|
MühaziRƏ 1 Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləriMüşahidə və laboratoriya nəzarəti şəbəkəsi (MLNŞ)
|
səhifə | 14/22 | tarix | 26.05.2023 | ölçüsü | 336,78 Kb. | | #113169 |
| M haziR 1 M lki m dafi , onun v zif l ri v qurma prinsipl riMüşahidə və laboratoriya nəzarəti şəbəkəsi (MLNŞ) ətraf mühitin radioaktiv, kimyəvi, güclü təsirli və bakterial maddələrlə zəhərlənməsinə müşahidə və laboratoriya nəzarəti etmək, mühafizə tədbirləri görülməsi üçün müvafiq dövlət orqanlarına məlumat vermək üçün nəzərdə tutulmuşdur.
MLNŞ-a əsasən bu təşkilatlar cəlb edilir:
səhiyyə nazirliyinin sanitar-epidemiologiya mərkəzləri və stansiyaları;
kənd təsərrüfatı və ərzaq nazirliyinin baytarlıq laboratoriyaları;
baytar nəzarəti postları və bitki mühafizəsi stansiyaları;
dövlət hidrometrologiya komitəsinin radiometriya laboratoriyası və qrupları;
Daxili İşlər Nazirliyi şəhər və rayon polis şöbələrinin struktur bölmələri;
Müdafiə Nazirliyinin xüsusi bölmələri;
respublika MM qərargahının kimyəvi-radiometriya laboratoriyası;
nazirliklərin, ərazi icra hakimiyyətinin və obyektlərin radiasiya və kimya müşahidəsi postları;
habelə, bir sıra digər respublika təşkilatlarının sahə laboratoriyaları.
Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi üçün konkret şəraitdən asılı olaraq üç iş rejimi müəyyən edilmişdir:
- gündəlik iş rejimi;
- yüksək hazırlıq rejimi;
- fövqəladə rejim.
Gündəlik iş rejimi – həm ekoloji, həm texnogen, həm də epidemik cəhətdən normal adi iş şəraitini əhatə edir. Bu rejimdə respublikanın müdafiə, səhiyyə, kənd təsərrüfatı, daxili işlər nazirliklərinin, dövlət hidrometkomun və MM idarəsi struktur bölmələrinin qüvvələri ilə ətraf mühitdə kimya, radiasiya, epidemiya, epizotiya, epifitotiya müşahidəsi və laboratoriya nəzarəti aparılır.
Yüksək hazırlıq rejimində – texnogen, epidemik şərait kəskin surətdə pisləşdikdə, həmçinin fövqəladə hallar ehtimalı yarandıqda təbii mühitdə və təhlükə potensiallı obyektlərdə müşahidə və nəzarət gücləndirilir, şəbəkənin xüsusi (fövqəladə) iş rejiminə keçirilməsinə hazırlıq görülür.
Dostları ilə paylaş: |
|
|