Mühazirə 1 Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 2,28 Mb.
səhifə29/42
tarix23.09.2023
ölçüsü2,28 Mb.
#123146
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   42
Sənaye təhlukəsizliyi

Şəkil 10.1. Yüklü qoruyucu klapan.
1 – ştok, 2 – balansir, 3 – əks yük, 4 – qapaq,
5 – klapanın gövdəsi, 6 – klapanın yəhəri


Şəkil 10.2. Yaylı qoruyucu klapan.
1- yəhər, 2 – tıxac, 3 - qapaq, 4 – yayın örtüyü, 5 – yay, 6 – ştok, 7- gövdə, 8 – məcburi açma qolu üçün tərtibat.

Ona görə də, bu tipli klapanları bina daxilindən keçən daxilində qaynar maye olan boru kəmərləri üzərində yerləşdir­mək olmaz. Qoruyucu klapan ilə təzyiq mənbəyi arasında bağlayıcı armaturların yerləşdirilməsi qəti qadağandır.


Qoruyucu klapanların sayı, onların ölçüləri və buraxabil­mə qabiliyyəti elə seçilməlidir ki, daxili təzyiqi 0,3 МPа qədər olan qablarda onun qəza işçi təzyiqindən tam açılma təzyiqi 15%-ə qədər artıq olsun. Daxili təzyiq 0,3МPа artıq olduqda klapanın tam açılması üçün təzyiq işçi təzyi­qindən 10%-ə qədər artıq olmalıdır.
Klapanların etibarlı işlənməsi onun buraxabilmə qabiliy­yə­ti­nin düzgün hesablanması, yayın dəqiq tənzim edilməsi və işinə nəzarət vasitəsi ilə təmin edilir. Klapanın buraxabilmə qabiliyyəti (kq/saat) “Qablar haqqında qayda” da verilmiş düsturlar əsasında hesablanmalıdır. Bu qaydaya əsasən, atmos­ferə zəhərli, partlayış və yanğın təhlükəli qazlar və ya buxarla­rın tullanmasına qarşı sistemə iki – işçi və nəzarət-klapan qo­yu­lur.
İşçi klapan qazı təhlükəsiz zonada atmosferə yönəldilir. Bu zonada klapanın işinə maneə olan heç bir vasitə olmamalıdır.
Nəzarət klapanı isə məhsulu qapalı bir həcmə yönəldir ki, buradan da o fakelə yönəldilir. Lazım gəldikdə bu klapana birləşdirilmiş boru üzərinə soyuducu, ayırıcı, zərərləşdirici yerləşdirilir.
Klapanın ilk açılışı üçün təzyiq elə tənzim edilir ki, birinci növbədə nəzarət klapanı açılsın. Nəzarət klapanı qab daxilindəki təzyiqi işçi təzyiqə qədər endirə bilməzsə bu zaman işçi klapan açılır. Belə bir sistem məhsulun itkisini və onun atmosferə atılma miqdarını azaldır.
Yağlar və buxarlar üçün tətbiq edilən qoruyucu klapanlar aşağıdakı universal düsturla hesablanır:


(10.3)

burada G – klapanın buraxabilmə qabiliyyəti, kq/ saat;


F – klapan yəhərinin en kəsiyinin sahəsi, sm2;
M – qazın və buxarın molekul çəkisi;
T – qazın və ya mayenin mütləq temperaturu, Ko;
Pqəza təzyiqidir, kN/sm2.

Qoruyucu membranlar tutum və avadanlıqları arakəsil­mə­dən artan təzyiq təsirindən dağılmadan qoruyur. Membran­lar partlayanadək tutumun tam hermetikliyini təmin edirlər. Membranların çatışmayan cəhəti ondan ibarətdir ki, onlar bir dəfə istifadə edilir, qab daxilindəki maddənin hamısını partlayış zamanı bayıra atılmasına maneə göstərə bilmir, işi stabil olmur və buna görə də hesabat təzyiqi klapanların hesabat təzyiqindən 25%-ə qədər artıq götürülür.


Membranın işinin keyfiyyəti, onun konstruksiyasının düzgün seçilməsindən, materialın növündən və onun qalınlı­ğı­nın daşıdığı təzyiqə hesablama dəqiqliyindən asılıdır.
Kövrək materialdan hazırlanmış membran lövhəsinin qalınlığı aşağıdakı düsturla hesablanır:
(10.4)

burada – lövhənin qalınlığı, mm;


lövhənin radiusu, mm;
P – lövhəni partladan təzyiq, kN/sm2;
– membran materialının əyilməyə qarşı möhkəmlik
həddidir, kN/sm2.
Elastiki materiallardan hazırlanmış membran lövhəsinin qalınlığı belə tapılır:
(10.5)

burada P – lövhəni dağıdan təzyiq, kN/sm2;


dlövhənin diametri;
– materialın kəsilməyə qarşı möhkəmlik
həddidir, kN/sm2;

Qoruyucu membranlar qoruyucu klapanlardan əvvəl yerləşdirilə bilər.


Bağlayıcı armaturlar. Təzyiq altında işləyən qabın dol­du­rulması və ya boşaldılması üçün o, boru kəməri ilə əlaqələn­dirilir. Armaturlar boru kəməri ilə qab arasında yerləşdirilir.
Bağlayıcı armatur boru kəmərindən qaba daxil olan və ya ondan axıdılan maddənin hərəkətini istənilən vaxt saxlamaq üçün istifadə edilir. Armaturlar intiqallı və avtomat hərəkətli olaraq iki yerə bölünürlər. İntiqallı armaturun açılıb bağlanması xarici təsir ilə, avtomat armaturun açılıb bağlanması isə nəql edilən maye və qazın hesabına əldə edilir.
İş xarakterinə görə bağlayıcı armaturlar kran, ventil və siyirtmə şəkilli olur.
Armaturun seçilməsi və tətbiqi mühitin temperaturu, təzyiqi və xassəsindən asılıdır.
Zərərli və partlayış təhlükəsi olan maddələr üçün istifadə edilən qablar qabın daxili təzyiqi ilə avtomat bağlana bilən əks klapanla təchiz olunmalıdır.
Əks klapanlar (qalxan və dönən) axan maddələri yalnız bir istiqamətə buraxır.
Qalxan tipli əks klapanlar su və buxar xətləri, həmçinin məhsul xətləri üzərində yerləşdirilir (şəkil 8.3).



Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə