Mühazirə 1 Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu


Mühazirə 11 Texniki qüsurların təhlili və aşkara çıxarılması



Yüklə 2,28 Mb.
səhifə33/42
tarix23.09.2023
ölçüsü2,28 Mb.
#123146
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   42
Sənaye təhlukəsizliyi

Mühazirə 11

Texniki qüsurların təhlili və aşkara çıxarılması

Maşın hissələrinin materiallarındakı mexaniki, fiziki, kimyəvi (korroziya) və termiki qüsurlar avadanlıqların hazırlan­ması daşınması və istismarı zamanı yaranır.


Zavod şəraitində yaranan qüsurlar hazır avadanlıqların qəbulu vaxtı aşkara çıxarılmalıdır. Avadanlıqların xarakterik qüsurlarının siyahısı xüsusi ədəbiyyatda, eləcə də normativ materiallarda verilir.
Hazır məhsullardakı qüsurları aşkara çıxarmaq üçün defektoskopiya üsulundan istifadə olunur. Ümumiyyətlə, avadanlıq 20-dən çox üsulla, o cümlədən nüfuzedən şüalanma (qammaskopiya və rentgenoskopiya), ultrasəs və maqnit defektoskopiya üsulları ilə yoxlanılır.
Qammaskopiya üsulu metal təbəqədən keçən və rentgenoskopiya lövhəsinə təsir göstərən qamma şüalarının nüfuzetmə qabiliyyətinə əsaslanır. Bu üsulla metaldakı məsaməlilik qüsurları aşkara çıxarmaq mümkündür. Həmin məqsədə çatmaq üçün xüsusi qamma-cihazın daxilində yerləşən radioaktiv izotoplardan (kobalt 60, sezium 107 və s.) istifadə edilir.
Üsulun çatışmayan cəhəti, yoxlanılan hissəyə iki tərəfdən yaxınlaşmağın tələb olunması, qüsurun dərinliyinin təyin edilə bilməməsi, bütün avadanlıqlarda tətbiq olunmanın və yoxlama prosesinin mürəkkəbliyidir. Üstün cəhəti isə, qüsurlu yerin həssas lövhədə qeyd olunması və araşdırmanın iş yerindən kənarda da aparılmasının mümkünlüyüdür.
Ultrasəs defektoskopiya üsulu, ultrasəs dalğalarının əks etdiyi mühitin akustik xassələrinə əsaslanır. Ultrasəs vericisi kimi pyezometrik effektli barium-titanatdan hazırlanmış keramik lövhəcikdən istifadə olunur. Ultrasəs, defektoskopiya cihazının həssas elementi vasitəsilə yoxlanan cismin səthinə yönəldilir. Ultrasəs selinin bir hissəsi cismin qüsurlu yerindən əks olunur. Qalan hissəsi isə cisim-hava sərhəddinə qədər gedib geri qayıdır. Ölçmə zamanı defektoskopiya ekranında bir-birindən məsafəsinə görə fərqlənən qeydlər alınır. Qüsurlu yerdən əks olunmuş ultrasəs güclənərək cihazın osilloqraf qurğusunda təsvir edilir. Təsvirə görə zədəli yer, onun koordinat və ölçüləri barədə dəqiq məlumat əldə edilir. Bu vasitə ilə, dərinlikdə yerləşən çox kiçik zədələri dürüst müəyyən etmək olur. Həmin üsuldan qaynaq tikişlərinin keyfiyyətini yoxlamaq üçün də geniş istifadə edilir.
Maqnit defektoskopiya üsulu elektromaqnit qütbləri arasında yerləşdirilmiş cisimdən keçən maqnit selinin zədəli yerdən əyilib keçməsi prinsipinə əsaslanır.
Maqnit qüvvə xətlərinin əyilməsi, yəni səpələnən sahənin əmələ gəlməsi çox həssas ferrozond vericisində qeyd olunur və buna əsasən, cisimdəki ən kiçik qüsurlar aşkara çıxarılır. Bu sınama üsulu çox zaman stasionar zavod şəraitində aparılır.
Lüminessent üsulu bəzi mayelərin (yağların) ultrabənöv­şəyi şüalar təsirindən flüoresensiya etmə qabiliyyətinə əsaslanır. Bu üsulla hətta ölçüləri 0,01mm, dərinliyi 0,002mm olan mikroskopik çatları da təyin etmək mümkündür.
Dağıtmadan, kəsib-doğramadan qüsurlu yerlərin aşkara çıxarılması üsullarından sənayedə çox geniş istifadə olunur. Bu isə böyük qəza və bədbəxt hadisələrlə nəticələnə biləcək təhlükəli halları vaxtında və tamamilə aradan qaldırmağa imkan verir.



Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə