərin azkontingentli məktəblərinin 
ümumi fasilitatoru/fasilitatorları və ya qiymətləndirmə qrupunun digər üzvləri ola bilər. 
Fasilitatorun  və  ya  qiymətləndirmə  qrupunun  digər  üzvlərinin  başqa  məktəbdən  tələb 
edilməsi haqqında məktəb müvafiq regionun resurs-mərkəzinə müraciət edir və o da bu 
məktəblərin pedaqoji şuralarının birləşdirilmiş görüşünü məktəblərdən birində və ya resurs-
mərkəzdə (yerinə əsasən, ən əlverişli yerdə) keçirilməsini təmin edir. İclasda fasilitatorun/
fasilitatorların  seçimi  və  birləşdirilmiş  qiymətləndirmə  qrupunun  formalaşdırılması 
müvafiq  prosedurlara  riayət  etməklə  həyata  keçirilir.Qeyd  etmək  lazımdır  ki,  hər  iki 
məktəbin  direktoru  qiymətləndirmə  qrupunun  üzvü  olur,  hərçənd  onlardan  hər  biri  öz 
məktəbinin müəllimlərinin qiymətləndirmə prosesində iştirak və rəhbərlik edir.Resurs-
mərkəz birləşdirilmiş qiymətləndirmə qrupunun işinə istiqamət verir.
Hansı halda qiymətləndirmə qrupunun səlahiyyətləri dayandırılır?
Qiymətləndirmə  qrupunun  rəhbəri  –  ümumtəhsil  müəssisəsinin  direktoru  –  aşağıda 
sadalanan  səbəblər  üzündən  səlahiyyətlidir  ki,  məktəbin  qiymətləndirmə  qrupunun  fənn/
fənn qrupu kafedrasından təqdim edilən üzvün üç il müddəti bitənə qədər səlahiyyətlərini 
dayandırsın  və  yeni  üzv  seçsin,  fasilitatorun  səlahiyyətlərinin  dayandırılması  və  yenisinin 
seçilməsi haqqında qərarı isə məktəbin pedaqoji şurası qəbul edir.
  Fasilitatorluğa  və  qiymətləndirmə  qrupuna  üç  il  müddəti  ilə  seçilən  üzvün  (kafedra 
nümayəndəsinin)səlahiyyətləri dayandırılır: 


