V mərhələ SSRİ
-
nin dağılması, müstəqillik dövrün və Azərbaycanın yeni tarixini
əhatə etməklə "Yeni neft strategiyası"nın yaranması ilə səciyyələnir
.
Maddi istehsal sahələri və onların Azərbaycanda təşəkkül prinsipləri
Cəmiyyətin mövcudluğu və tərəqqisi üçün maddi nemətlərin yaradılması
istehsalda təcəssüm olunur. Əsas meyarı əmək vasitələri olmaqla təbiət cisimlərinə təsir
göstərərək istehsal prosesi maddi formada təzahür edir və inkişaf tapır. Maddi istehsal
cəmiyyət həyatının bütün sferalarında xalq sərvətinin yaradılmasının əsas mənbəyini
təşkil edir. Bu məqsədlə iqtisadiyyatın bütün sahələrində maddi istehsalı
təmin edən
strukturlar formalaşdırılır. Azərbaycanda da mövcud təbii sərvətlərdən səmərəli istifadə
etmək məqsədi ilə bir sıra maddi istehsal sahələri yaradılmış və inkişaf etdirilmişdir.
Ölkəmizdə geniş intişar tapmış əsas maddi istehsal sahələrinə aşağıdakılar aiddir:
Nef
t sənayesi -
nef və qaz yataqlarının kəşfiyyatını, neft-qaz quyularının
qazılmasını, neft və qazın hasilatını və emalını, xam neftin, neft məhsullarının və təbii
qazın nəqlini əhatə edir. Dünyanın ən qədim neft rayonlarından
olan Abşeron
yarımadasında qeyd etdiyimiz kimi ta qədimdən neft çıxarılmış və qaz hasil edilmiş,
onlardan müxtəlif məqsədlər üçün istifadə edilmişdir.
Lakin Azərbaycanda neft
sənayesinin əsası 1871-ci ildə qoyulmuşdur. Həmin ildə artıq Bakı şəhərinin
yaxınlığındakı Balaxanı kəndində mexaniki üsulla qazılmış
ilk neft quyusundan gündə
700 pud xam neft çıxarılırdı. 1872-ci ildə neft sənayesində icarə sisteminin ləğvi yerli və
xarici kapitalın yüksək mənfəət təmin edən neftqazçıxarma sənayesinə sürətli axıııı üçün
əlverişli şərait yaratdı. Azərbaycanda istismar olunan neft quyularının sayı 1873-cii ildə
9-dan 1901-
ci ildə 1740-a, orta dərinliyi 53 metrdən 365 metrə, neft hasilatı 3,9 min
puddan 667,1 min puda, yaxud 10,67 miliyon tona qədər artdı.
Yerli və xarici neft
inhisarları meydana gəldi. XIX əsrin sonunda Azərbaycan neft hasilatına görə ABŞ-nı
ötüb keçdi və 1898-ci ildə dünyada birinci yerə çıxdı. Lakin, çox çəkmədən qlobal siyasi
və iqtisadi hadisələr çevrəsində yüksək mənfəət götürmək ehtirası neft yataqlarının
ekstenisiv istismarı ilə müşayiət olunaraq Azərbaycanda hasilatı 1913-cii ildə 7,7 milyon
tona, 1920-
ci ildə isə 2,9 milyon tona endi.
1920-
ci ildən sonra Azərbaycanda neft sənayesini inkişaf etdirmək üçün Azərbaycan neft
komitəsi
/Azərneftkoml
təşkil edildi və həmin komitənin qarşısında neft sənayesinin
yenidən qurulması vəzifəsi qoyuldu və bu neft hasilatının artırılmasına təkan verdi. Artıq
1927-1928-
ci illərdə neft çıxarılması 1913-cli il səviyyəsini
ötüb keçdi və beləliklə də
Azərbaycan neft sənayesinin yeni dövrü başlandı. 1940-cı ildə Azərbaycan neft sənayesi
keçmiş SSRİ neft hasilatının dördə üç hissəsi qədər neft verdi. Böyük vətən
müharibəsindən sonra Azərbaycanın neft sənayesinin inkişafında yeni mərhələ başlandı.
1948-
ci ildə Xəzərdə, açıq dənizdə neft-mədən estakadaları tikilməyə başlandı. 1949-cu
ildə Neft daşlarında qazılmış ilk quyu güclü neft fontanı ilə istismara daxil edildi.
2020-
ci ildə Azərbaycanda 34 milyon 585,4 min ton neft hasil edilib ki, bunun da 34 milyon
467,1 min tonu əmtəəlik neftin payına düşüb.
Azərbaycan qaz sənayesi özünün 170 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Bu
tarix Azərbaycanda neft tarixi ilə sıx bağlıdır.
1969-
cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft
və qaz sənayesi də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoydu.
Dostları ilə paylaş: