Mühazirə 1.
brahimov T.
«Landş aft» nə dir?
«Landş aft anlayiş inin tə yini»
Landşaft geniş yayılmış internasional termin olub, landşaftşünaslıq elminin
ə
sas anlayışlarından biridir. O, mənşəyinə görə alman çözü olub, «yerin xarici
görünüşü» və ya «məhəlin forması», «mənzərəsi» deməkdir. Bu mənada o ilk əfə
XIX əsrin əvvəlində alman coğrafi ədəbiyyatında meydana gəlmişdir (1805-ci ildə
A.Qommeyer tərəfindən işlədilmişdir). Həmin termin Rusiya coğrafiyasında təbii
ə
razi komplekslərinin sinonimi kimi L.S.Berqin, Q.F.Morozovun, V.H.Sukaçovun,
A.A.Qriqoryevin və başqalarının əsərlərində öz əksini tapır. Ədəbiyyatda landşaft
anlayışının bir sıra təyinatları mövcuddur. Rus alimləri arasında landşaftın ilk və
nisbətən dəqiq təyinini, Rusiyanın düzənlik hissəsinin coğrafi (landşaft) zonalar
üzrə təbii təsvirin L.S.Berq vermişdir. L.S.Berqə görə coğrafi landşaft «əşya və
hadisələrin elə cəmi və qruplaşmasıdır ki, orada relyef, iqlim, su, torpaq – bitki
örtüyü və heyvanat aləminin xüsusiyyətləri, insan fəaliyyətinin təsir dərəcəsi Yerin
müəyyən zonası daxilində tipik olaraq təkrarlanan bütöv harmonik vahid kimi
qovuşur» (Berq, 1946, s.6).
Landşaftın «bütöv harmonik vahid» kimi qəbul olunması landşaftların inkişaf
ideyasını inkar etmək deməkdir. Harmonika landşaft komponentləri arasındakı
ə
ksikliklərin mübarizəsini, daha doğrusu öz-özünə inkişaf ideyasını inkar edir.
Ə
ksikliklərin mübarizəsi isə dialektik materializmin əsas müddəası kimi inkişafın
ə
sasını təşkil edir, əksikliklər olmadan inkişaf da ola bilməz.
Landşaftın nisbətən tam təyinini N.A.Solnisev verir: «Landşaft genetik
cəhətcə eyni cinsli təbii ərazi kompleksi olub, eyni geoloji özülə, bir tip relyefə,
eyni iqlimə malik olmaqla, yalnız həmin landşafta məxsus dinamik cəhətcə əlaqədə
olan və məkan daxilində qanunauyğun olaraq təkrarlanan əsas və ikinci dərəcəli
mərzlərin cəmindən təşkil olunur». Bu təyanatda landşaftın aşağıdakı əsas
xüsusiyyətləri nəzərə alınmalıdır:
Behruz Melikov
Behruz Melikov
a)genetik cəhətcə bölünməz, tam olan həmin ərazinin mənşəinin ümumiliyi və
sonrakı inkişafı, onun kifayət qədər böyük əraziyə (100 km
2
-lərlə) malik olmasına
səbəb olur;
b)onun sərhəddi daxilində geoloji quruluş, relyef və iqlim nisbətən eyni cinsli
olması ilə səciyyələnir ki, bu əlamətlər də öz növbəsində landşaftın bioloji
komponentlər (torpaq, bitki, heyvanat aləmi və s.) sisteminin qanunauyğun
yaranması üçün şəraitin əmələ gəlməsinə səbəb olur;
v)hər bir landşaft digərindən özünün strukturuna, daha doğrusu onun struktur
elementlərini təşkil edən daha kiçik təbii ərazi komplekslərinin (TƏK) cəminə görə
fərqlənir.
Axırıncı genetik və dinamik cəhətcə bir-birilə sıx bağlı olub, vahid təbii ərazi
sistemini əmələ gətirir.
N.A.Solnsev landşaftın təyinində ona tabe olan və onun daxildə yerləşən daha
sadə təbii ərazi komplekslərinin birləşməsinə və tərkibinə əsaslanaraq «aşağıdan»
«yuxarıya» prinsipini ön plana çəkir. Bununla bərabər landşaft kifayət qədər çoxlu
təbii ərazi komplekslərindən biri kimi birləşərək coğrafi təbəqəni əmələ gətirir,
daha doğrusu coğrafi təbəqə həmin landşaftlardan təşkil olunur. Elə ona görə də
A.Q. saçenko landşaftın təyinində «yuxarıdan» «aşağıya» prinsipini əsas
götürməyi təklif edir.
N.A. Solnsevin tərifində göstərilir ki, landşaft qanunauyğun olaraq sadə təbii
ə
razi kompleksləri sistemindən təşkil olunmuş, daha doğrusu landşaft «aşağıdan»
«yuxarıya» təyin edilir. Lakin onu da qeyd etmək lazımdır ki, landşaft öz
növbəsində daha mürəkkəb təbii ərazi vahidinin bir hissəsi olub, ən nəhayət coğrafi
təbəqənin ayrılmaz sahəsidir. Ona görə də landşaftın təyininə yalnız aşağıdan
deyil, yuxarıdan da yanaşmaq olar. Buradan da görünür ki, bütün landşaftlara
coğrafi təbəqənin inkişafı və differensiasiyasının nəticəsi kimi baxmaq lazımdır.
Elə ona görə də A.Q. saçenko landşafta aşağıdakı tərifi verir: «Landşaft- landşaft
vilayətinin, zonalarının və ümumiyyətlə hər hansı böyük regional vahidlərin xüsusi
genetik hissəsi olub, zonal və azonal münasibətlərin eyni cinsliliyi və fərdi
Behruz Melikov
Behruz Melikov
strukturlara, fərdi morfoloji quruluşa malik olması ilə səciyyələnir» (1965, s.117).
bu təyinat əlbəttə əvvəlkilərin əksinə deyil, onları tamamlayır.
S.V.Kalesnik coğrafi landşaft nədir sualına cavab verərkən qeyd edir ki, Yer
səthinin inkişafı ilə əlaqədar olaraq coğrafi təbəqə daha da mürəkkəbləşmiş və təbii
olaraq ən kiçik hissələrə bölünmüş, lakin bu hissəciklər ümumi landşaftla əlaqəni
kəsməmiş və fərdi xüsusiyyətlər əldə etmişdir. Yer səthinin başqa sahələrindən
keyfiyyətcə fərqlənən, təbii sərhədlərə malik olan və hər bir hissəsi vahid və
qarşılıqlı əlaqəda olan geniş ərazi üçün hesab edilən və bütün xüsusiyyətlərinə görə
coğrafi təbəqə ilə sıx əlaqədə olan predmet və hadisələr məcmuundan ibarət yer
səthinin müəyən hissəsi coğrafi landşaftdır.
Landşaftın mühafizəsinin izahlı lüğətində landşaft anlayışı aşağıdakı kimi
təyin edilir: «Landşaft coğrafi təbəqənin nisbətən eyni cinsli sahəsi olub, öz
inkişafı ilə fərqlənən, strukturuna görə başqa sahələrdən ayrılan, daha doğrusu
cisim və hadisələrin qanunauyğun ahənginə, coğrafi təbəqə komponentləri
arasındakı qarşılıqlı əlaqə və qarşılıqlı təsirin xarakterinə, ən kiçik ərazi
vahidlərinin əlaqə xüsusiyyətlərilə seçilən sahədir. Landşaft coğrafi sistemin
növlərindən biridir».
Landşaftın fiziki-coğrafi vahidlər sistemində keçid mövqe tutur. Ədəbiyyat
materiallarından məlumdur ki, fiziki-coğrafi differensiasiyanın aşağı və yuxarı
pillələrinin təbii şəraitində əsaslı fərqlər mövcuddur. Regional komplekslərin və o
cümlədən landşaftın ayrılmasının əsas səbəbi xarici və daxili amillərin
münasibətilə, daha doğrusu günəş istiliyinin zonal paylanması və yer qabığının
azonal
differensiasiyası
ilə
bağlıdır.
Təbii
komplekslərin
morfoloji
differensiasiyası, daha doğrusu sadə coğrafi komplekslərin əmələ gəlməsi daxili
səbəblərin təsiri ilə, yəni landşaftın özünün və onun komponentlərinin qarşılıqlı
təsirinin qanunauyğun inkişafı ilə bağlıdır. Bu prosesdə zonallıq və azonallıq
yalnız ümumi fon yaradan şərait kimi, mürəkkəb coğrafi proseslərin məcmuunu
inkişaf etdirmək, landşaftın daxili differensiasiyasını yaratmaqda müəyyən rol
oynayır.
Behruz Melikov
Behruz Melikov
Dostları ilə paylaş: |