58
  Şəxsi ərizəsinin əsasında;
  Daxili monitorinq zamanı aşkarlanan nöqsanlar halında, nöqsanların qarşısının alınması 
üçün keçirilən tədbirlərin nailiyyətsiz olduqları halda;
  Xarici  monitorinqin  əsasında  aşkarlanan  nöqsanlar  halında,  nöqsanların  qarşısının 
alınması üçün keçirilən tədbirlərin nailiyyətsiz olduqları halda;
  Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi tərəfindən keçirilən monitorinqin əsasında 
aşkarlanan qanun pozuntularının halında, bu barəsində Mərkəz Təhsil və Elm Nazirliyinə 
müraciət edir və o da öz növbəsində müvafiq reaksiya göstərmək səlahiyyətindədir.
  Məktəbin administrasiyasının və ya məktəbin müəlliminin Müəllimlərin Peşəkar İnkişafı 
Milli  Mərkəzinə  şikayət  təqdim  etdiyi  halda,  Mərkəz  məsələnin  öyrənilməsi  əsasında 
lazımi nəticə çıxarır. 
  Məktəbin direktorunun və direktoru müavinin, qiymətləndirmə qrupunun üzvləri kimi, 
səlahiyyətləri dayandırılır:
  Xarici monitorinqin əsasında  məktəb direktoru/direktor müavini tərəfindən öz vəzifəsinin 
lazımi şəkildə yerinə yetirməməsi aşkarlandığı halda;
  Müəllimlərin  Peşəkar  İnkişafı  Milli  Mərkəzinə  daxil  olan  şikayətin  əsasında.Mərkəz 
şikayəti  təhlil  edir  və  lazım  gəldiyi  halda,  növbəti  reaksiyanın  göstərilməsi  üçün  onu 
Təhsil və Elm Nazirliyinə təqdim edir. 
Müəllimin daxili qiymətləndirmə prosesinin monitorinqi necə həyata keçirilir?
Məktəbin  qiymətləndirmə  qrupunun  fəaliyyətinin  daxili  monitorinqini  ümumtəhsil 
müəssisəsi  həyata  keçirir.  Müvafiq  olaraq  monitorinq  sisteminin  işlənib-hazırlanması  və 
tətbiqində məsuliyyəti də o daşıyır.
Müəllimin qiymətləndirmə prosesinin şəffaflığı və obyektivliyinin təmin edilməsi üçün 
Müəllimlərin  Peşəkar  İnkişafı  Milli  Mərkəzi  müəllimin  daxili  qiymətləndirmə  prosesinin 
monitorinqini  həyata  keçirmək  səlahiyyətindədir.  Müəllimin  daxili  qiymətləndirmə 
prosesinin monitorinq qaydasını fərdi inzibati-hüquqi aktla Müəllimləri Peşəkar İnkişafı Milli 
Mərkəzinin direktoru müəyyənləşdirir.
Monitorinqin aparılması, ilk növbədə, Müəllimin qiymətləndirmə qrupunun iş prosesini 
dəstəkləyən bir mexanizmdir. Monitorinq həm təsadüfi seçim, eləcə də, pozuntular haqqında 
məlumatın qəbulu əsasında həyata keçiriləcəkdir.
Monitorinq  prosesinin  səmərəli  şəkildə  aparılmasında  elektron  sistemdə  müəllim 
tərəfindən yerləşdirilən statusa uyğun fəallıqların sənədlərinin və müəllimin qiymətləndirmə 


59
qrupu tərəfindən yüklənmiş sənədlərin qiymətləndirilməsinin yoxlanışına başlıca yer verilir.
Mərkəz  monitorinq  nəticələrinin  əsasında  müvafiq  ümumtəhsil  müəssisələri  üçün 
tövsiyələr  hazırlamalıdır.  Məktəb  tövsiyələrin  yerinə  yetirilməsi  haqqında  məlumatı 
Müəllimlərin  Peşəkar  İnkişafı  Milli  Mərkəzinə  təqdim  edir.  Tövsiyələr  məktəbə  imkan 
verəcəklər ki, qiymətləndirmənin nöqsanlı təcrübəsini vaxtında dəyişdirsin. Lazım gəldiyi 
halda, Mərkəz məktəblər üçün əlavə məsləhətlər verə bilər.
Gürcüstan Qanunvericiliyinin pozuntuları aşkarlandığı halda, Mərkəz Gürcüstan Təhsil 
və Elm Nazirliyinə növbəti reaksiyanın göstərilməsi üçün müraciət etməlidir.
Monitorinq sxemə cəlb olunan hər bir məktəbə aiddir.
Müəllim qiymətləndirmə qrupunun qərarını şikayətləndirə bilərmi?
Müəllimin  məktəbin  qiymətləndirmə  qrupunun  qərarını  Müəllimlərin  Peşəkar  İnkişafı 
Milli  Mərkəzində  şikayətləndirmək  hüququ  vardır.  Şikayətin  iddia  ərizəsi  forması  vardır. 
Ərizə  forması  və  təqdimat  müddətləri  Müəllimlərin  Peşəkar  İnkişafı  Milli  Mərkəzinin 
direktorunun  fərdi  inzibati-hüquqi  aktı  ilə  müəyyənləşdirilir.  Ərizələrə  iddia  komissiyası 
baxır, onun məktəbin qiymətləndirmə qrupu tərəfindən qəbul edilən qərarı dəyişdirməyə və 
ya qüvvədə saxlamağa hüququ vardır
9

9
 
İddia ərizəsinin təqdimatı forması və müddətləri haqqında ətraflı məlumatla məlumat kitabçasının növbəti 
hissələrində tanış ola bilərsiniz.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə